Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Nə İran aşiqi olaq, nə Amerika,  nə də Rusiya – Allah aşiqi olaq ki..”
Nə İran aşiqi olaq, nə Amerika, nə də Rusiya – Allah aşiqi olaq ki..”
Sultan Laçın “O, qurtuluşumuz və Qarabağın azadlığı üçün bizlərə doğru yolu göstərsin...” “ABŞ nəfsimizin, tamahımızın dostu olduğundan biz ona daha çox meyillənirik...” ABŞ-ın qoymaağıllı prezidenti Donald Trampın əmri ilə İranın məşhur generalı Sərdar Qasım Süleymaninin raket zərbəsi ilə qətlə yetirilməsinə Azərbaycanda müxtəlif cür reaksiyalar oldu. Özünü sırf şiə əqidəli müsəlman sayanlarımız bu generalı şəhid hesab edir və onun üçün yas saxlayır, hətta hüzn mərasimləri də keçirirlər. Digər bir qrup isə əksinə, İslam-türk dünyasının açıq düşməni olan ABŞ-ın iranlı generalı öldürməsinə sevinir, şadlanırlar. Böyük əksəriyyət isə bir çox hadisələr kimi, general Süleymaninin qətli xəbərini eşitsələr belə, buna laqeydliklə, heç bir reaksiya vermədən yanaşırlar. Belələri hətta Azərbaycan əsgərinin ermənilər tərəfindən şəhid edilməsinə də eyni cür reaksiya verirlər... *** Bəs özünü müsəlman hesab edən əsl Azərbaycan vətəndaşının İran generalının Tramp tərəfindən öldürülməsinə reaksiyası necə olmalıdır?.. *** Bu suala cavab vermək üçün öncə bizim ən böyük düşmənimizin kim olmasını bilməliyik. Əgər biz Allaha inanır və özümüzü müsəlman sanırıqsa, onda bu dünyadakı, həyatımızdakı hər şeyə Quran və Peyğəmbər(s) hədisləri məntiqi ilə yanaşmalıyıq. Və həmin məntiqlə insanın ən böyük düşməni onun “iki böyrəyi arasındakı əmmareyi-nəfsidir”... Bəli, dərindən düşünəndə doğrudan da ən böyük düşmənimizin öz nəfsimiz, tamahımız, şəhvətimiz olduğu anlaşılır. Çünki əsasən onların ucbatından başımız bəlalar çəkir, xarici düşmənlər bizləri məğlub edir, torpaqlarımız işğal olunur... *** Dünya həyatımızda tətbiq etdiyimiz daha bir məntiq var: düşmənimin dostu - mənim düşmənim, düşməni isə dostumdur... Nəfsimizin, tamahımızın dostu, yəni onu Allah, haqq, dürüstlük, səmimilik yolundan çıxarıb Şeytan yoluna, haqsızlığa, çoxüzlülüyə, saxtakarlığa, kələkbazlığa, dələduzluğa və s. sürükləyən kimdir, kimlərdir? Əlbəttə ki, Şeytan özü və onun yer üzündəki canişinləri, şeytanpərəst məxluqlar, kafirlər, münafiqlər, müşriklər... *** Bəs nəfsimizin, tamahımızın düşməni kimdir?.. Vicdanımız və onun mənbəyi olan Allah, Onun Peyğəmbərləri, səmavi Kitabları, Onun sonuncu Kitabı olan Qurani-Kərim, sonuncu Peyğəmbərinin (s) gerçək hədisləri və eləcə də Azərbaycan xalqına, o cümlədən türklərə məxsus törələrimiz, milli-mənəvi, əxlaqi dəyərlərimiz... Bunlar bizləri daim haqq yoluna, döğruluğa dürüstlüyə, səmimiliyə, imana, ixlasa yönəldir... Bu məntiqlə yanaşdıqda bizi Allahdan, Qurandan, Peyğəmbərmizdən(s) uzaqlaşdırmağa çalışan hər kəs, hər nə varsa, nəfsimizin dostudur... *** Ətrafımıza baxaq; bizləri əxlaqsızlığa, mənəviyyatsızlığa sürükləyən hansı nəsnə və amillərdir və onlar əsasən haradan qaynaqlanır?.. Son onilliklərdə Azərbaycana sırınan əndrəbadi və biabırçı qadın və kişi geyimləri, saç düzümləri, “fəstfud” qidalar, spirtli və spirtsiz çeşidli içkilər, eləcə də həvəslə seyr etdiyimiz, inanc hədəflərimizi azdıran, psixolojimizi korlayan qondarma fantastik və erotik filmlər, bəzilərinin xəstəsi olduğu biabırçı porno-filmlər, oxuduğumuz populyar şou-biznes xəbərləri və s. Bunlar hamısı Qərb, ABŞ, Avropa “mədəniyyəti”nin təzahürləridir... *** Gündəlik həyatımızda evdə, küçədə qarşımıza çıxan çox şey: xəbərlər, filmlər, telekanallardakı, internetdəki, küçələrdəki reklamlar, yarıçılpaq, bayağı geyimli qadın və cinsi bəlli olmayan aparıcı, şoumen və artistlər, adi qadın və kişi geyimlərinin etiketləri, polietilən torbalar üzərindəki yarıçılpaq qadın təsvirləri - hər şey, hər şey kişi və qadınlarda qarşılıqlı şəhvət hissini oyatmaqla nəfsini idarə edə bilməyən əksəriyyəti əxlaqsızlığa, zinakarlığa, fahişəliyə meyilləndirir... Son onilliklərdə ailələrdə baş verən gözlənilməz anti-milli, anti-İslami səpkidə, formatda baş verən qarşıdurmalar, boşanmalar, zorakılıqlar, qətllərin və s. əsas səbəblərindən biri də sadalanan nəsnə və amillərdir... *** Və yaxud mənəvi və iqtisadi-sosial sahədə Allahın, İslamın qoyduğu qadağalar; yalandan, qeybətdən, ikiüzlülükdən haram qida və içkilərdən, sələmlə, kreditlə yaşamaqdan, uzaq durmaq... *** Bizlər görürük ki, nəfsimizin dostu olan Qərb “mədəniyyət”i, “demokratiya” deyilən ideoloji, iqtisadi sistem yuxarıda sadalanan bütün rəzilliklərə görə insanı qınamır, əksinə ona bu sahədə azadlıq verir. Yəni, ərazisində yaşadığımız hər hansı dünyəvi(!) dövlətin qanunları pozmadan necə yaşayırsan-yaşa; pul qazanmaq üçün haram qida və içkilərin alverini et, yalan danış, ikiüzlülük, saxtakarlıq, dələduzluq et, sələmə, kreditə pul ver, yaxud əksinə, özün götür, doyunca alkoqollu içkiləri və yaxud enerji içkiləri içərək əyyaş ol, donuz əti, kolbasa, sosiska ye, “SPİD”-ə-filana yoluxmamaq üçün reklam edilən qoruyucu taxmaq şərti ilə istəyirsən, lap 13-14 yaşından qarşı cinsin nümayəndələrindən kiminlə istəyirsən, harada istəyirsən, ünsiyyətdə, sonra da cinsi əlaqədə ol, yəni zinakarlıq, fahişəlik et və s. və i.a. *** Amma Allah, İslam, Peyğəmbərimiz(s), Quranımız isə bizləri bütün bu sadalanan əxlaqsızlıqlardan və haramlardan çəkindirir. Və Allaha imanı olmayan və ya iradəsi, imanı zəif olan adamları İslamdan qaçırdan, onları anti-İslam mövqedən çıxış etməsinə əsas səbəb məhz budur... *** Avropa, Amerika bir yana, müsəlman hesab edilən bir sıra ölkələrdə, o cümlədən Azərbaycan və Türkiyədə bir sıra gənclər, hətta akademik savadlı, təhsilli akdemik və professorlar İslamdan niyə qaçırlar? Ona görə ki, dediyimiz kimi, İslamda bir çox qadağalar var. Çoxları Qərbdən gələn bütün bu təbliğat güclərinin sayəsində nəfslərinə uyaraq halal-haram bilmədən yeyib-içib, gəzib yaşamağa qərar verirlər. Bu cür insanlar araqsız, şərabsız, pivəsiz, zinasız, kreditsiz, sələmsiz həyatlarını təsəvvür edə bilmirlər. Və belə iradəsiz məxluqlar nəfslərinə qalib gəlib Allahımızın qanunlarına tabe ola bilmədikıərindən başlayırlar İslamı pisləməyə... Onu cəmiyyəti geriyə, cəhalətə sürükləməkdə qınamağa... *** Bir sözlə, Qərb sivilizasiyası, ABŞ, Avropa kütlə psixologiyalı, imansız insanların nəfsi ilə dost, ruhu ilə düşməndir.... Və Qurani-Kərimdə də deyildiyi kimi, əksəriyyət nəfsinə qul olub şeytanın yolu ilə getdiyindən bu “mədəni”, “modern” sivilizasiya planetin əksər hissəsinə hakim olaraq öz bildiyini edir... “Demokratiya”, “qloballaşma” adı altında müxtəlif rəngli inqilablar, “ərəb inqilab”ları törədir... Ölkələri vətəndaş qarşıdurması, savaş meydanına çevirərək qan çanağına döndərir və xüsusən müsəlmanların və ayrıca türklərin kütləvi qətliam və soyqırımlarına şərait yaradır... *** Qərb sivilizasiyasının sırf elmi-texniki baxımdan üstünlüklərini qətiyyən inkar etmirik. Bəli, bu gün bu yazını da yazdığımız bilgisayar, kompüterlər, noutbuklar, mobil telefonlar, müxtəli məişət cihazları, avtomobillər, uçaqlar və s. əsasən Avropa, Amerika sivilizasiyasının məhsuludur... *** Amma əvvəla, unutmaq olmaz ki, bir sıra elmi kəşflərin təməlində orta əsrlərdə yaşayıb-yaratmış, amma sonradan məhz Avropa və ABŞ-ın ikiüzlülüyü sayəsində unutdurulmuş müsəlman alimləri də dayanıb. Qərb alimləri onların əlyazmalarından yararlanaraq onları yandırıb və yaxud gizlədib... *** İkincisi də, Avropa, Amerika bütün bu texnoloji yeniliklərlə biz müsəlmanları, türkləri, eləcə də digər xalqları onlara canı yandığı üçün təchiz etməyib. Burada ticari maraqlardan daha çox siyasi, strateji maraqlar var... Öncələr də dediyimiz kimi, transmilli oliqarxiya, super güclər rahatlıq hesab etdiyimiz bu nəsnələr vasitəsilə bizləri, bütün bəşəriyyəti asanlıqla idarə olunan, hər qəlibə yatan, dini, milliyyəti, cinsiyyəti, ata-anası bəlli olmayan amorf bir kütləyə çevirməyi planlaşdırırlar... *** Xülasə, belə nəticəyə gəlirik ki, Yer üzündəki biz müsəlmanların, o cümlədən müsəlman olan türklərin, tatarların, qazaxların, uyğurların, kürdlərin, talışların, ləzgilərin, avarların, lazların, çərkəzlərin, farsların, ərəblərin və s. nəfsinin ən böyük dostu, və deməli, ən böyük düşmənimiz ABŞ, Böyük Britaniya, Avropa başda olmaqla Qərb sivilizasiyasını, eləcə də Rusiya və İsraili məhvimizə yönləndirən anqlosaks, sionist super güclərdir... Amma təəssüf ki, bu gün ölkəmizdə kifayət qədər Amerika, Avropa və Rusiya aşiqi var ki, onların varlığı ümummilli əqidə və düşüncə sistemimizi tənəzzüldən xilas etməyə imkan vermir... *** Bütün bu təhlilləri apardıqdan sonra qayıdırıq öncəki sualımıza: bizlərin müsəlmanlara, türklərə düşmən, amma nəfsimizin dostu olan ABŞ prezidentinin əmri ilə öldürülmüş general Qasım Süleymani və onun mənsub olduğu Tehran hakimiyyətinə münasibəti necə olmalıdır?.. ABŞ nəfsimizin dostudursa, bəs İran nəyimizdir?.. İran rəhbərliyinə və generallarına nifrət etməliyiksə, Trampı sevməliyik?.. (Davamı var) Sultan Laçın
Bu Bölmənin Digər Xəbərləri
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR