Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Qərbi Azərbaycana QAYIDIŞ: Gec qalmamışıq ki?

Qərbi Azərbaycana QAYIDIŞ: Gec qalmamışıq ki?
Ermənistanın gündəmi son günlər yenə alt-üst olub. Prezident İlham Əliyevin dekabrın 24-də Qərbi Azərbaycan İcmasının üzvü olan bir qrup ziyalı ilə görüşü zamanı səsləndirdiyi fikirlər, verdiyi mesajlar ermənilərin baş nazirindən tutmuş sıravi vətəndaşlarına qədər hər kəsin düşüncəsində, əhvali-ruhiyyəsində həm panika, həm də bədbinlik qarışıq isterika yaradıb. Göründüyü kimi, Ermənistanın gündəmini ölkənin baş naziri, prezidenti və ya siyasi qüvvələri yox, məhz Azərbaycan liderinin verdiyi açıqlamalar formalaşdırır.

İlham Əliyevin hər çıxışı Ermənistanda günlərlə davam edən qızğın müzakirələrə səbəb olur. Bu dəfə də eyni reaksiya, eyni nəticə ilə üzləşdik. Ermənistan toplumunu revanşizmə sürükləyən radikal müxalifət də, sülh prosesini qəsdən ləngidən Nikol Paşinyan iqtidarı da bütün diqqətini Qərbi Azərbaycanla bağlı yeni hədəflərimizə cəmləşdirib.

Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov deyib ki, Ermənistanda hamı danışır, amma heç kim düşünmür. Partiya rəhbəri bildirib ki, İrəvanda Azərbaycan Prezidentinin son fikirlərinə adekvat reaksiya verən, bu fikirlərə fərqli prizmadan yanaşan konstruktiv düşüncəli siyasilər yox dərəcəsindədir:

"Məhz bu səbəbdəndir ki, Ermənistanın hazırkı siyasi elitası Azərbaycanın dövlət başçısının xoşməramlı açıqlamalarını, onun sülhə və dinc qonşuluğa, birgəyaşayışa çağırışlarını misli görünməmiş hikkə ilə, aqressiya ilə qarşılayır. Ancaq Prezident İlham Əliyev dekabrın 24-də Qərbi Azərbaycanla bağlı açıqlamaları ilə təkcə yerli auditoriyanı və Qərbi Azərbaycandan olan soydaşlarımızı deyil, həmçinin ermənilərin özlərini də düşünməyə, son 200 ildə erməni terror təşkilatlarının, eləcə də çar Rusiyası və sovet imperiyasının Qərbi Azərbaycandan olan insanlarımızın başına gətirdikləri faciəli hadisələri yenidən gözdən keçirməyə dəvət etdi. Erməniləri narahat edən, xoflandıran, qorxuya salan da məhz budur. Onlar öz qaranlıq keçmişləri ilə üzləşmək, azərbaycanlılara qarşı zaman-zaman törətdikləri vəhşilikləri indi yada salmaq və etiraf etmək istəmirlər. Qərbi azərbaycanlıların faciələri üzərində qurduqları müasir Ermənistan dövlətçiliyinin laxlamasına psixoloji olaraq hazır deyillər. Bu mənada İlham Əliyevin Qərbi Azərbaycana qayıdışın anonsunu verməsi erməniləri qəfil yaxalayıb. Onların aqressiv reaksiyası da məhz bütün bunlardan qaynaqlanır. Azərbaycan Prezidenti sözügedən çıxışında həm bizə, həm ermənilərə, həm də dünya birliyinə yönəlik mühüm mesajlar verdi. Vurğulandı ki, Azərbaycan həqiqətləri dünya ictimaiyyətinə çatdırılmalıdır. Tarix təhrif olunmamalıdır. Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir. Rəsmi İrəvanın tarixi saxtakarlığı ifşa olunmalıdır. Qanunsuz olaraq dəfələrlə deportasiyaya məruz qalmış Qərbi azərbaycanlıların hüquqları bərpa edilməlidir və onlar öz doğma torpaqlarına qayıtmalıdırlar. Biz bunu sülh yolu ilə etmək istəyirik. Qayıdış Konsepsiyası hazırlanmalı və sülhsevər konsepsiya olmalıdır. Biz bütün beynəlxalq konvensiyalarda bizə məqbul olan müddəaları götürüb bunun əsasında öz hüququmuzu tələb etməliyik".

Ə.Hüseynov qeyd edib ki, göründüyü kimi Cənab Prezidentin bu tövsiyə və mesajlarında yeni hərbi münaqişələrə hazırlaşmaq əlamətləri yoxdur:
Teqlər:
Bu xəbər cəmi 710 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR