Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Nazirlik əməliyyat sistemlərini tikinti şirkətindən alır? – Şübhəli tender

Nazirlik əməliyyat sistemlərini tikinti şirkətindən alır? – Şübhəli tender
Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi tərəfindən keçirilən tender müsabiqələrinin qalibi məlum olub.
Yeniavaz.comxəbər verir ki, dəyəri 9 min manat olan tender müsabiqəsinin qalibi “Rn Corp 22” MMC (VÖEN – 1102636981) olub.
“Rn Corp 22” MMC Maliyyə Elm-Tədris Mərkəzinə əməliyyat sistemləri, ofis proqramları və antiviruslar satacaq.
Məlumat üçün bildirək ki, şirkətin hüquqi ünvanı Qaradağ rayonu, Lökbatan ŞTQ, Keçid 1594, ev 30, m. 8-də yerləşir. Nizamnamə kapitalı 10 manat olan “Rn Corp 22” MMC cəmi 5 ay əvvəl – 20.06.2022-ci il tarixində dövlət qeydiyyatına alınıb.
“Rn Corp 22” MMC-nin qanuni təmsilçisi Məhərrəmov Rövşən Baladadaş oğlu qeyd olunan ünvanda qeydiyyatda olan daha bir neçə şirkətə rəhbərlik edir. Bu şirkətlər təsis olunduqadan qısa müddət sonra dövlət qurumlarının keçirdiyi tender müsabiqələrində qalib olublar.
Məsələn, Məhərrəmov Rövşən Baladadaş oğlunun rəhbərlik etdiyi digər bir şirkət “Orlondo Az” MMC (VÖEN- 1102637081) dövlət qeydiyyatına alındıqdan cəmi bir ay sonra Yevlax şəhər Mənzil Kommunal Təsərrüfatı Birliyinin keçirdiyi 105 min 800 manat, iki ay sonra isə Qazax Dövlət Sosial İqtisad Kollecinin keçirdiyi 31 min 300 manat dəyərində tender müsabiqəsində qalib olub.

Məhərrəmov Rövşən Baladadaş oğlunun rəhbərlik etdiyi “Rn Corp 22” MMC isə qeydiyyatdan keçdikdən sonra – cəmi 3 ay ərzində 13 tender müsabiqəsinin qalibi olmağı bacarıb.
Tender müsabiqələrilə bağlı diqqət çəkən məqam odur ki, barəsində heç bir məlumat olmayan “Rn Corp 22” MMC fərqli dövlət qurumlarının fərqli istiqamətlərdə keçirdiyi tenderlərdə qalib olub. Məsələn, “Rn Corp 22” MMC Şəki Pedaqoji Texnikumu üçün təmir işləri gördüyü halda, Bakı Baş Polis İdarəsinə dərman və sarğı ləvazimatları, Oğuz rayon İcra Hakimiyyətinə isə ofis mebelləri satıb.
Daha bir şübhəli məqam isə odur ki, “Rn Corp 22” MMC-nin dövlət qeydiyyatına alındığı ünvanda – “Qaradağ rayonu, Lökbatan ŞTQ, Keçid 1594, ev 30, m. 8”-də çoxsayı şirkətlər qeydiyyata alınıb və bu şirkətlər də yeni yaranmalarına baxmayaraq tender müsabiqələrində qalib olublar.
Aşağıdakı linkə daxil olaraq bu barədə daha ətraflı məlumat ala bilərsiniz:
Teqlər:
Bu xəbər cəmi 750 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR