Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

İnam Kərimovu ata yurduna buraxmırlar–MSK-nın sədr müavininin qəzəbinə tuş gəlib?

İnam Kərimovu ata yurduna buraxmırlar–MSK-nın sədr müavininin qəzəbinə tuş gəlib?
Azərbaycanda yüksək çinli məmurlarla, dövlət qulluqçuları ilə qohum olmaq heç də həmişə hər adama uğur gətirmir. Boşanma yolu ilə bu cür qohumluğa xitam verilməsi də tərəflər arasında qüvvələr nisbəti bərabər olmayanda xoşagəlməz olaylarla müşayiət olunur. Hüquq-mühafizə, cinayət təqibi və ədliyyə orqanlarının tərəfkeşlik etməsi isə ədavətin qızışmasına, konfliktin dərinləşməsinə, ağır nəticələrə gətirib çıxarır.
Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, 2995-ci məhəllə, “Uğur – 2” yaşayış kompleksi, bina – 7, mənzil – 110 ünvanda yaşayan 2-ci qrup hərbi əlil Kərimov İnam Cümşüd oğlu ölkənin rəhbər şəxslərinə ünvanladığı şikayət ərizəsinin bir surətini də “Mediatv.az” saytının redaksiyasına göndərmiş və olduğu kimi dərc edilib KİV-də ictimailəşdirilməsini xahiş etmişdir:
“Azərbaycan Respublikasının Prezidenti cənab İ.Əliyevə
Surəti: Azərbaycan Respublikasının 1-ci Vitse-Prezidenti xanım M.Əliyevaya
Surəti: Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri cənab F.Ələsgərova
Surəti: Azərbaycan Respublikasının Ədliyyə naziri cənab F.Məmmədova
Surəti: Azərbaycan Respublikasının baş prokuroru cənab K.Əliyevə
Surəti: Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri cənab M.Pənahova
Surəti: Xəzər Rayon İcra Hakimiyyətinin başçısı cənab E.Salahova
Surəti: Kütləvi informasiya vasitələrinə
ƏRİZƏ
Cənab Prezident, məni bir daha Sizə müraciət etməyə məcbur edən səbəb ondan ibarətdir ki, Sizin hətta kütləvi informasiya vasitələrinin köməkliyi ilə də dəfələrlə vəzifəli şəxslərə ciddi xəbərdarlıq etdiyinizə baxmayaraq, bəzi vəzifəli şəxslər o dərəcədə himayədarlarına və edəcəkləri qanunsuzluğa görə cəza almayacaqlarına arxayındırlar ki, davamlı olaraq tutduqları dövlət vəzifəsinin imkanlarından sui-istifadə edərək, açıq-aşkar qanunsuzluq edərək özünün və yaxın qohumlarının hər hansı bir şəkildə maraqlarının kəsişdiyi şəxslərlə ədavət aparırlar, onlara zülm edirlər. Belə vəzifəli şəxslərlə birmənalı şəkildə mənim keçmiş həyat yoldaşımın atası Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası Sədrinin müavini Əliyev Şaitdin Sərdar oğlunu və onun oğlu Bakı şəhəri Xəzər rayonuİcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Əliyev Zaur Şaitdin oğlunu da aid etmək olar.
Belə ki, mən uzunmüddətli ailədaxili mübahisələrdən sonra məcbur olub 2020-ci ildə keçmiş həyat yoldaşım Kərimova Aynurə Şaitdin qızı ilə rəsmi şəkildə məhkəmə vasitəsilə boşanmışıq. Biz birgə yaşayış dövründə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, 2995-ci məhəllə, “Uğur” yaşayış massivi, bina – 7, blok – 1-də 4 otaqlı, ümumi sahəsi 112 kv.m olan 110 saylı mənzilə və həmçinin Xəzər (keçmiş Əzizbəyov rayonu) Rayon İcra Hakimiyyəti başçısının 30 dekabr 1999-cu il tarixli 2487 saylı sərəncamı ilə mənə məxsus olan Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsindəki 877 saylı ümumi sahəsi 1200 kv.m torpaqda tikilmiş 125 kv.m ümumi sahəsi olan 4 otaqlı evə malik olmuşuq. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 29.03.2021-ci il tarixli qətnaməsi ilə qeyd etdiyim Bakıxanov qəsəbəsi Y.Əliyev küçəsi 2995-ci məhəllə, 110 saylı mənzilin 3/5 hissəsi keçmiş həyat yoldaşım Kərimova Aynurə Şaitdin qızına, 2/5 hissəsi isə mənim istifadəmə verilmişdir. Lakin, qanuni qüvvəyə minmiş həmin məhkəmə qərarı bir ildən çoxdur ki, icra edilməsi üçün Sabunçu Rayon İcra və Probasiya Şöbəsinə göndərilsə də, adlarını qeyd etdiyim vəzifəli şəxslər tərəfindən, xüsusilə də Əliyev Zaur Şaitdin oğlunun qeyd etdiyim məhkəmə qərarının icra edilməməsi məqsədi ilə həmin şöbənin rəisi Fazil Hüseynova təsir etməsi nəticəsində icra edilmir. Bununla əlaqədar mənim çoxsaylı şikayətlərim və müraciətlərimə baxmayaraq, qeyd etdiyim səbəbdən qanuni qüvvəyə minmiş məhkəmə qərarı bu günə kimi icra edilməmiş qalır. Bundan əlavə də mənə fərdi ev tikmək üçün verilmiş Şüvəlan qəsəbəsindəki 877 saylı qeyd etdiyim torpaq sahəsinin cizgi və xəritədən çıxarışının hazırlanması da bilavasitə Əliyev Zaur Şaitdin oğlunun mane olması nəticəsində bu günə kimi mümkün olmamışdır. Həmçinin həmin torpaq sahəsində tikilmiş 125 kv.m sahədən ibarət 4 otaqlı evə (tikiliyə) mənim köçürülməyim barədə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01.03.2022-ci il tarixli 2 (103) – 1193/2022 saylı qətnaməsi olsa da, yəqin ki adlarını qeyd etdiyim vəzifəli şəxslərin aşkar qanunsuz fəaliyyəti nəticəsində cavabdeh tərəfin Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına buraxılmış şikayət verilmə müddətinin qanunsuz bərpası nəticəsində mümkün olmamışdır. Bundan əlavə, həmin şəxslər vəzifədə olmaqlarından sui-istifadə edərək həmin bağ sahəsi ilə bağlı olaraq məni 3 ay müddətində qanunsuz həbs etdirmişlər.
Cənab Prezident, göstərilənlərə əsasən, Sizdən bu məsələni nəzarətdə saxlayaraq adlarını qeyd etdiyim vəzifəli şəxslər tərəfindən mənə qarşı edilən qanunsuzluğun qarşısının alınması və həmin qanunsuzluğa yol vermiş bütün vəzifəli şəxslər barəsində qanunamüvafiq şəkildə tədbir görülməsi barədə göstəriş verməyinizi xahiş edirəm.
Əvvəlcədən Sizə öz təşəkkürümü bildirirəm.
İmza: Kərimov İnam Cümşüd oğlu”
Redaksiya olaraq, İ.Kərimovun saytımıza göndərdiyi müraciətində göstərdiklərini bir daha təsdiqləməsi məqsədilə onunla əlaqə saxladıq. İ.Kərimov ərizədə qeyd etdiklərinin sübutu kimi xidmət edən sənədlərin – məhkəmə qərarlarının, mediasiya təşkilatının arayış və protokolunun, Sabunçu (keçmiş Əzizbəyov) RİH-nin sərəncamının surətlərini, Mərkəzi Seçki Komissiyası, Milli Arxiv İdarəsi, Xəzər Rayon İcra Şöbəsi ilə yazışmalarını redaksiyaya təqdim etdi. İ.Kərimov həmçinin ərizədə göstərdiklərindən əlavə də iş üzrə əhəmiyyət kəsb edən məlumatlar vermişdir: Şüvəlan qəsəbəsində onun köçürülməsinin təmin olunmadığı 125 kv.m-lik 4 otaqlı ev onun atasından qalan miras torpaq üzərində tikilib, keçmiş həyat yoldaşına qarşı zinət əşyaları, pul iddiası da var və s. Hərçənd, bunlar əlahiddə yazının mövzusudur.
Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq
“Mediatv.az”
Teqlər:
Bu xəbər cəmi 1145 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR