Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Müjdələr məbədi

Rüstəm
08.05.2013 / 00:00


 



Adətən yuxu görmürəm.Gördüklərim də yadımda qalmır.Bəzən gecikdirdiyim bank kreditini,qaz pulunu,işıq pulunu su pulunu,dükanın borcunu səhərə kimi ödəsəm də qurtarmaq bilmir.Yuxudan oyanıb gördüklərimin əslində yuxu olmadığını yadıma salıb beynimi format edirəm.Ahıllardan eşitmişəm ki,hansı fikirlə yatırsansa onu da yuxuda görürsən...Sizə danışmaq istədiyim yuxu da bir mübahisənin və bu mübahisədən doğan fikirlrimin təzahürüdür.

     Mayın 8-də qaçqın dostumuzun yataqxanadan qurtulub,Masazırda yerləşən avropa standartlarına uyğun yeni mənzilə köçməsini “yumaq”üçün bir neçə dostumla Bakıdakı kafelərin birində görüşdük.Dostumuzun bir daha qaçqın düşməməsini arzulayaraq toqqanın altını bərkidib,türkün sözü məhəbbət etmək üçün sakit bir çayxanaya çəkildik.Bir az problemlərdən,bir az keçmişdən,bir az gələcək planlardan danışıb adəti üzrə sözü gətirdik siyasətə.Siyasət deyəndə ki,hərə öz dərk etdiyi kimi Liviyadan,Suriyadan,İsmayıllıdan,Əylislidən,demokratik seçkidən danışıb çatdıq Qarabağa.Söhbətin şirin yerində dostumuzdan biri qarabağlı səbəbkar dostumuza-Sən artıq bizim hamımızdan yaxşı mənzildə yaşayırsan.Kişi kimi de torpaqlar alınsa geri qayıdacaqsan?Dostumuz bir az fikirləşib bilmirəm dedi.Amma bu bilmirəm kəlməsi daha çox yox kəlməsinin ifadə etdiyi anlamı daşıyırdı.Mübahisə də elə burdan başladı.Əvvəlcə vətən və dövlət haqda bildiyimiz bütün zərbi məsəlləri,atalar sözlərini,Dədə Qorqud kəlamlarını yada salıb qarabağlı dostumuzda qayıdış eşqi,vətən sevgisi oyatmağa çalışdıq.Amma alınmadı.Sanki bu sevgi nifrətə çevrilmişdi.Mübahisəni daha da böyütməmək üçün ,məsələyə başqa tərəfdən yanaşıb aram-aram danışmağa başladım.



_Dost neftdən əldə etdiyimiz gəlirin bir hissəsini verib taxıl alırıq,halbuki taxılçılıq üçün ən yararlı torpaqlar Qarabağdadı.Üzümçülük ,şərabçılıq üçün sahəsində təkcə Ağdamın adını çəkmək kifayətdir. Heyvandarlıq ,turizm üçün ən əlverişli region Qarabağdı.Torpaqlar alınsa minlərlə yeni iş açılacaq,Bakıda evlərin qiyməti ucuzlaşacaq.Büdcədən məcburi köçkünlərə ayrılan vəsait ,maaş və təqaüdlərə əlavə ediləcək.Şuşanın dağları,Kəlbəcərin İsti suyu ,qızıl yataqları...



-Kifayətdir! Qışqıraraq dostum sözümü kəsdi.Yaxşı mən qayıtmağa hazıram.Bəs siz nə vaxtsa Qarabağın geri qayıdacağına inanırsınızmı ?



Ortaya dərin bir sükut çökdü.Heç kim danışmır,başını aşağı dikərək nəsə fikirləşirdi.Evə qayıtdıqdan sonra da,dostumun bizə verdiyi sual beynimə batmış tikan kimi mənə rahatlıq vermirdi.Axşam nə vaxt yatdığım yadıma gəlmir.Lakin oyananda quş kimi yüngülləşmişdim.Gördüyüm yuxu ruhuma rahatlıq gətirmişdi.Yuxuda bəyaz qanadlı bir mələk mənə yaxınlaşıb bir neçə dəfə 2015-ci il deyə təkrar etdi.Heyrətli baxışlarımın ona dikildiyini görən mələk gülümsəyib sözünə davam etdi :



-2015-ci ildə Qarabağı geri qaytaracaqsız



-Necə?Hansı yolla ?Nəhayət mən də danışmağa başladım



-Hər il aclıqdan ,işsizlikdən ,rüşvətxorluqdan ,məmur özbaşnalığından cana doyan on minlərlə erməni ailəsi ölkələrini tərk edir.Artıq 20 ildən çoxdur ki,bu proses davam edir.2015-ci ildə ermənistanda cəmi 5-10 min erməni qalacaq.



-Əla !Biz cəmi 5-10 min erməni ilə müharibə aparacağıq.



-Yox canım nə müharibə.Onlar Suriyadan gələn ermənilərdir.2015-ci ildə Suriyada əmin-amanlıq yaranacaq.Onlar da xocalı-irəvan –van –dəməşq avioreysi ilə ev-eşiklərinə geri qayıdacaq.



-Demək bir qan tökmədən,şəhid vermədən öz vətənimizə qayıdacağıq.



-Hə bax burda bir az problem olacaq.Biri Bakının havasını,biri gözəl villasını,biri şəxsi biznesini,biri gül kimi vəzifəsini tərl etmək istəməyəcək.Bəziləri qan tökmədən alınan torpaqlara qayıtmağı özünə yaraşdırmayacaq.Amma darıxma Qarabağa əhalinin yerləşdirilməsi problemi də öz həllini tapacaq.



-Zorakılıqla ?Axı onlar ikinci dəfə bu dərdə dözə bilməz.



-Heç bir zorakılıq olmayacaq.Onların geri qayıtmasına ehtiyac da qalmayacaq.



-Bəs onda necə ?



-2015-ci ilə qədər Avropa da iqtisadi böhran daha da dərinləşəcək.İşsizlik ,tətillər artacaq,zorakılıq,insan hüquqlarının pozulması adi hala çevriləcək.



-Bundan bizə nə ?Bizdə ki,bu problemlər yoxdur.İnşallah 2015-ci ildə də olmayacaq--deyib mələyə tərs-tərs baxdım. Niyə hirslənirsən ? İş burasındadır ki,avro-2015 də Azərbaycana gələcək avropalılar azərbaycandakı iqtisadi inkişafı,plüralizmi,insan hüquqlarına hörməti ,mülkiyyəti , ədalətli seçkini,tolerantlığı ,azad rəqabəti,toxunulmazlığını,məmur nəvazişini görüb geri qayıtmaq istəməyəcək.Hökümətiniz onların Qarabağda məskunlaşmasına icazə verəcək.Təssəvvür edirsən Laçında –yeni Lissabon,Kəlbəcərdə- kiçik venesiya,Ağdamda –anenfeld şəhərləri salınacaq.



Yuxudan oyanan kimi ,dostlarımla görüşə tələsdim.Yuxumu onlara danışıb ,küskünlüyü aradan qaldırmaq istəyirdim.Yol boyu mələyin mənə dediklərini təkrar edirdim ki,bir söz belə yadımdan çıxmasın.Bu qənaətə gəlmişdim  ki,mələk bu müjdəni xalqımıza çatdırmağım üçün yuxuma girib.Dostlarımla görüşüb,nəfəsimi dərmədən danışmağa başladım.Mənə diqqətlə qulaq asan dostlar sonda qəh-qəhə çəkərək gülməyə başladı.Mən pərt və əsəbi halda baxır,onlıar isə gülməyə davam edirdi.Dostlarımdan biri hirsimdən pörtdüyümü görüb əlini çiynimə qoyaraq pıçıldadı:



-Qardaş ,sənin yuxuda gördüklərini biz hər gün müjdələr məbədi AZTV-də görürük.

Etiketler:
Bu yazı cəmi 3062 dəfə oxunuldu
YORUMLAR
Eliyev Seymur: 
"Sagol rustem mellim"
Sagole rustem muellim 1deneseneee halal olsun size
19.09.2013 / 01:54
Yazarın Digər Yazıları
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR