Rusiyanın Tambov vilayətində vəhşi çöldonuzu yol qəzasına səbəb olub.
Qəza nəticəsində 3 nəfər ölüb, dörd nəfər ağır xəsarət alıb.
Daxili İşlər Nazirliyinin region üzrə idarəsinin məlumatına görə, bazar ertəsi səhər saatlarında Miçurinsk rayonu ərazisində iki minik avtomobili toqquşub. İlkin məlumatlara görə, qəzaya yola çıxan çöldonuzu səbəb olub. “Opel” markalı avtomobilin sürücüsü yola çıxan vəhşi heyvanı vurmamaq üçün hərəkət istiqamətinin əks zolağına çıxıb və nəticədə qarşıdan gələn “Peugeot” markalı maşınla toqquşub.
“Qəza nəticəsində “Peugeot”nun sürücüsü və “Opel”in iki sərnişini hadisə yerində keçinib, dörd nəfər zərərçəkən isə Miçurinsk şəhər tibb müəssisəsinə çatdırılıb”, - deyə idarənin məlumatında bildirilir.