Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Vardanyandan sonra Stepanyan mitinq çağırışı etdi: küçəyə çıxarmağa adam tapa bilmirlər

Vardanyandan sonra Stepanyan mitinq çağırışı etdi: küçəyə çıxarmağa adam tapa bilmirlər
Xəbər veridliyi kimi, bir neçə gün əvvəl Qqarabağdakı separatçıların “dövlət naziri” Ruben Vardanyan Xankəndidə aksiya çağırışları etmişdi. Hətta dünən üçün Xankəndidə aksiya olmalıydı ki, baş tutmadı. Çünki yolun bağlı olması səbəbindən Ermənistan adam gətirmək mümkün olmayıb. Və Qarabağda o qədər adam yaşamır ki, aksiyaya da çıxsınlar. 3-5 erməni yaşayır ki, onların da Qarabağda küçəyə çıxması nəyisə dəyişmək gücündə deyil.

YeniMeydan.info xəbər verir ki, Vardanyan başqa bəhanələr gətirərək, aksiyanı təxirə saldığını bildirmişdi. Hərçənd Qarabağda yaşayan ermənilər də daha əvvəlki kimi həvəsli deyillər. Bir çoxları vəziyyəti dərk etdiklərindən proseslərə qoşulmurlar. Bir qismi isə qoşulmağın da faydasız olduğunu düşünürlər. Amma Vardanyan, Harutyunyana etibar edənlərin də sayı çox deyil. Əksinə, hər gün bu nüfuz xeyli aşağı düşür.

Qeyd edək ki, Qarabağdakı separatçılar sakit oturmaq fikrində də deyillər. Vardanyanın ardından, bu gün separatçıların daha bir nümayəndəsi, özünü “deputat” elan etmiş Qeqam Stepanyan da ermənilərə müraciət edərək, onları aksiyaya çağırıb. Stepanyan bununla bağlı müraciətində deyib ki, Xankəndi və digər şəhərlərdə etiraz aksiyaları təşkil etsinlər. “Qarabağda çaxnaşma yoxdur. Lakin narahatlıq çoxdur. Vəziyyətin ciddiliyini təsəvvür etmək lazımdır. Əməli addımların atılması zərurətidir”.

Bildirək ki, ermənilərin belə davranışları heç nəyi dəyişə bilməz. Faktiki olaraq, Qarabağda yaşayan ermənilərin sayı da hər kəsə məlumdur. Onların hamısı küçəyə çıxsa belə, bu Azərbaycanın mövqeyinə zərrə qədər təsir edə bilməz. Rəsmi Bakının geri çəkilməsi üçün heç bir əsası da yoxdur. Ermənilər isə ənənəvi olaraq, yenə saxta tarixin əsiri, yalançı vətənpərvərliyin girovuna çevriliblər. Separatçılara isə qurbanlıqlar lazımdır.
Teqlər:
Bu xəbər cəmi 750 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR