Azərbaycan milli komandası Dubayda 2-ci yoldaşlıq görüşünü keçirib. Apasport.az saytının məlumatına görə, yığmamız Birləşmiş Ərəb Əmirliklərindəki təlim-məşq toplanışı çərçivəsində son yoxlama matçında Lixtenşteynlə qüvvəsini sınayıb.
İlk oyununda Özbəkistanla qolsuz bərabərlik edən millimiz bu dəfə çətinliklə də olsa qələbə qazana bilib. Oyunda 2 dəfə penalti vurmaq imkanı qazanan yığmamızda Rəşad Sadiqovdan fərqli Vaqif Cavadov şansını qaçırmayıb.
Bununla da millimiz 5 oyunluq qələbəsiz seriyasına son qoyub. Belə ki, sonuncu qələbəni də yoldaşlıq görüşündə - ötən ilin avqustunda Bakıda Bəhreyn yığmasını 3:0 hesabı ilə məğlub etməklə qazanmışıq.
6 fevral
Azərbaycan - Lixtenşteyn - 1:0
QOL: Vaqif Cavadov, 75-pen
Baş hakim: Abdulla Əl Ajel
Hakim-köməkçiləri: Həsən Sukatri, Yasim Abdulla Hamed, Əl Şaik
Dubay. “Əl-Vəsl” stadionu
AZƏRBAYCAN: Səlahət Ağayev (Anar Nəzirov, 46), Bədavi Hüseynov, Vurğun Hüseynov (Rahid Əmirquliyev, 46), Rasim Ramaldanov, Maksim Medvedev, Elvin Məmmədov (Qara Qaaryev, 90+1), Vüqar Nadirov (Cavid Hüseynov, 72), Cihan Özkara (Vaqif Cavadov, 64), Rəşad Sadiqov, Rüfət Dadaşov (Pərdis Fərcad-Azad, 46), Rauf Əliyev (k)
LİXTENŞTEYN: Peter Yele, İvan Kintans, Daniel Kaufman, Andreas Kristen (Frants-Yozef Foqt, 85), Frants Burqmayer, Mikel Polverino, Tomas Bek (Eris Burak, 64), David Hasler, Nikolas Hasler, Filipp Erner, Matias Kristen
Murad