Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Ermənilər rus sülhməramlılarına 41 saat vaxt verib: “Ya yolu açacaqlar, ya da zorla da olsa Xankəndinə gedəcəyik”

Ermənilər rus sülhməramlılarına 41 saat vaxt verib: “Ya yolu açacaqlar, ya da zorla da olsa Xankəndinə gedəcəyik”
Dünən bir qrup erməninin İrəvandan yola çıxaraq, Gorusa, oradan da Laçın dəhlizinin girişinə gəldikləri barədə xəbər vermişdik. JAMAZ.İNFO xəbər verir ki, erməni ictimai fəal Hayk Barseqyanın rəhbərlik etdiyi dəstə dünən axşam saatlarında ərazidə xidmət edən rus sülhməramlılarının nümayəndəsi ilə görüşüblər.

“Joqavurd” qəzetinin məlumatına görə, onlar Laçın dəhlizi vasitəsi ilə Xankəndinə getmək istədiklərini və yolun açılmasını tələb ediblər. Lakin ruslar onlara xəbərdarlıq edib ki, hazırda həmin yolla hərəkət dayandırılıb və giriş məhdudlaşdılıb. ““Rusiya sülhməramlı qüvvələrinin nümayəndəsi özünü bizə təqdim etmədi. Lakin o, bildirdi ki, yuxarıdan əmr gələnə qədər yolu aça bilməzlər. Həmçinin bu gün (dünən) dövlət başçılarının görüşü olacaq və orada hansı qərar veriləcəksə, onu da həyata keçirəcəklər”.

Barseqyan onu da deyib ki, ruslar onlara xəbərdarlıq da edib. “Bizə dedilər ki, əgər Xankəndinə doğru hərəkət etsək, orada aksiya keçirən azərbaycanlılarla rastlaşacağıq və bu dava-dalaşa səbəb ola bilər. Ona görə də, geri dönməyimizi istədilər”.

Erməni ictimai fəal daha sonra bildirib ki, bu danışıqlardan sonra onlar rus sülhməramlılarına 41 saat vaxt veriblər. “Biz onlara 41 saat vaxt verdik. Həmin müddətdə Laçın dəhlizi açılmasa, zorla da olsa yola daxil olub, Xankəndinə gedəcəyik. Hazırda biz Gorusdakı “Mirhav” otelində yerləşmişik. Verdiyimiz müddəti gözləyirik”.

P.S. Zorla dəhlizə daxil olub, Xankəndinə gələcəklərsə, problem deyil. Bizim aksiyaçılar da onların sənədlərini və yüklərini yoxlayıb, qərar verərələr. Əgər məsləhət bilsələr, buraxarlar. Məsələhət bilməsələr, geriyə yolları açıqdır.
Teqlər:
Bu xəbər cəmi 740 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR