Təhsil naziri Mikayıl Cabbarov təyin olunduğu vaxtdan ciddi kadr islahatlarına başladı.Hətta yeni nazir işində yol verdiyi nöqsanlara görə istənilən təhsil işçisini bağışlamayacağını bəyan etdi.Amma görünür bəzi məktəb direktorları nazirin bu açıqlamalarını qulaq ardına vurmaqda davam edirlər.Valideynlərin şikayət etdikləri məktəblərdən biri də Yasamal rayonunda yerləşən 286 saylı tam orta məktəbdir.Məktəbin direktoru Mübariz Vəliyev bu təhsil ocağını öz qanunları ilə istədiyi kimi idarə edir.Belə idarəçilik isə valideynlərin çox ciddi narazılığına səbəb olmuş,direktorun qanuna sığmayan əməlləri valideynləri lap hövsələdən çıxarmışdır.Məktəbdə bazar açıldığını qeyd edən məlumatlı şəxs müəllimlərlə valideynləri üz-üzə qoymaqdan belə çəkinmir. İbtidai siniflərdə Venetika üçün 25 manatdan pul yığılmasını tələb edib. Qarşıdan gələn 8 mart bayramı üçün daha bir yığım kampaniyasına start verilib.Bu bayram üçün yığılan pulun miqdarı 10-20 manat civarında təşkil edir.Belə məlum olur ki, Mübariz müəllimi təhsildən çox başqa işlər maraqlandırır. Daxil olan şikayətlər əsasında 286 saylı tam orta məktəb və Mübariz müəllimin fəaliyyəti barədə qısa araşdırma apardıq.Araşdırma nəticəsində məlum oldu ki,bu məktəbin adı mətbuatda da neqativ işlərdə hallanıb. Məktəb direktoru ancaq var-dövlətini artırmaqla məşğuldur.Belə ki, valideynlərin sözlərinə görə heç təsadüfi deyildir ki, bunun sayəsində Mübariz müəllim bir neçə xarici markalı avtomobillərə sahib olub.
Daxil olan şikayətlər əsasında Mübariz müəllimlə əlaqə saxlamaq istəsək də istəyimizə nail ola bilmədik.Odur ki, bu barədə Təhsil nazirliyinin və Bakı Təhsil İdarəsi rəhbələrinin məsələlərə münasibətini öyrənib , ətraflı məlumat verəcəyik. O üzdən araşdırmalarımızı davam etdirib , qarşı tərəfin mövqeyini dərc etməyə çalışacağıq.