- Siz “Yeni ulduz” yarışmasından çıxan ifaçılardansız. Maraqlıdır, bu yarışmadan çıxan hər bir ifaçıya “Yeni ulduz” filankəs deyə müraciyyət edirlər. Amma siz isə sadəcə Günay İbrahimli kimi tanındız?
- Mən “Yeni ulduz” yarışmasına qatılanda 16 yaşım var idi. Həm də çox utancaq idim. Çətinliklərim var idi. O, üzdən yarışmanı tez tərk etdim. Daha sonra isə yenidən başladım işləməyə. Hara getdimsə, orda demədim mən “Yeni ulduz” yarışmasında çıxmışam. Sadəcə, Günay İbarahimli dedim.
- Günay, qeyd etdiniz ki, səhnəyə ilk çıxanda 16 yaşınız var idi. Ailənizdə sizin müğənni kimi fəaliyyət göstərmənizə münasibət nəcə idi?
- Mənim bu arzumu atam-anam yaxşı qarşıladı. Çünki onlar özləri də musiqiçidirlər. Anam musiqi müəlliməsi, atam isə qarmon ifaçısı olub. Müğənnilik sənəti qızlar üçün çox çətindir. Mən ilk bu işə başladığımda saatlarla mahnılar oxuyurdum, studiyada olurdum, axşam evə gec gəlirdim. Evdə narahatlıq olurdu. Amma daha sonra bu narahatlıq keçdi.
- Qohum-əqraba nəcə...
- İnanırsız ki, bəzi qohumlarımız var, hələ də mənimlə danışmırlar. Araları yoxdur mənlə. Onlar istəmirdilər mən müğənni olum. Amma indi özləri münasibətlərini mənimlə düzəltmək istəyirlər.
- Düşünürsünüzmü qohumlarınızın sizlə münasibətlərini düzəltmə səbəbi sizin tanınmağınız, bu işdə qazandığınız uğurdur?
- Mən bunu hiss edirəm. Amma mənə belə bir münasibət lazım deyil. Onları görüb görüşsəm də, bu münasibət mənə səmimi gəlmir. Zamanında, mənim pis günümdə arxa durmadılar, mənə zərbə vurdular. Amma indi durub üzümə gülürlər. Özü də hamısı mənə yaxın olan qohumlarımdır.
- Şou-biznesdə olan adamları cəmiyyətdə düzgün həyat tərzi yaşamayan insalar kimi tanıyırlar...
- Mən deməzdim. Düzdür, belə düzgün həyat tərzi yaşamayan insanlar var . Amma mən onların içinə özümü qatmaq istəmirəm. Mən ailəmlə yaşayıram. Bacım, qardaşım, anam, atam - onlar mənim hər şeyimdir.
- İncəsənətdə olan şəxslər ailə ilə yaşamaqdansa tək yaşamağa üstünlük verilər. Siz necə düşünürsüz?
- Mən yox. Niyə tək yaşayım? Gedirəm evə yeməyim hazır gəlir qabağıma, paltarlarım ütülü.
- Ailə qurmağı düşünürsüz?
- Hələ yaşım azdır. Ayaqlarımın üstündə durmağı bacarmalıyam daha sonra evlilik barəsində düşünməliyəm. Mənim sənətimi başa düşən biri olarsa, onda evlənərəm.
- Hazırda həyatında sevgi varmı?
- Heç kim yoxdur. Mənim şəxsi həyatımda kimsə olsa mənim işlərim axsayacaq.
- Nəyə görə hər zaman xanım ifaçılar həyatlarında olan sevgi münasibətlərini gizlədirlər. Siz özünüz də deyirsiz ki mənim həyatımda heç kim yoxdur. Bəlkə gizlədirsiz...
- Yox, gizlətmirəm. Mən də istiyrəm sevim, sevilim... Vaxtı gələndə olar. İndi oxuyuram, işləyirəm.
- Şou aləmində bir çox şeylər baş verir. Onların başında isə soyunmaq və qalmaqalla gündəmə gəlmək durur. Sizə necə belə təkliflər olub?
- Hə olur. İlk gəldiyim günlərdə də, daha sonra da olub. Amma inanın ki, mən demişəm heç vaxt mən belə ucuz şeylərə getmərəm. Bu qalmaqal, soyunmaq söhbətinə artıq tamaşaçıların marağı qalmayıb.
- Bu təklifləri edənlər kimlər idi?
- Elə şou-biznesdə olan insanlar. Bilirsiz bu insanların düşüncələri ucuzdur. Sadəcə, bunların “qazına” getməmək lazımdır.
- Günay İbrahimlini ən çox hansı müğənniyə bənzədirlər?
- Məni ən çox İradə İbrahimovaya bənzədirlər. Hətta bir çox məclislərdə mənə İradə deyə müraciət diblər.
- Şou-biznesdə qorxduğun və çəkindiyin insan var?
- Yox... Heç kimdən qorxmuram. O qədər olub ki, mənim yolumu bağlamağa çalışıblar, hətta qorxu gəliblər. Amma onlarda bu alınmayıb. Allah mənə kömək olub. Mənim düşmənlərim çoxdur. Nə qədər qorxsam, onlara o qədər fürsət verəcəm.
- Məşhurlaşmaq üçün çoxmu pul xərclədin?
- Mən birinci çıxanda telekanallara pullu çıxırdım. Amma indi hamısı ilə aram yaxşıdır. Hər yerə dəvət edirlər pulsuz-parasız...
- İnsanlar şou-biznesdə olan adamları varlı-pullu kimi tanıyırlar. Yəni bizim ifaçılar özlərini belə tanıdıb. Bunu necə şərh edərdiz?
- Bu işdə hər sahədə olduğu kimi pul qazanmaq çox çətindir. Pul gəlir, qazanıram... Amma gəldiyi kimi də gedir. Toylara, şou proqramlara gedib qazanıram. Amma mən varlı deyiləm, yalan deyərəm bunu.
- Toylar demişkən neçəyə gedirsiz toylara?
- Bu biznes sirridir, deyə bilmərəm. Düzdür mətbuatda hər il toylara gedən müğənnilərin siyahısı açıqlanır. Orda mənim də adım var, amma yalandır.
- Özünüz qeyd etdininz ki, qohumlarınız münasibətiniz yaxşı deyil. Onlar səni toya dəvət etsələr pulla gedərsən, ya pulsuz?
- Mən o qohumlarımın toyuna pulla gedərəm. Pulsuz getmərəm. Vaxtında mənim sənətimi bəyənməyiblər, nəyə görə mən onların toylarında pulsuz oxumalıyam?
- Belə çıxır ki, sizin sənətdə də, qohumlarınız arasında da düşmənləriniz çoxdur?
- Düşmən deməzdim. Bunu deyərdim ki, sənətdə və qohumlarım arasında mənə zərbə vuran insanlar olmasaydı, mən bu belə bərkiməzdim. Onların o zərbələri məni daha da güclü etdi.
- Hələ gəncsiz, 23 yaşınız var. Bu yaşda yəqin unutmadığnız sevginiz olub?
- Olub. Mənim xoşuma gələn bir oğlan olub. Amma o, məni sevməyib. Mən isə onu çox sevirdim. Bu yaxınlarda məni sevməyən, hətta saymaya oğlanla rastlaşdım. Qaçır qabağıma “necəsən”. Amma o uşağlıq dövrü idi. İndi xoş xatirələrlə yadıma salıram.
- Onu görəndə əvvəlki hisslərdə nəsə qalmışdı...
- Yox, heç bir şey qalmamışdı. Sadəcə bir dost kimi salamlaşdıq onunla.
Aynur Babayeva