Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

"Əlbəttə, həmin şəxs təqaüdə getməlidir ki, gənc nəsil üçün yol açılsın" - Birinci vitse-spiker


Moderator.az Milli Məclis Sədrinin birinci müavini, Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri  Əli Hüseynlinin Modern.az-a müsahibəsin təqdim edir.


 


- Əli müəllim, hazırda Milli Məclisin deputatları məzuniyyətdədirlər. Ancaq söhbətimizə bir qədər əvvəldən başlamaq  istəyirəm. Artıq altıncı çağırış parlament formalaşıb. Belə deyək, Milli Məclis tam olaraq dəyişdi. Parlamentdə həyata keçirilən dəyişiklikləri necə qiymətləndirirsiz?


 


- İlk növbədə onu deyə bilərəm ki, altıncı çağırış parlament seçkiləri bu dəfə fərqli oldu. İlk dəfə olaraq parlament hakim partiyanın müraciəti əsasında buraxıldı. O mövzulara qayıtmaq istəmirəm. Məlum olan odur ki, 2018-ci ilin növbədənkənar prezident seçkilərindən sonra cənab prezident İlham Əliyev bir çox yeni tezislər səsləndirdi. Məhz həmin tezislər ölkəmizdəki islahatların keyfiyyətcə yeni mərhələsinə rəvac verdi. Məqsəd də tam aydın idi. Azərbaycan inkişaf səviyyəsinə görə ən müasir ölkələr sırasına qatılmalı idi. Bu məqsədə çatmaqdan ötrü bütün sahələrdə fundamental və keyfiyyətcə yeni islahatlar aparılmalı idi. Bu islahatlar yerli və mərkəzi icra hakimiyyəti orqanlarından tutmuş, məhkəmə hakimiyyətinə  də aid idi. Ona görə də qanunverici hakimiyyət bu islahatlardan kənarda qala bilməzdi. Parlamentin buraxılması və yeni seçkilərin keçirilməsi əslində, 2018-ci il prezident seçkiləri ilə bağlı proses idi.


 


- Bir növ  2018-ci il islahatlarının növbəli davamı deyək.


 


- Bununla bağlı çoxlu fikirlər səslənib. Yenidən o məsələlərə qayıtmaq istəmirəm. Ən azından əsaslanadırmamız Konstitusiya Məhkəməsində olub və siz də onu dinləmisiz. Məhz parlamentin qarşısında yeni vəzifələr dururdu. Bu, parlamentin işinin bir qədər fərqli qurulması ilə bağlıdır. Parlament deyəndə deputat korpusunu nəzərdə tuturam. Milli Məclisin işini, fəaliyyətini isə Parlament Aparatı tənzimləyir. Ona görə də bu proses bir-birilə bağlı oldu.


 


Əvvəla onu qeyd edim ki, parlamentin tərkibi həmişəki kimi bir qism dəyişib. Vətəndaşlarımız həm yaşlı nəslin nümayəndələrinə, həm də yeni və gənc deputatlara səs verməklə onları seçiblər. Bu baxımdan parlament öz rəngarəngliyi ilə yenə də seçilir. Siz də müşahidə edirsiniz ki, həm Azərbaycanda, həm də ölkədən kənarda təhsil alan, müxtəlif xarici dilləri bilən deputatlarımız təmsil olunur. Bu, beynəlxalq təşkilatlarda təmsilçilik baxımından çox önəmli məsələdir. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri kimi deyə bilərəm ki, komitədə çoxlu sayda savadlı,  peşəkar və gənc hüquqşünaslar təmsil olunur. Hazırda komitənin demək olar ki, bütün üzvləri qanunların təqdimatı prosesində iştirak edir. Bilirsiz ki, komitələrdə sədr müavinləri müxalifət təmsilçiləridir. Hüquq komitəsində də belədir. Amma onun peşəkar hüquqşunas olması bir sıra məsələlərdə konsensus  əldə etməyə imkan verir.


 


- Altıncı çağırış parlament formalaşan ərəfədə dünyanın düzəni dəyişdi. COVİD-19 pandemiyası ölkəmizdə də tüğyan etməyə başladı.  Hətta belə şəraitdə parlamentin işini davam etdirə bilməyəcəyi fikirləri səslənirdi. Bu məsələdə pərdəarxası məqamları eşitmək istərdik. İlk vaxtlarda  iclasların işinin davam etdirilməməsi  nə dərəcədə real idi?.


 


- Bu məsələyə yanaşmam fərqlidir. Bizdən əvvəlki nəsillər o qədər böyük çətinliklər görüblər ki... Bu baxımdan bunu təbii qarşılayıram. Düşünürəm ki, parlament rəhbərliyi bizim real rejimdə işimizi davam etdirəcəyimizlə bağlı  çox düzgün olaraq qərar qəbul etdi. İlk vaxtlarda çoxlu müzakirələr aparıldı.  “Pandemiya zamanı necə edək?!”  “Onlayn müzakirə, onlayn səsvermə olsun?”  Biz isə real şəraitdə işləmək qərarına gəldik. Hesab edirəm ki, bu da doğru qərar idi. Parlament təmsilçilik orqanıdır və burada da müəyyən təhlükələr var. Bildiyiniz kimi bir neçə deputatın da səhhətində problemlər yarandı. Ancaq bu bizim real işimizdi. Daha çətin işlərdə çalışan insanlar mövcuddur.


 


İkincisi, elə məsələlər vardı ki, onu onlayn formada aparmaq mümkün deyil. O effekti verməz. Siz də parlamentdə açıq və maraqlı müzakirələrin getdiyini müşahidə edirsiz. Bəzən mətbuat və sosial şəbəkələr o müzairələri fərqli təqdim edirlər. Ancaq parlamentdə fikir azadlığı tam olaraq mövcuddur. Hesab edirəm ki, parlament demokratiyası tam bərqərardır.


 


- Altıncı çağırış parlament formalaşdan bir qədər sonra Parlament Aparatı da formalaşdı. Aparatda struktur islahatlarının aparılması hansı dəyişikliklərə gətirib çıxartdı?


 


- Niyyət ondan ibarət idi ki, daha lokal və daha yığcam komanda ilə peşəkar fəaliyyət göstərilsin. Bir sıra şöbələr birləşdirildi və ixtisarlar oldu. Artıq müəyyən dövr keçib. Bu gün parlamentin fəaliyyətini görürsüz. Daha lokal ixtisarlar həyata keçirilsə belə, daha yığcam komanda ilə işi keyfiyyətli formada davam etdirmək mümkündür. Aparatda müəyyən struktur islahatları aparmadan qarşıya qoyulan vəzifələri  yerinə yetirmək olmazdı. Hesab edirəm ki, həm Parlamentdə, həm də  Milli Məclisin Aparatında həyata keçirilən islahatlar düzgün aparılıb və onlar öz bəhrəsini verib. Hər halda bu məsələləri mətbuat da izləyir və görür. Həyata keçirtdiyimiz işlər tam şəffafdır. Fürsətdən istifadə edib deyə bilərəm ki, mətbuatla bu dövrdə formalaşmış münasibət doğrudur. Gələcəkdə də planlaşdırılır ki, həyata keçirilən islahatlar mətbuat, televiziya, sosial media vasitəsilə daha da çox vətəndaşlara çatdırılsın. Bunu da növbəti sessiyalarda müşahidə edəcəksiz.


 


- Aparatdan danışarkən bir məqam daha çox diqqət çəkdi. Parlamentdə “İcra hakimiyyəti orqanları ilə əlaqələr şöbəsi yaradılıb. Bu şöbənin əhəmiyyəti nədən ibarət olacaq?


 


- Bildiyiniz kimi,  Prezident Administrasiyasında da Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi yaradılıb. Əslində belə bir şöbənin Prezident Administrasiyasında yaradılması düzgün haldır. Bir çox ölklərdə prezidentin parlamentdə səlahiyyətli nümayəndəsi olur və faktiki olaraq ölkə prezidenti ilə parlament arasında işgüzar münasibətə cavabdeh olan qurumdur.


 


İkincisi, artıq Parlament Aparatında struktur islahatlarına adekvat olaraq icra hakimiyyəti orqanları ilə əlaqə yaradan bir şöbənin yaradılmasına ehtiyac oldu.


 


- Yerli icra orqanlarında mövcud olan problemlər adıçəkilən şöbənin fəaliyyəti ilə aradan qaldırılacaqmı?


 


- Deputatlar majoritar seçki sistemində seçiliblər. Onlar seçiciləri parlamentdə təmsil edirlər. İndiyə qədər mövcud olan problemlərdən biri də seçicilərlə təmasa girməyin sisteminin yaradılması ilə bağlı idi. Düzdü, bu günə kimi kim necə bacarıbsa, o formada da bunu edib. Onu deyim ki, indiyə kimi də mexanizm var idi. Regionlarda köməkçilərimiz mövcuddur. Bu da əvvəlki dövrdə həyata keçirilən islahatların müsbət nəticəsi idi. Son çağırışlarda  “köməkçilər institutu” formalaşıb. Hər bir deputatın təmsil olunduğu bölgədə ofisləri mövcuddur. Həmçinin, deputatlarla seçicilərin münasibətinin gələcəkdə sistemli xarakter alması nəzərdə tutulub. Bu işlərin təşkil olunmasında parlamentdə yaradılmış müvafiq şöbənin xüsusi rolu mövcuddur. Gələcəkdə regionlarda karantin rejimi yumşalandan, yaxud da, ləğv ediləndən sonra bu təmasların necə effektiv olduğunu müşahidə edə biləcəklər. Bütün bu işlər şəffafdır. Hər bir vətəndaş, seçici, parlament rəhbərliyi, deputatlar eləcə də siz deputatın öz seçiciləri ilə necə və harada görüşdüyünü müşahidə edə biləcəksiz. Sadəcə görüş yox, görüşün nəticələri də şəffaf olacaq.  Digər məsələ yerli icra orqanlarının qaldırılan məsələlərə necə reaksiya verməsi ilə bağlıdır. Əgər qaldırılan məsələ həll olunmayıbsa, bunun səbəbləri açıqlanacaq. Demək istəyirəm ki, bu çox effektiv bir mexanizm olacaq. Bir daha vurğulamaq istəyirəm ki, parlamentin aparatında bu cür islahatların aparılmasının müsbət nəticəsini gələcəkdə hər kəs müşahidə edə biləcək.


 


- Digər bir məsələ sizin təşəbbüsünüzlə irəli sürülən seçicilərin komitə iclaslarına cəlb edilməsi məsələsidir. Bu məsələ necə tənzimlənəcək?


 


- Vətəndaşların qanunvericilik prosesinə cəlb olunması vacib haldır. Siz də müşahidə edirsiniz. Parlament hansısa qanun qəbul edir, yaxud da, hansısa layihənin üzərində çalışır. Sonra mediada bir fikir ortaya qoyulur. Qısa zaman ərzində tərəfdarlar toplamaq olur. İstənilən populist mövzuda bunu etmək olar Məsələn, uşaqpulu mövzusundan başlamış təhsil haqlarının azaldılmasına qədər... Çünki bu məsələlər birbaşa insanlarla bağlıdır. Müşahidələr onu göstərir ki, nəticədə ziddiyyət yaranır. Vətəndaş fikri ilə onu təmsil edən şəxsin fikir ayrılığı mövcud olur. Bu çox vacib məsələdir. Vətəndaş deyir ki, bu mənim fikrimdi, sən bunu müdafiə etmirsən. Bu ayrılıqları aradan qaldırmaqdan ötrü vətəndaş- seçici qanunvericilik prosesində, onun əsaslandırılmadında, ideyanın yaradılmasında bu ideyanın nə dərəcədə əsaslı olmasında maraqlı olmalıdır. Məhz bununla bağlı bu fikri səsləndirmişdim. Gələcəkdə müxtəlif formaları da ola bilər. Məsələn, həmkarım Adil Əliyev çox maraqlı təkliflə çıxış edib ki, parlamentdə də könüllülər olsun. Bir çox ölkələrdə bu ənənə var. İdeya olaraq parlamentin işinin mümkün olan qədər cəmiyyət üçün məlumatlı olmasıdır. Biz bunda maraqlıyıq. Çünki əksi baş verəndə belə fikirlər səslənir ki, deputat xalqın marağını ifadə etmir. Bu yanlışlığı aradan qaldırmaq lazımdır.


 


- Parlament Aparatında da hakimiyyətin digər qollarında olan kimi işçilərin yaş balansının qorunmasına önəm verildi.  Buna baxmayaraq, yaş məsələsində  sui-istifadə hallarının da şahidi olmuşuq.


 


“Dövlət qulluğu haqqında “qanunda müəyyən yaş məhdudiyyəti qoyulub. Onlarla, yüzlərlə məmurlar 65 yaşdan sonra da çalışır. Əslində o məhdudiyyətin uzadılmasının mənası var. Gəlin görək, hansı hallarda uzadılır? Hansısa peşəkar mütəxəssisi əvəz edəcək digər mütəxəssis yoxdursa, həmin şəxsin dövlət qulluğunda pensiya yaşının çatması vaxtı uzadılır. Qanunun məntiqi mahiyyəti bundan ibarətdir.


 


Təbii ki, bu,  doğru deyil. Milli Məclis Aparatında da belə sui-istifadə halları baş verirdi. O zaman gənclərə yol açılmırdı. Peşəkar təhsili, savadı var. Tam formalaşmış kadrdı. Ancaq çalışmırdı. Halbuki pensiya yaşına çatan dövlət qulluqçusu təqaüdə çıxanda faktiki olaraq həmin əmək haqqını alacaq. Sual olunur? Burada hansı digər maraqlar var ki, bu işi davam etdirsin?!  Yaşlı insan dövlət təminatının olmasını istəyir və dövlət də bu təminatı verir. Əlbəttə, həmin şəxs təqaüdə getməlidir ki, gənc nəsil üçün yol açılsın. Hətta parlament aparatında təmsil olunanların hamısı gənclərdən ibarət yeni şöbə müdirləridir.


 


- Bayaq Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsindən söz açdıq. Bu şöbə müxalifət partiyaları ilə görüşlər keçirir.  Gələcəkdə parlamentdən kənar müxalifət nümayəndələrinin Milli Məclisə dəvət olunması məsələsi mövcud ola bilərmi?


 


- Bunun mümkünlüyünü qəbul edirəm. Hansısa qanunların müzakirəsində təkcə parlament müxalifəti yox, parlamentdə təmsil olunmayan digər müxalifət nümayəndələrinin ekspert qismində cəlb olunması mümkündür. Səhv etmirəmsə, belə hallar əvvəllər olub.


 


- Ancaq son illərdə biz bunu müşahidə etmirik.


 


-Bəli, siz haqlısız. Bunun müxtəlif səbəbləri olub. Eyni zamanda, müxalifət də dialoqun normal təmasından kənara çıxdı. Bir neçə il iqtidar-müxalifət münasibətləri kəskin mərhələyə keçdi. Bunun haradan qaynaqlandığı məlum idi. Təhqir, söyüş dolu xoşagəlməz mühit formalaşdı. Bu gün isə bu dialoqlar baş verir. Bir neçə siyasi partiya qeydiyyata alınıb ki,  bu da çox müsbət haldır. Bir neçə siyasi partiyalar var ki, qurultaylarını keçirtmək niyyətindədirlər. Biz onların Azərbaycan siyasi cəmiyyətində nə dərəcədə çəkilərinin olub-olmadığını müşahidə edəcəyik. İndiki halda bu prosesi müsbət dəyərləndirirəm. Parlamentdən kənarda fəaliyyət göstərən siyasi partiyalar hansısa təmasdan geri qalmayacaq.


 


- Əli müəllim, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədrisiz. Yeni mövsümdə komitədə hansı yeniliklər gözlənilir?


 


- Qanunvericiliklə bağlı hüquq siyasətində görəcəyimiz işləri iqtisadi siyasətə hüquqi dəstək adlandırıram. Hüquq islahatları üzrə qanunvericilik bazası əsasən son 10 ildə yaradılıb. Yeni qanunlar qəbul olunub, yeni təsisatlar yaradılıb. 2004-cü ildən başlayaraq korrupsiyaya qarşı mübarizə tədbirləri nəticəsində qanunlar qəbul etdik, qurumlar yaradıldı. Məhkəmə hüquq islahatları ilə bağlı “məhkəmələr və hakimlər haqqında” qanuna dəyişiklik etdik. Sonrakı dövrlərdə iqtisadi islahatlardan irəli gələn qanunvericilikdə dəyişikliklər edildi. Bu da əsasən cərimə sanksiyalarının artırılması idi və daha çox həbslərdən imtina, maliyyə sanksiyalarının tətbiqi buna yönəldi. Sonrakı mərhələdə yenə də iqtisadi inkişafla bağlı cinayət qanunvericiliyinin humanistləşdirilməsi dekriminallaşdırılması oldu. Bizdə bu proseslər getdi. İndiki mərhələdə hüquq sektoru ilə bağlı olan hansısa fundamental sənədlərin qəbul edilməsi gözlənilmir. Hesab edirəm ki, indiki qanunlar var onları icra etmək kifayətdir ki, məhkəmələr şəffaf fəaliyyət göstərsin, rüşvətxorluq korrupsiya minimuma ensin, dövlət-vətəndaş münasibətləri daha da normallaşsın. Hüquq sahəsində indiki qanunvericiliyimiz imkan verir ki, mövcud olan problemlər həllini tapsın. Qalır o qanunların dürüst icra edilməsi. Bir neçə il bundan əvvəl “Tikinti və şəhərsalma məcəlləsi layihəsini qəbul etdik. Çox da liberal layihə idi. Ancaq uzun illər icra olunmurdu. Yerlərdə yerli icra hakimiyyəti orqanları ilə birgə treninqlər həyata keçirirdik. Ancaq vəziyyət normallaşmırdı. Qanunun çox konkret müddəası var. 12 metr 3 mərtəbəli mənzillərin fərdi yaşayış evlərinin tikilməsi razılaşdırılma üsulu ilə həyata keçirilir. Vətəndaşın qanuni torpağı varsa, onu tikməzdən öncə müvafiq orqana məlumat verir. Həmin orqan da layihələndirmə ilə bağlı tövsiyələrini bildirir. Təəssüf ki, uzun illər icra olunmadı. Yerli icra hakimiyyəti ancaq sui-istifadə hallarına yol verirdi. Bunlar da məlumdur. Yalnız müəyyən maraq çərçivəsində icazə verirdilər. Eləcə də hündürmərtəbəli binalarla bağlı qanunvericiliyin bütün normaları mövcuddur.


 


Çox düzgün olaraq cənab prezidentin Fərmanı ilə tikinti ilə bağlı ixtisaslaşmış qurum səlahiyyətləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə verildi. Yeni komitə sədri təyin olunan zaman cənab prezident mövcud problemlərin hamısını bir daha söylədi. Bu gün təqdirəlayiq haldır ki, Dövlət Şəhərsalma və Arxitextura komitəsi qanunun icrası ilə bağlı şəffaf mexanizmlər, reystrlər yaradırlar. Bu proses gedir. Amma yenə də yerli icra orqanlarından məlumatlar daxil olur. Əvvəlki problemlər bir sıra hallarda yenə də mövcuddur. Bu nümunələri ona görə sadaladım ki, qanunda nəyi etmək lazımdırsa, etmişik. Qanunvericilik tam olaraq kifayətdir ki, düz işləsinlər. Hüquq sahəsində qəbul etdiyimiz qanunlar kifayət qədərdir. Sadəcə onları olduğu kimi dürüst icra etmək lazımdır.

Teqlər:
Bu xəbər cəmi 4790 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR