Riyaziyyatçı Qəfər müəllimin (YERİ GƏLMİŞKƏN, bütün MÜƏLLİMLƏRİ peşə bayramları münasibətilə təbrik edir, ONLARa uzun ömür və can sağlığı arzulayıram. Təbrikim təkcə auditoriyadakılara deyil, "Xalqlar dostluğu" və bu kimi məkanlarda ailəsinin yaşamı xatirinə bir loxma həsrətilə gözləri sonsuzluğa doğru zillənən müəllimlərə də aiddir. MÜƏLLİM adını uca tutanların qarşısında baş əyirəm. Uca Tanrı hər zaman Sizləri öz ailənizin qarşısında başıuca etsin!) dediklərini mən yaxşı mənimsəməyə bilməmişəm, ona görə də hesab bacarmıram. Lütfən kömək edin və deyin, əgər bir məmləkətdə 4 min nəfər 4 min yüz manat pul verib Allahın əmrini yerinə yetirirsə (və yetirməliyik də - ancaq Aydın Canıyev demişkən, "amma... və lakin..."dən sonra ), bu kəslərin qonşuluğundakı balaca cocuqlar autizmdən, Daun sindromundan, telasimiyadan, böyrək çatışmazlığından, ürək xəstəliklərindən əziyyət çəkirsə, 5-6 min manatlıq yarımçıq qalan müalicələrin edilməməsi ucbatından bir insan ömrü sona yetirsə, onda ibadətin tamlığında necə ortaq məxrəc tapmaq olar?... Allah ibadətinizi qəbul etsin və getməyənlərə də nəsib olsun, ay hacılar, Azərbaycanda 17 milyon manatla nə qəqər xəstəyə şəfa vermək, nə qədər imkansıza əl tutmaq olar ki, "Allah ocağı" olan könülləri də sevindirəsən?!...Amma öz aramızdır, ərəb şeyxləri nəyi var, öz balalarını sevindirirlər ha - onlara bahalı futbol klublarını, yaxtaları, bərkgedən maşınları almaqla....Bizimkilər də can hayında, torpaq hayında....Nə isə, "biz düzələn zad dögürüy".... Burada görün TÜRKÜN BÖYÜK KİŞİLƏRİndən olan YUNUS ƏMRƏ nə deyir: "....Çalış qazan, ye, yedir: Bir könül ələ gətir: Yüz Kəbədən yeyrəkdir: Bir könül ziyarəti...." . Bir millət olaraq bizlər də dünya zövqünə düşüb, qiyaməti unutmayaq. BAYRAMINIZ MÜBARƏK OLSUN! Lap Qəfər müəllim kimi "dayınam bala, ərkim ötür" -
deyə könül aldım.