Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

EDVARD ANTİNYAN: “TEZLİKLƏ VARDANYAN QARABAĞI TƏRK EDİB, BAŞQA BİR ÖLKƏYƏ YAŞAMAĞA GEDƏR, ONUN KIMİLƏRI ÇOX GÖRMÜŞÜK”

EDVARD ANTİNYAN: “TEZLİKLƏ VARDANYAN QARABAĞI TƏRK EDİB, BAŞQA BİR ÖLKƏYƏ YAŞAMAĞA GEDƏR, ONUN KIMİLƏRI ÇOX GÖRMÜŞÜK”
“Ruslar çoxdan deyirlər ki, bu gün yol açılacaq, amma alınmır. Digər tərəfdən, azərbaycanlılar Nikol Paşinyanın dekabrın 26-da MDB-nin sammitində olacağını bilirdilər. Güman edirdilər ki, görüş zamanı müəyyən təzyiqlər olacaq ki, erməni tərəfi sülh sənədi imzalamağa məcbur qalacaq. Lakin hazırkı vəziyyətdə bu, mənasızdır. Çünki tərəflər hətta ilkin razılaşmalara da əməl etmirlər”. YeniMeydan.info bildirir ki, bunu politoloq Edvard Antinyan “Haykakan Jamanak”a müsahibəsində deyib.
Antinyanın sözlərinə görə, Xankəndidə keçirilən mitinqdə ermənilərin nə istədikləri aydın deyil. “Bundan əvvəl qarabağlılar ümidlə gəlmişdilər ki, yolu açacaqlar. Amma rus sülhməramlıları onları o yoldan keçirməyə beləicazə vermədi. Ermənilər orada başa düşdülər ki, yolu azərbaycanlılar deyil, ruslar bağlayıb”.
Erməni politoloq qeyd edib ki, mitinqə toplaşan ermənilər Qarabağın maraqlarının Ermənistanın qoruyacağını düşünürlər. Antinyan vurğulayır ki, bunun üçün İrəvana nümayəndə göndərməyi belə hazırdırlar. “Təəssüf ki, eyni zamanda bu faktdır ki, Qqarabağ Ermənistandan istifadə etmək istəyir. Onlar düşünürlər ki, problemə səbəb Ermənistanın Rusiya sülhməramlılarına alternativ beynəlxalq sülhməramlı missiya istəyidir. Lakin anlamırlar ki, bu tək Ermənistanın istəyinə bağlı deyil. Həm də Azərbaycan bunu istəməlidir. Bakı isə rus sülhməramlılarının beynəlxalq mandat almasına, Qarabağda qalmasına və güc tətbiqinə razılıq verməyəcək”.
Antinyanın sözlərinə görə, mitinqdə iştirak edən separatçıbaşı Arayik Harutynanın iştirak etsə də, susması məqsədli olub. “Arayik bununla Ruben Vardanyanı qabağa verib. Vardanyan yeni oyunçudur. Amma onun oyunu Qarabağ üçün çox təhlükəlidir. Çünki Azərbaycan açıq şəkildə bəyan edib ki, Rusiyanın adam göndərməsinə qarşıdır. Ona görə ki, Bakı Rusiya tərəfinə inanmır. Səbəb odur ki, ruslar Azərbaycana bir sıra vədlər veriblər, amma əməl etməyiblər. Azərbaycanlılar da ruslara xəbərdarlıq edib ki, oyun oynamayın. Ruslar Ruben Vardanyanla heç bir əlaqələrinin olmadığını və Azərbaycan nə istəsə, edə biləcəyini göstərməyə çalışacaqları təbiidir”.
Erməni politoloqun fikrincə, bu həm də ona görə edilir ki, Qarabağdakı separatçılar Azərbaycanla öz oyun qaydaları ilə danışıq aparsınlar. Yəni, Ermənistandan imtina etsinlər. “Baş verən mitinq də etiraz əlamətidir. Amma kimdən addım atılmasını gözlədikləri sual yaradır. Əgər Qərbdən gözləsək, başa düşməliyik ki, onlar bizə düz əməlli humanitar tardım belə etməyiblər. Heç vəziyyətimizi də başa düşmürlər. Ona görə də, öncə dəqiqləşdirmək lazımdır ki, mitinqin məqsədi nə olub. Kimdən addım atılması istənilir? Nəticədə yol açılmasa deyəcəklər ki, Ermənistanın günahıdır. Açılsa, mitinqin nəticəsidir. Hər iki halda Ermənistan günahkardır”.
Antinyan deyir ki, Vardanyan bu işdə hansı addımlar atsa da, o, Qarabağ məsələsini heç bir şəkildə həll edə bilməz. Politoloq vurğulayır ki, Vardanyanın Rusiyanın agenti olduğuna dair şübhələr var. “Rusiya da deyəcək ki, belə deyil. Hətta Kreml Azərbaycanın arxasınca hər hansı iş çevirmədiyini də bəyan edəcək. Yəni, Azərbaycan Vardanyanla istədikləri kimi məşğul ola bilərlər. Sonda Vardanyan hamıya əsəbiləşəcək, Ermənistan pasportunu götürüb başqa ölkədə yaşamağa gedəcək. Çünki o, artıq Qarabağda, Ermənistanda və Rusiyada yaşaya bilməz. Sadəcə şəxsi problemini qəhrəmancasına həll edir. Bu 30 ildə belə qəhrəmanları az görməmişik”.
Teqlər:
Bu xəbər cəmi 820 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR