Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Bu məmurlar zəng vururdu ki...

Bu məmurlar zəng vururdu ki...


Bu yazını məqsədli şəkildə gec qələmə aldım, istədim ki, hər kəs öz düşüncələrini yazsın və mənim bu qeydlərim həm də bir cavab olaraq qəbul edilsin.



4-6 noyabr tarixlərində Belçikanın paytaxtı Bürüsseldə Avropa Azərbaycanlıları Konqresinin (AAK) yaranmasının 15 illik yubleyi münasibətilə təşkil olunmuş “Azərbaycan Diasporu və Azərbaycan mediası: əməkdaşlıq səviyyəsi, problemlır və onların həlli yolları” adlı konfransda iştirak etdim. Bu konfransa təşkilatı dəstəyi ATXƏM sədri İlham İsmayılov və Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası vermişdir.



Mən o tədbirə AAK prezidenti Sahil Qasımovun dəvəti ilə qatılmışdım. Konqresin Mərkəzi Şurasının üzvü kimi konfransda iştirakı özümə borc bilmişdim. Düz iki il bundan oncə Konqres Niderlandın Amsterdam şəhərində, həmçinin də Brüsseldə çox möhtəşəm simpozium təşkil etmişdi. Mən o barədə böyük məmnunluqla yazmışdım. O simpoziuma qatılan Avropanın nüfuzlu siyasi xadimləri və jurnalistləri orada həm də Dağlıq Qarabağda böyük savaşa səbəb olmuş separatizmdən danışmışdılar. O baxımdan, 500 nəfərlik salonda baş tutmuş simpozium uzun müddət yaddaşlardan silinməmişdi.



Brüsseldə keçirilən konfransda da eyni ab-hava vardı. İnsanlarımızın içində yenə bir ümid vardı ki, həyata keçirdiyimiz bu işlər Azərbaycanımızın faydasına olacaq.



Məncə, konfransda edilmiş bir çox çıxışlar heç unudulmayacaq - Azərbaycanın Belçikadakı səfiri Fuad İsgəndəndərovun çıxışı kimi. Fuad müəllim danışdıqca düşünürdüm ki, nə yaxşı, Avropanın mərkəzində, dünya üçün çox böyük əhəmiyyət kəsb edən bir yerdə Azərbaycanı milli məfkurəyə sahib bir diplomat təmsil edir.



Səfir kimi fəaliyyətə başladığı ilk dönəmlərdə rastlaşdıqları çətinlikləri necə aradan qaldırdıqlarını, erməni diasporu və lobbiçilərinə qarşı apardıqları mübarizənin çətinliklərindən danışdıqca, gözlərindəki acı bir yanğı onun hisslərini tam ifadə edə bilirdi. Həyəcanını bir diplomat soyuqqanlılığı ilə büruzə verməməyə çalışsa da, gözlərindəki məyusluq bunu əngəlləyirdi. Sonradan öyrəndim ki, Fuad müəllim həm də Qarabağ qazisi imiş, müharibənin dəhşətlərindən keçmiş bir diplomatın milli olmaqdan başqa bir yolu yoxdur, təbii ki. Onun gözlərində əks olunan kədər itirilmiş Vətən torpağının ağrısı idi...



Gördükləri işlərdən bəhs etdikcə düşnürdüm ki, Azərbaycanımızın mədəni irsini Avropanın küçələrində əbədiləşdirən bu düşüncəyə sahib diplomatların sayı çox olsa, Azərbaycan bundan nə qədər faydalanar...



Prezident Administrasiyasının əməkdaşı Qafar Əliyev isə Azərbaycan dövlətinin maraqları naminə böyük ideallar ətrafında birləşməyin yollarından danışdı. Ulu öndər Heydər Əliyevin diasporumuzun inkişafına verdiyi önəmdən və Prezident İlham Əliyevin diasporumuzun formalaşmasına dair tövsiyələrindən söz açdı.



Millət vəkili və Mətbuat Şurasının sədri Əflatun Amaşov diaspor və mətbutın birgə fəaliyyət yollarından söz açaraq, bu yolda görülməsi vacib olan işlərə toxundu.



İlham İsmayılov da öz növbəsində gördüyü işlərdən danışdı. Uzun illərdir ki, tanıdığım bir adamın hansı çətinliklərlə qarşılaşdığını bildiyim üçün dediklərinə bütün qəlbimlə inanırdım. O, türk dünyası sevdalısı olan bir qardaşımızdır.



Almaniyadan sırf bu tədbirə qatılmaq üçün gələn tanınmış ictimai xadim Əlövsət Əliyev öz çıxışını əsasən təkliflər üzərində qurdu. Avropanın müxtəlif ölkələrində yaşamaq məcburiyyətində qalmış soydaşlarımızın qarşılaşdıqları problemlərin həlli yollarından danışdı.



Səfirimiz Fuad İsgəndərov isə bu sahədə görülən işlər haqqında geniş məlumat verdi.



Ən önəmli çıxışlardan birini isə əlbəttə, Sahil Qasımov etdi. Əvvəlcə fəaliyyətləri ilə bağlı hesabat verdi, sonra isə problemlərdən danışdı. Hiss etdirməsə də, çıxışında bir az inciklik var idi və haqsız da sayılmazdı. Çünki bu insanlar min bir əzabla güclü erməni diasporuna qarşı mübarizə aparırlar, Azərbaycanın milil və dövlət maraqlarını qorumaq üçün gecə-gündüz çalışırlar, ölkə rəhbərinə təhqir yağdıranların qarşısında dayanırlar, amma kimlərsə ortaya çıxıb onların əziyyətini yerə vurmağa çalışır.



Əlbəttə, bunu qəbul etmək mümkün deyil. Ukrayna Azərbaycanlılarının sədri Rövşən Tağıyev danışdıqca belə bir diaspor təşkilatını parçalamaq istəyənlərin ağıllarının yerində olduğuna və onların Azərbaycanı sevdiklərinə şübhə etdim.



Gördükləri işdən bəhs etdikcə düşünürdüm ki, hər yerdə bu qədər ağlı başında, vətənpərvərlərimiz olsaydı, Qarabağ kimi dərdimizi dünyaya çoxdan başa salardıq.



NATO kimi mötəbər bir qurumda və Avropa Parlamentindəki görüşlərimiz də çox yüksək səviyyədə təşkil olunmuşdu.



Bunlar gözlə görünənlərdir. Ancaq pərdə arxasında bəzi ürəkbulandıran işlər olmuşdu. Məsələn, Bakıdan bəzi insanlara zəng vuraraq, bu konfransa getməyi məsləhət görməyənlər də olub. Burada söhbət şəxsi ambisiyalarını dövlət maraqlarından üstün tutan məmurlardan gedir. Bunun qarşısı təcili surətdə alınmasa, onlar bizi erməni diasporuna uduzduracaqlar.



Yazımın sonunda bu konfransın baş tutmasında ən çox əmək verənlərə - Elnaz Agaxan (Hollandiyada yaşayan müstəqil jurnalist), Xatirə Abdullazadə (Real TV-nin Avropa bürosu), Arzu Oqtay (Finlandiya Qadınlar Cəmiyyətinin sədri, AAK-nın Baş katibi), Vasif Murad (Finlandiya Azərbaycanlıları Assosiasiyasının sədri) təşəkkür edirəm. Bu kimi insanların hər biri Azərbaycanı yüksək səviyyədə təmsil edirlər. Onlar Qarabağın səsi olmağı özlərinə borc bilən Vətən övladlarıdırlar.



Bir də Azərbaycan səfirliyinin əməkdaşlarının timsalında həmin konfransın pərdəarxası qəhrəmanları da vardı. Püstə və Nadirin simasında hər kəsə çox təşəkkür edirəm.



Yenidən görüşmək ümidilə, Allaha əmanət olun!


Teqlər:
Bu xəbər cəmi 3425 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR