Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Məşhur iqtisadçının qızını döyən qadını məsuliyyətdən kənar qoymaq istəyirlər

Məşhur iqtisadçının qızını döyən qadını məsuliyyətdən kənar qoymaq istəyirlər


Qubad İbadoğlu: “Vəhşiliyin üstünü örtmək istəyirlər”



76 saylı Lənkəran-Astara seçki dairəsinin Lənkəran rayonu Şürük kənd mədəniyyət evində yerləşən 16 saylı məntəqəsində məşvərətçi səs hüquqlu şəxs Jalə Bayramovanın döyülməsi sosial şəbəkələrdə geniş müzakirə olunmaqdadır. Jalə Bayramova seçki keçirilən gün qeyd edilən məntəqədə gördüyü qanun pozuntularını lentə alıb.



Bu zaman Azadə Kərimovanın hücumuna məruz qalıb. Hadisənin videogörüntüsü də sosial şəbəkələrdə yayılıb. Azadə Kərimova Jalə Bayramovaya yaxınlaşıb soruşur: “Sən nə haqla məni çəkirsən?” Sonra telefonunu almağa çalışır. Telefonu verməyən Jalə Bayramovanın saçından tutaraq yerə yıxıb sürüyür və məntəqədən zor tətbiq edilməklə uzaqlaşdırır.



Jalə Bayramova açıqlamasında deyir ki, qadın onun saçından tutub sürüyüb, üzünü cırmaqlayıb. Əlindən güclə qurtulub. Bir gün sonra Jalə Bayramova həkim müayinəsindən keçib. Boğulmadan onun bədənində bəzi xəsarətlər qalıb. Başında şişlər əmələ gəlib, ağrıları isə bu günədək davam edir. Jalə Bayramova fevralın 9-da başına gələnlərlə əlaqədar zərərçəkən qismində yerli polis şöbəsinə müraciət edib.



Jalə Bayramova ile ilgili görsel sonucu



Jalə Bayramova Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlunun qızıdır. Qubad İbadoğlu qızının döyülməsi ilə bağlı yerli mətbuata bunları deyib: “Açılan işi bağlamağa çalışırlar. Hadisədən 12 gün keçib. Lənkəran ekspertizasının verdiyi rəy Jaləni qane etmədiyi üçün o, Bakıda, ”City Hospital"da yenidən müayinədən keçmişdi. Hüquq-mühafizə orqanları həmin ekspertizanın nəticələrini ləğv etdirdi. İndi də deyirlər, “nəticələrdən narazısansa, get, yenidən keç müayinədən”. Hər şey planlı və məqsədli şəkildə bu işin bağlanmasına, daha bir cinayətin ört-basdır edilməsinə yönəlib".



Qubad İbadoğlu deyib ki, qızı fevralın 19-da əmisi ilə bərabər Lənkəranda olub. Təhqiqatçı Ayxan Ağalı ilə görüşüb. Məlum olub ki, ona hadisə baş verən günü “Bura niyə gəlmisən? Sənin burada nə işin vardı ki, başına belə oyun gəlsin” - deyən, keçmiş tibbi ekspert heç bir xəsarətin olmadığına rəy verib: “Təhqiqatçı da təklif edib ki, əgər narazılığınız varsa, gedin ”Semaşko" xəstəxanasından təkrar tibbi ekspertizadan keçin. “Əks təqdirdə, bugünlərdə sənədləri prokurorluğa göndərəcəyik. Onlar qərar verəcək - cinayət işi açılsın, yoxsa yox. Onu da deyim ki, böyük ehtimalla prokurorluq işi bağlayacaq”, - deyib.



Qubad İbadoğlu deyir ki, bu, məmurların ağzından düşməyən “hüquqi dövlət” - anlayışı ilə uzlaşmır: “Bu, rəzalətdir və o videoya baxanların hamısını riqqətə gətirib, hiddətləndirib. Hətta bəzilərinin oradakı şiddəti görəndən sonra təzyiqi, şəkəri qalxıb. Jalənin anası və nənəsi hələ də şokdadır. Onu da deyim ki, təqdim olunan videolarda döyülmə prosesinin bir hissəsi əks olunub. Baxın, belə bir vəhşiliyin üstünü örtmək istəyirlər”.



https://www.bizimyol.info/az/wp-content/uploads/2018/05/qubad.jpg



Qubad İbadoğlu deyir ki, qanunun ayaq altına salınıb, tapdalandığı ölkənin hüquq-mühafizə orqanlarından gözləntiləri bundan artıq olmayıb:



“İşi bağlamaq üçün özəl klinikaya təzyiq göstərən hüquq-mühafizə orqanları ilə üz-üzəyik. Qızım Bakıya qayıdandan sonra ”City Hospital"da tibbi müayinədən keçmişdi. Adı xəsarət kitabçasında qeyd olunmuş, ona ambulator xəstəlik tarixçəsi açılmışdı. Ertəsi gün baş həkim “yuxarılar”ın təzyiqi ilə Jalə haqqında bütün tibbi qeydlərin ləğvi göstərişini verib. Jaləyə “sənə görə az qalmışdı ki, klinika bağlansın. Bir də bura gəlmə”, - deyib. Məcburiyyətdən onun müalicəsini evdə davam etdirdik".



Ata deyir ki, qızı iki gün əvvəl Daxili İşlər Nazirliyinin (DİN) İctimai Asayişin Mühafizəsi İdarəsinə dəvət olunub. Ora Vəkil Fariz Namazlı ilə bərabər gedib: “Hamlet müəllimlə görüşüb. Ona deyiblər ki, Lənkərana gedib, tibb-ekspertizanın nəticəsi ilə tanış ola bilər. Jalə deyib ki, tibbi ekspertdən narazıdır. Bakıda da imkan verməyiblər təkrar müayinədən keçməsinə. Sonradan məlum olub ki, ”City Hospital"a yenidən göstəriş gedib ki, heç bir xəsarət olmayan arayış yazıb, Lənkərana göndərsinlər. Onlar da bunu ediblər".



frame allowfullscreen="allowfullscreen" src="https://www.youtube.com/embed/Vvt5wYB8jrg" style="box-sizing: border-box; width: 840px; height: 604.875px;">



Qubad İbadoğlu deyir ki, Jalənin və ailəsinin, cəmiyyətin aldığı psixoloji zədələr uzun müddət sağalmayacaq. Bu işi aparanların, ona rəy verənlərin isə nəinki qanuna və layiq olmadığı həkim adına hörməti, hətta insan kimi vicdanı belə qalmayıb: “Olsaydı, ən azından ağrıyardı”.



“City Hospital”dan Meydan tv-yə xəstələrlə bağlı məlumat verə bilməyəcəklərini deyiblər: “Bu barədə yalnız xəstənin özünə, yaxınlarına məlumat verə bilərik. Mediaya açıqlama vermək səlahiyyətimiz yoxdur”.



Hüquqşünas Fariz Namazlı deyir ki, bu işdə əsas məsələ yetirilən xəsarətin ağırlıq dərəcəsini müəyyən etməkdir. Xəsarət yetirən şəxs barəsində hansı ölçünün götürülməsi də məhz xəsarətin ağırlıq dərəcəsindən asılıdır. Qubad İbadoğlu isə deyir ki, elə buna görə də işi bağlamaq üçün tibbi ekspertlər rəylərində “ağır xəsarət yoxdur” - yazıb, xəstəxanalara rəylərini dəyişdirməyi əmr ediblər.


Teqlər:
Bu xəbər cəmi 4070 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR