Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Azərbaycanda nazirlərin yüksək vəzifədə işləyən qardaşları - SİYAHI

Azərbaycanda nazirlərin yüksək vəzifədə işləyən qardaşları - SİYAHI

Mətbuatda nazirlərin yüksək vəzifə tutan qohumları barədə mütəmadi olaraq məlumatlar yayılır."Yeni Sabah" xəbər verir ki, yüksək vəzifələrdə çalışan qohumlar arasında bəzən nazirlərin qardaşlarına da rast gəlmək olur.Qardaşı yüksək vəzifədə işləyən nazirlərdən biri Kənd Təsərrüfatı naziri İnam Kərimovdur. İnam Kərimovdan 2 yaş balaca olan Mətin Kərimli 1979-cu ildə andan olub. Hazırda Əmək və Əhalinin Sosial Müdafiə nazirinin müavinidir. Qardaşı İnam Kərimov kimi Mətin Kərimli də ABŞ-da təhsil alıb. Mətin Kərimli məşhur Harvard Universitetində magistr təhsil alıb. İngilis, fransız, rus və ispan dillərini bilən Mətin Kərimli nazir müavini olmazdan əvvəl Vergilər Nazirliyinin Beynəlxalq münasibətlər idarəsinin rəisi vəzifəsində işləyib.Qardaşı yüksək vəzifədə işləyən nazirlərdən biri də Təhsil naziri Ceyhun Bayramovdur. Təhsil nazirinin özündən 3 yaş böyük olan qardaşı Azər Bayramov hazırda Maliyyə nazirinin müavini vəzifəsini icra edir. İnam Kərimovun qardaşı kimi Ceyhun Bayramovun da qardaşı əvvəllər Vergilər Nazirliyində yüksək vəzifədə çalışıb. Azər Bayramov 1997 -1999-cu illərdə  "İri vergi ödəyiciləri ilə iş üzrə" idarənin rəisi olub. Daha sonra - 2000-2004-ci illərdə isə Maliyyə Nazirliyinin Vergi Siyasəti və Gəlirlər Baş İdarəsinin rəisi vəzifəsində çalışıb. Qardaşı yüksək vəzifədə işləyən nazirlərdən biri isə Gənclər və idman naziri Azad Rəhimovun qardaşı Murad Rəhimovdur. Murad Rəhimovun rəsmi tərcümeyi-halı açıqlanmasa da, nazir qardaşının Prezidentin 12 oktyabr 2017-ci il tarixli Sərəncamı ilə Dövlət Reklam Agentliyinin Müşahidə Şurasına sədr təyin edildiyi bilinir. Onu da bildirək ki, Murad Arif oğlu Rəhimov eyni zamanda "Bakı Kristal Zal" MMC-nin qanuni təmsilçisidir. /yeniavaz.com

Teqlər:
Bu xəbər cəmi 3620 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR