Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Etibar Əliyevlə mandat qovğasında-təhsil ekspertinə ciddi dəstək

Etibar Əliyevlə mandat qovğasında-təhsil ekspertinə ciddi dəstək


31 saylı Suraxanı ikinci seçki dairəsindən qalib olan təhsil ekspertini  kimlər dəstəklədi; hüquqşünas: “Xüsusi ittiham qaydasında iddia qaldıra bilər”



31 saylı Suraxanı ikinci seçki dairəsindən deputat olan Etibar Əliyevlə rəqibi, bloger Mehman Hüseynov arasında qalmaqal və gərginlik hüquqi müstəvidə həll oluna bilər. M.Hüseynov hesab edir ki, onun səsləri oğurlanıb, E.Əliyev saxta yolla qalib elan edilib.



“Yeni Müsavat” xəbər verir ki, E.Əliyev M.Hüseynovun onun ünvanına səsləndirdiyi ittihamlarla bağlı məhkəməyə verməyə hazırlaşır.



Onun sözlərinə görə, qaragüruhçuların bir qismi məni əqidəmi dəyişməkdə, ona qarşı saxtakarlıq etməkdə suçlayır.



Diqqət edin: mən heç bir siyasi partiyanın üzvü deyiləm. Mənim əqidəm maarifçilikdir. Əqidəmə həmişə sadiqəm. Həmin əqidəyə uyğun olaraq da fəaliyyətimi davam etdirirəm.



Təkrar edirəm: Qaraçuxur qəsəbəsində yaşamağım, apardığım təbliğat və cəmiyyətdəki ictimai nüfuzum  qələbəmi qaçılmaz etdi. Bunu namizədlərin bir neçəsi də etiraf edir.



Məni ziyalı kimi düşündürən həm də  başqa məsələdir. Necə oldu ki, müəyyən zaman kəsiyində inkarçı, söyüşkən, tərbiyəsiz bir gənclik seqmenti yarandı.



Necə oldu ki, bunlar bizim diqqətimizdən yayındı və artıq onlar təhlükəyə çevriliblər. Onların yeganə amalı özləri kimi fikirləşməyənləri və davranış nümayiş etdirməyənləri mənəvi terror etməkdir.



Hər hansı bir təhqir şantaj və böhtan kampaniyasına qarşı maarifçilik yolu ilə və hüquqi müstəvidə mübarizəmizi aparacağıq”.



E.Əliyevə tanınmışlardan da dəstək gəlib. “Qanun”nəşriyyatının  rəhbəri Şahbaz Xuduoğlu bildirib ki, qalmaqallı 31-ci seçki dairəsindən olan namizədlər arasında əvvəlcədən Etibar Əliyevin seçilməsini arzu edib. “Ümumiyyətlə, ölkə üzrə müdafiə etdiyim namizədlərdən onun adı ilk sıralarda olub. Kitaba, təhsilə önəm verən insan olduğu üçün.



Həyatını cəmiyyəti ən az narahat edən, amma millətimizə çox vacib olan məsələyə həsr edib; təhsillə bağlı kitab yazıb, tərcümələr edib.  Yazdığı hər bir fikir neçə-neçə kitabın məhsuludur - İnsanları düşündürür, onların beynini açır. Mehman Hüseynov cəsarəti ilə o dairənin və ümumən əksəriyyətin favoritinə çevrilib.



Bloger olaraq işini yaxşı görür, həyatını risk altına atıb oliqarxları ifşa edir, əlləri heç nəyə çatmayan insanların problemlərini göstərir. Doğrusu, mənə elə gəlirdi ki, Etibarın keçməsi, əslində, həm də Mehmanın qələbəsidir. Çünki əminəm ki, Etibar da elə hesab edərdi”, - deyə Ş.Xuduoğlu yazıb.



Mehman Hüseynov ile ilgili görsel sonucu



Onun fikrincə, Mehman Hüseynov seçkinin nəticələrinə haqlı olaraq etiraz edir: “Amma bu etiraz nədənsə MSK-ya deyil, Etibar Əliyevə yönəlib. Belə şəxsi qərəz heç bir ədalətli adama yaraşmır, ona haqq qazandırmır”.



26 saylı Sabunçu birinci seçki dairəsindən lider namizəd Fazil Mustafa da qeyd edib ki, Mehman Hüseynov şantaj, təhqir yoluna daha çox üstünlük verərək hüquqi çərçivələri tanımadığını göstərir: “Etibar Əliyevin özü ilə mübarizəsini əlavə komponentlərlə zənginləşdirməyə çalışır.



Bu zaman isə 26 saylı dairənin bir məntəqəsindən ötürülmüş yalan informasiyanı böyük tapıntı kimi sosial şəbəkəyə sırımaqla guya hansısa saxtakarlıq faktının məntəqə üzvü olan Etibar müəllimin bacısı, uzun illər vicdanla məktəbdə müəllimlik edən Asya xanım tərəfindən törədildiyini iddia edir”.



Fazil Mustafa belə addımlarla bir müəlliməni məhz E.Əliyevi şantaj etmək üçün töhmət altında buraxmağın ləyaqətli davranış olmadığını bildirib. Sosial şəbəkə fəallarından da E.Əliyevə dəstək verənlər olub.



Nəsiman Yaqublu ile ilgili görsel sonucu



Tarixçi alim Nəsiman Yaqublu isə E.Əliyevi tənqid edib və seçkilərdə hakimiyyətdən dəstək aldığını söyləyib. E.Əliyevin N.Yaqubluya cavabı gecikməyib və kifayət qədər sərt olub:



“Mənə dedilər ki, “professor” Nəsiman Yaqublu guya saxta yolla seçilməyimdən yazıb. Və bu işdə nazirlərdən birinin adını hallandırıb. Ay saxtakar, qızının təhsil probleminin həlli ilə bağlı icrası mümkün olmayan bir xahişinin icrasına köməklik göstərəndə niyə mənə saxtakar demirdin?  Təəssüf ki, Rəsulzadəni sənin kimi savadsız və yedək alimlər cəmiyyətə təqdim etdiyinə görə insanlarımız onun da irsini normal səviyyədə öyrənə bilməyib”.



Bütün bu baş verənlərlə bağlı E.Əliyevlə danışmaq istəsək də, əlaqə saxlamaq mümkün olmadı. Lakin hüquqşünas Əsabəli Mustafayev “Yeni Müsavat”a bildirdi ki, hər bir vətəndaşın məhkəməyə müraciət etmək hüququ var. Onun sözlərinə görə, iddia qaldıran tərəf şikayətini konkretləşdirməlidir.



Əsabəli Mustafayev ile ilgili görsel sonucu



“Əgər hesab edirsə ortada böhtan var, o halda xüsusi ittiham qaydasında məhkəmədə iddia qaldıra bilər. Amma şikayətçi tərəf məhkəməyə sübut etməlidir ki, qarşı tərəfin onun ünvanına söylədiklərində böhtan və təhqir var. Yəni, bu məsələdə yük şikayət edən tərəfin üzərinə düşür.



Ancaq video çıxışdakı sözləri özünə təhqir saydığı halda, məhkəmə bunu ifadə azadlığı kimi qiymətləndirə bilər”,- deyə hüquqşünas E.Əliyevin M.Hüseynovu məhkəməyə verməyə hazırlaşmasını şərh etdi.



Ə.Mustafayev qeyd etdi ki, böhtan ağır cinayətlərdə olur: “Saxtalaşdırma ilə bağlı ittiham isə ağır maddə deyil. Adətən məhkəmə tərəfindən təhqir faktı sübut olunursa, o zaman iki ilə qədər həbs nəzərdə tutulur.


Teqlər:
Bu xəbər cəmi 4135 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR