Xalqın,millətin xosbəxt gələcəyini düşünən hər bir vətəndaş bu seçkidə düzgün qərarlar qəbul etməlidir
Çox hörmətli Sabir bəy!
Rayonumuzda olarkən mənə hədiyyə etdiyiniz milli taleyimizlə bağlı dəyərli “Milli taleyimiz və biz” kitabınızı (Bakı – 2018) bir daha oxudum, dəqiq, dürüst analitik təfəkkürünüzü bir daha alqışladım. Ona görə bir daha ki, Sizin bu və başqa bu kimi vacib mövzulardakı incə polemikalarınızı mətbuat səhifələrində, televiziya verlişlərində, internet saytlarında və şəbəkələrində, elektron mediada çox oxumuş, izləmiş, həmişə də analitik təfəkkürünüzün dərinliyinə, dürüstlüyünə, geniş eridusiyanıza, yüksək polemika mədəniyyətinizə heyran qalmışıq.
Heyif ki, bizdə polemika mədəniyyəti çatmır, diskussiya iştirakçıları çox vaxt söysöylənən fikirləri təhlil etmək, o fikirlərdəki səhvləri, yanlışlıqları açıb göstərmək, aydınlaşdırmaq əvəzinə onları kökündən inkar edib danır, yalnız öz həqiqətini sübut etməyə çalışırlar. Buna ümumən nihilizim deyilir. Bu da olduqca səhv, ziyanlı yoldur. Siz heç vaxt heç kəsi inkar edib danmırsınız, söylənən fikirlərə münasibətinizi bildirir, həmin fikirlərdəki məhz səhv məqamları açıb göstərir, aydınlaşdırırsınız. Özü də qışqır-bağır salmadan, səsinizin tonunu zərrə qədər də qaldırmadan, özünüzün sakit, təmkinli və təkidli ahənginizlə. Çoxumuza elə gəlir təkid səsin tonunda, sözlərin bərkdən deyilməsindədir, unuduruq ki, bu, fikrin mahiyyətində, həqiqətin özündədir. Var gücünlə qışqırıb təkidlə aləmə car çəksən də ikini ikiyə vuranda heç vaxt beş etməz, ikini ikiyə vuranda dörd etməsi kimi sadə həqiqəti isə lap yavaşdan desən də təkidli səslənər.
Çox hörmətli Sabir bəy, Sizin parlament seçkilərinə namizədliyinizi bizim 61 saylı Neftçala Seçki Dairəsindən irəli sürmək təşəbbüsünüz köhnə tanış kimi məni ürəkdən sevindirdi. Namizədliyinizi Azərbaycanın istənilən bölgəsindən irəli sürsəydiniz yekdilliklə dəstəklənərdiniz, Neftçalanı seçməyiniz bizə etimadınızdan xəbər verir. Buna görə həmyerlilərimiz adından Sizə təşəkkürümü bildirirəm… Əksər Neftçala seçiciləri, Neftçala ictimaiyyəti, Neftçala hərəkatçıları kimi, onlardan bir qədər də artıq maraqla mən də ilk gündən milli azadlıq hərəkatındakı fəaliyyətinizi ardıcıl izləmiş, həlledici məqamlardakı dəyanətinizi, qətiyyətinizi ürəkdən alqışlamışam. Ona görə bir qədər artıq maraqla ki, rayonumuzun sakinlərindən Sizə bir köynək yaxınam, Sizi gənclik illərindən tanıyıram. Dövrünün elitar ali məktəblərindən olan Azərbaycan Dövlət Universitetinin eyni fakültəsində, eyni kursunda təhsil almışıq. Filoloji fakültənin sizin təhsil aldığınız dil-ədəbiyyat şöbəsində, gərək ki, hər birində 20-dən artıq tələbə olan 2 qrup var idi, həmin fakültənin tərkibindəki bizim jurnalistika şöbəsində isə 17 tələbə təhsil alırdı. Fəlsəfə, Sov.İKP tarixi, Azərbaycan ədəbiyyatı tarixi, xarici ölkələr ədəbiyyatı tarixi, digər bu kimi ümumi fənlərin mühazirələrində qruplarımız patok halında birləşdirilir, böyük bir auditoriya əmələ gəlirdi. O qədər tələbənin arasında ilk gündən sayılıb-seçilmək, müəllimlərin, tələbə yoldaşlarının diqqətini cəlb etmək, yaddaşda qalmaq asan deyildi. Amma o vaxt Siz bunu bacardınız, sonrakı dövrdə də götürdüyünüz xətti dönmədən davam etdirdiniz.
O vaxt o böyük auditoriyadakı tələbələr arasında çox istedadlı gənclər var idi. Sonralar onların bir çoxu tanınmış alim, şair, nasir, siyasətçi kimi yetişdi, müxtəlif sahələrdə ölkəmizə layiqli xidmətlər göstərdi. Həmin nəslin nümayəndələri arasında Siz özünüzün istedadınız, mərdliyiniz, cəsarətiniz, vətənpərvərliyinizlə həmişə diqqəti cəlb etmiş, ən çətin, həlledici vaxtlarda milli azadlıq hərəkatının ön cərgələrində olmusunuz.
Yuxarıda yazdıqlarım məsələnin subyektiv tərəfidir. Sizə hörmətimizin, rəğbətimizin, etimadımızın kökü, səbəbləri isə dərindir. Siz azad, müstəqil Azərbaycanımızın təməl daşını qoyanlardan biri, birincilərindənsiniz, son dövr milli azadlıq hərəkatının həmişə ön cərgələrində addımlamış, onu çətin yollardan keçirib qələbəyə qovuşdurmusunuz. Vətən, xalq qarşısındakı çoxsaylı xidmətlərinizi saymaqla qurtarmaz. Təkcə müstəqillik düşüncəmizin ilk carçısı “Ömür kitabı”nızı happy wheels demo və müstəqil mətbuatımızın ilk qaranquşu “Azərbaycan” qəzetini götürmək bəsdir. Ən önəmlisi isə Sizin heç kəsə bənzəməyən ölən ruhunuz, xüsusiyyətinizdir. Hər bir xalqın, millətin birliyi, uğuru üçün vacib olan özəl ruhunuz, xüsusiyyətiniz.
Ölkə başçısı byük siyasi iradə nümayiş etdirərək parlamentin buraxılması və yeni parlamentin formalaşdırılması barədə sərəncam imzalayıb. Allah eləsin xalqımız, səsvermə hüququna malik seçicilər bu imkandan istifadə edərək özünün ən layiqli nümayəndələrini yer parlamentə üzv seçsin, fəal, çevik, işgüzar bir Milli Məclis formalaşdırsın. Heç kəsin bacarığını, qabiliyyətini, vətənə, xalqa xidmət hisslərini şübhə altına almadan yeni parlamentə ən layiqli namizədlərdən birini də Sizi hesab edirik. Çox istərdik yeni formalaşan Milli Məclisin tərkibində Sizi də görək. Bunun üçün malik olduğunuz xüsusiyyətləri bir daha seçicilərin yadına salmağı, onları həlledici məqamda düzgün addım atmağa çağırmağı vacib hesab edirik. Bir heç tanınmayan, bir də hamıya yaxşı tanış olan şəxslər barədə söz demək, fikir formalaşdırmaq çətindir. Sizin geniş təbliğə, seçicilərə əlahiddə təqdim olunmağa ehtiyyacınız yoxdur, bütün respublika ictimaiyyəti kimi rayonumuzun sakinləri, namizədliyinizi irəli sürdüyünüz dairənin seçiciləri də şəxsiyyətinizə, ədəbi, ictimai-siyasi fəaliyyətinizə hərtərəfli bələddirlər. Amma deputatlığa namizədlərimiz arasında Sizə üstünlük verilməsi zərurətini hörmətli seçicilərin diqqətinə çatdırmaq, onların yadına salmaq vacibdir.
Hər bir cəmiyyətdə üç təbəqəyə böyük ehtiyac duyulur: ziyalılara, ağsaqqalara və möminlərə. Bütün cəmiyyətdə də ən az təsadüf olunan məhz bu üç təbəqədit. Bəzi cəmiyyətlərdə onların sayı yox dərəcəsindədir. Ziyalını, ağsaqqalı, mömini başqa təbəqələrdən fərqləndirən başlıca xüsusiyyət bütün məsələlərə münasibətdə şəxsi anbisiyadan uzaq olmaq, cəmiyyətin fövqündə dayanmaq, yalnız xalqın, millətin, kütlənin taleyini, müqəddəratını düşünməkdir. Dünyanın kəskin şəkildə qütbləşib üz-üzə dayandığı bir dövrdə bu qəbildən olan insanlara daha ciddi ehtiyac duyulur. Yalnız bu mövqedə dayanan insanlar bütün təbəqələrə yaxınlaşıb onları eyni məcarada birləşdirməyi bacararlar. Sizin şəxsiyyətiniz, sədri olduğunuz “Vətəndaş həmrəyliyi” partiyası da bu ali məqsədə xidmət edir, xalqı, milləti eyni ideya ətrafında birləşdirərək müstəqilliyimizi möhkəmlətməyə cəhd göstərir.Ən dəyərli xüsusiyyətlərinizdən biri xalqın, millətin taleyinə, müqəddəratına heç vaxt biganə qalmamağınız, bununla bağlı ən vacib məsələlərin müzakirəsi zamanı vaxtında sözünüzü deməyiniz, təklifinizi verməyiniz, qəbul olunan qərarlara təsir göstərməyinizdir. Biz bunların dəfələrlə canlı, əyani şahidi olmuşuq. Inanırıq bundan sonra da həmin təsirin çox şahidi olacağıq.Gələcək gəncliyə məxsusdur, ölkəmizdə yeni təfəkkürə malik güclü müasir gənclik yetişib. Son illər gənclərə etimad daha da artəb, ən mühüm vəzifələr onlara həvalə olunub. Ancaq gənclər o vaxt xalqımız, millətimiz üçün faydalı, dəyərli işlər görə bilərlər ki, köklərindən, əsllərindən qopub ayrılmasınlar, milli-mənəvi dəyərlərimiz üzərində ucalsınlar. Bu cəhətdən Milli Məclisdə Sizin kimi müdrik, sayıq yaşlı nəslin nümayəndələrinin mövcud olması zəruridir. Müdriklər yaş yetirəndə qocalmırlar, Dədə Qorqud kimi piraniləşib bir olurlar, cavanlar onlardan daim məsləhət, tövsiyə alırlar. Xalqın, millətin xöşbəxt gələcəyini düşünən hər bir vətəndaş, hər bir seçici bütün bunlar barədə ciddi düşünməli, bu ali məclisə məhz Sizin kimi vaxtında dürüst fikirlər söyləyib, düzgün qərarlar qəbul etdirməyi bacaran şəxsləri deputat seçməlidirlər. inanırıq rayonumuzun seçiciləri də seçimlərini düzgün aparacaq, yekdilliklə Sizin lehinizə səs verəcəklər. bu, Sizdən çox seçicilərin özlərinin xeyrinə atılmış mühüm bir addım olacaq.
Əlövsət Polad
Neftçala şəhəri