2019-cu il ölkəmizin ictimai-siyasi və sosial-iqtisadi sahələrində olduğu kimi, təhsilimizdə də aparılan məqsədyönlü işlər, həyata keçirilən bir sıra layihələr, tətbiq olunan yeniliklərlə müşayət olunan uğurlu illərdən birinə çevrilərək, təhsil tariximizin səlnaməsində özünəməxsus yer tutmaqla uzun müddət yaddaşlarda qalacaq. Yola saldığımız 2019-cu il üçün təhsilimizin statistikasını bir daha nəzərdən keçirsək, 2020 – ci ildə təhsilimizin daha da inkişafı və tərəqqisi üçün kifayət qədər dayanıqlı və davamlı zəmin yaradıldığının bilavasitə şahidi oluruq.
Beləliklə, başa vurduğumuz 2019-cu ilə dair təhsil statistikamızdan kiçik bir xatırlatma:
Məktəbəhazırlığın əhatəliliyi genişləndirilib. 5 yaşlı uşaqların məktəbəhazırlıq təhsili 80 faizə çatdırılıb;
İcma əsaslı məktəbəqədər təhsil qruplarının sayı artırılaraq 328-ə, uşaqların sayı isə 6 min nəfərə çatdırılıb;
I sinfə şagird qəbulu elektron sistem vasitəsilə həyata keçirilib, 165 minədək uşaq birinci sinfə gedib;
Ölkəmizdə ilk dəfə 88 ölkə və regiondan olan şagirdlərin iştirak etdiyi 31-ci Beynəlxalq İnformatika Olimpiadası keçirilib;
117 məktəbdə 162 xüsusi sinif yaradılıb,ümumilikdə 4000-ə yaxın şagird bu siniflərdə təhsilini davam etdirir;
Gəncə, Şirvan, Şəki və Qubada təmayüllü Respublika liseylərinin sinifləri yaradılıb;
Ümumi təhsil müəssisələrini bitirən məzunlardan 112 nəfər qızıl, 67 nəfər isə gümüş medalla təltif olunub;
Respublika fənn olimpiadalarında 33 mindən çox şagird iştirak edib;
Məktəblilərimiz ümumilikdə 14 müxtəlif beynəlxalq olimpiada və müsabiqələrdə iştirak ediblər;
322 adda 7 717 764 nüsxə dərslik və metodik vəsait çap edilib;
Ehtiyat dərsliklərin tətbiqinə başlanılıb. I sinifləri üçün hazırlanan ehtiyat dərsliklər 150 məktəbin pilot siniflərində tətbiq olunub;
Azərbaycan Təhsil Şəbəkəsi 3 900-a yaxın təhsil müəssisəsini əhatə edir. Təhsil Şəbəkəsinə 1000-dən çox ümumi təhsil müəssisəsi qoşulub;
Ölkə üzrə 20 ümumtəhsil məktəbində 20 peşə təmayüllü siniflərdə ümumilikdə 420 nəfər şagird təhsil alır;
“Məktəblinin dostu”nun əhatə dairəsi genişləndirilib, layihənin əhatə etdiyi məktəblərin sayı 70-ə çatdırılıb;
Bakı şəhərində yerləşən 42 ümumi təhsil müəssisəsində 6 mindən çox şagirdin cəlb edildiyi STEAM layihəsinin tətbiqinə başlanılıb;
“Rəqəmsal bacarıqlar” layihəsi 6 şəhər və rayonu, 123 məktəb, 700 müəllim və 70 000 şagirdi əhatə edir;
50-si modul tipli olmaqla, 84 məktəbin tikintisi və əsaslı təmiri başa çatdırılıb;
Müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə elektron yerləşdirmənin nəticələrinə əsasən, 1305 müəllim iş yerini dəyişib;
Müəllim olmaq istəyənlərin sayı 3 dəfədən çox artaraq 54 min nəfəri ötüb;
8 mindən çox müəllim işə qəbul olunub. Onlardan 3260 nəfəri müddətsiz, 5614 nəfəri isə müddətli müqavilə əsasında işlə təmin olunub;
Müəllimlərin aylıq əməkhaqqı orta hesabla daha 20 faiz artırılıb;
Azərbaycan Gənc Müəllimlər Assosiasiyası yaradılıb;
318 nəfər direktor vəzifəsinə təyin edilib;
Elektron portallardan istifadə sayı 5 milyona yaxınlaşıb;
Ölkə və beynəlxalq miqyaslı yarışlardan 2847 medal əldə olunub;
168 layihə barədə müsbət qərar verilib Ümumi təhsil müəssisələri kateqoriyası üzrə 53, fərdi kateqoriya üzrə 115 layihə qalib elan olunub;
Yeni Peşə Təhsil Mərkəzi 8 istiqamət üzrə 231 tələbə qəbul edilib;
Cari tədris ilində peşə təhsili müəssisələrinə 14 mindən çox şəxs qəbul olunub;
Bakı Dövlət Universitetinin 100 illiyi qeyd olunub
Ali məktəbə qəbul yeni qaydada aparılıb, buraxılış imtahanlarının yeni modelinə keçilib;
Təqaüd alan tələbələrin sayı cari tədris ilində 45 faizə çatdırılıb
110 mindən artıq tələbənin təqaüdü artırılıb;
17 mindən çox tələbənin təhsil haqqı dövlət büdcəsi hesabına ödənilir;
Dövlət sifarişi yerləri 66 faiz artırılaraq, 12 300-dən 20 500-ə çatdırılıb;
500-dən çox bal toplayanlardan 25 faizi müəllimliyi seçib;
“Ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların təsnifatı” təsdiq olunub, 46 yeni ixtisas əlavə olunub
2646 tələbənin müraciəti müsbət cavablandırılıb;
Ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul qaydaları təsdiq olunub;
Ali təhsilin bütün səviyyələri üzrə 90-a yaxın ölkədən 6600 nəfərdən çox əcnəbi tələbə təhsil alır, 259 nəfər xaricdə təhsil almaq hüququ qazanıb;
701 SABAH tələbəsi məzun olub, onlardan 287 nəfər Azərbaycanda, 136 nəfər isə xaricdə magistratura təhsili alır;
“2019-2023-cü illər üçün ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın icrasına başlanılıb;.
“Web of Science” indeksli elmi tədqiqat işlərinin ümumi çəkisinə və nəşr aktivliyinin artım dinamikasına görə Azərbaycan regionda birinci yerdədir;
3 minə yaxın gəncin iştirakı ilə Azərbaycan Könüllülərinin 2-ci Həmrəylik Forumu keçirilib;
13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisi keçirilib;
Bakı Ekspo Mərkəzində 13-cü Azərbaycan Beynəlxalq Təhsil “EduExpo” sərgisi təşkil olunub;
Təhsil Nazirliyinin fəaliyyətində şəffaflığın daha da artırılması, təhsil sahəsində ictimaiyyətlə qarşılıqlı fəaliyyətin gücləndirilməsini təmin etmək məqsədilə İctimai Şura yaradılıb…
Daha nələr… nələr…
Arzu və ümid edək ki, 2020-ci il də təhsilimizin yeni hədəflərə doğru irəliləyişində uğurlu illərdən biri olmaqla təhsilimizin inkişafında yeni mərhələ olacaq, öz töhfəsini verəcəkdir.
Nadir İsrafilov
Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini