Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

“Məşədi İbad demiş, bu başçıları vəzifəyə gətirəndə baxmayıblar ki, bunlar..?”

“Məşədi İbad demiş, bu başçıları vəzifəyə gətirəndə  baxmayıblar ki, bunlar..?”
Məmurların yüksək vəzifələrə təyinatı və onların işinə nəzarət mexanizmində də ciddi çevriliş etmək gərəkdir...” Fikir savaşı... Sultan Laçın

Dövlət başçısının rəhbərliyi ilə Dövlət Təhlükəsizlik Xidməti və digər qurumların icra başçıları, onların müavinləri, baş həkimlər və s. barədəki alqışlanmalı olan son araşdırma və həbslər savadsız bir çobanda, fəhlədə də maraqlı, eyni zamanda ciddi, Vətənimiz, müstəqil(!) dövlətçiliyimiz üçün taleyüklü suallar oyadır...






***


Məsələn, camaat soruşur  ki, Məşədi İbad demiş, bu məmurları, o cümlədən başçıları, nazirləri, komitə sədrlərini,  böyük bank rəhbərlərini, baş həkimləri və s. vəzifəyə gətirəndə, onları “layiqli kadr” kimi Prezidentə, nazirlərə təqdim edəndə əlaqədar dövlət qurumları   bir baxmırlar ki, bunlar dələduzdur, yoxsa adam, rüşvətxorun biridirlər, yoxsa Vətəninə, dövlətinə sadiq bir vətəndaş...  Yəni ölkənin, dövlətin mərkəzdəki və yerlərdəki strateji postlarına rəhbərlik etməli olan bu şəxslərin keçmişi, psixologiyası, fizionomiyası, davranışı, düşüncə və həyat tərzi, keçmişdəki və indiki əmlakı, malı-mülkü, dövləti araşdırılmır?.. Axı bunların çoxunun fizinomoyasına, sifətinə baxanda apaçıq dələduzluq yağır...






***






Adi vətəndaşlar sual edir: “Axı necə oldu ki, bu günlərdə həbs edilən 10 il ərzində (2009-2019) o boyda Goranboy rayonuna rəhbərlik etmiş bir oğlu məhkəmədə, digəri Korrupsiyaya(!) Qarşı Mübarizə(!) idarəsində işləyən “Şöhrət” ordenli,  YAP üzvü Ağstafa rayon İcra başçısının, eləcə də 1990-cı illərdən bəri babat vəzifələrdə olmuş, 2011-ci ildən Yevlax Rayon İcra Hakimiyyəti başçısı işləmiş, “Vətənə xidmət” ordenli, hakim partiyanın üzvü Qoca Səmədovun rüşvətxor olduğu niyə yalnız indi üzə çıxdı?.. Və s. və i.a.






***


Media və sosial şəbəkələrdəki yazılardan, şərhlərdən və ən başlıcası, Prezidentə, 1-ci Vitse-Prezidentə, Prezident Administrasiyası və digər qurumlara ünvanlanmış çoxsaylı şikayətlərdən də bəlli olur ki, həbs edilən başçılar kimi rəhbərlər yalnız bu iki rayonda deyil...






***


Deyilənlərdən belə çıxır ki, ya ölkə başdan-ayağa dələduzlaşıb, yəni gerçəkdən strateji vəzifələrə, o cümlədən icra başçılığına layiqli namizədlər tapmaq çox müşkül məsələdir, yaxud da başçılığa, nazirliyə və s. namizədləri seçib dövlət başçısına, Prezidentə təqdim edən müvafiq dövlət qurumları bilərəkdən nalayiq kadrların irəli çəkilməsinə səbəb olurlar...   Yəni kadrların təyinolunma, eləcə də onların işinə nəzarət  mexanizmində də xətalar, nöqsanlara deyil, günahlara, ağır cinayətlərə yol verilib... Bax, bu cinayətləri törədənləri də tapıb ciddi məsuliyyətə cəlb etmək, layiqli cəzalarını vermək gərəkdir...






***






Hələ 2000-ci illərin əvvəllərindən yazırdıq, deyirdik ki, mərkəzdə və yerlərdə strateji dövlət, hökumət postlarına təyin olunacaq  məmurları savad, təhsil testindən, müsabiqəsindən əlavə, xüsusi ruhi-psixoloji bir testdən də keçirmək gərəkdir. Yəni müəyyən edilməlidir ki, bu adam nə məqsədlə, hansı niyyyətlə gəlir vəzifəyə; xalqa, dövlətçiliyə xidmət etmək, yoxsa ölkəni, bölgəni çapıb-talayıb özünə daxildə, xaricdə villalar tikmək, otellər açmaq və s. məqsədilə? Əgər bir məxluq, əstəğfürullah, Allah yerinə pula, dollara sitayiş edirsə, var-dövlət toplamağa görə qardaşını, bacısını belə məhv etməyə hazırdırsa, beləsini vəzifəyə necə qoymaq olar?..  






***






İllərlə yazırdıq ki,  yüksək vəzifəlilərin, nazirlərin, başçıların əmlaklarının, mal-mülklərinin deklarasiyası xalqa təqdim olunmalıdır...






***






O zaman biz bunları yazanda elə, çox güman ki, bəhs edilən cinayətkar mexanizmə qulluq edən bəzi dələduz məddahlar bizləri dövlətçiliyə, hakimiyyətə qarşı çıxmaqda günahlandırmağa çalışırdılar... Biz bu gündən ötrü deyirdik... Və işimizi o vaxtdan düzgün qursaydıq, bu gün icra başçılarına qarşı total mübarizəyə məcbur olmazdıq... Çünki dediyimiz xüsusu testin tam əksinə olaraq, başçılığa gedənlərin əksəriyyətini elə bir əndrəbadi “test”dən, təyinat mexanizmindən keçiriblər ki, indi, nadir istisnalarla, bunların əksəriyyəti yalnız kasıb-kusubun, ortabab sahibkarların qanını sormaqla məşğul olan və  xalqda hakimiyyətə qarşı kəskin etiraz doğuran böyük bir şəbəkəyə çevrilib...






***






Dövlət qulluğu testindən keçən adam sabah dolayı yollarla vəzifəyə təyinat alıb nəfsinə, tamahına, şəhvətinə qulluq edəcəksə, əlbəttə, korrupsiya ilə, özbaşınalıqla, dələduzluqla məşğul olub dövlətçiliyə, hakimiyyətə zərbə vuracaq... Odur ki, məmurları  yalnız Dövlət İdarəçilik Akademiyasından yox, həm də “Nəfsi İdarəetmə Akademiyası”ndan keçirmək gərəkdir. Nəfsinə hakim olmayan mərkəzdə və ya yerlərdə hakimiyyəti necə idarə edə bilər?..






***






Bir sözlə, məmurların yüksək vəzifələrə təyin olunması və onların işinə nəzarət mexanizmində də ciddi çevriliş etmək gərəkdir. Bu, baş verməsə,  hələ biz bundan sonra da on illərlə korrupsiyaya qarşı  ciddi,  total nəticə əldə etmədən mübarizə aparmalı olacağıq...






***






Hesab edirik ki,  istər yazar olaraq bizim, istərsə də  yüz minlərlə adi vətəndaşların bu sualları dövlət başçısına və əlaqədar orqanları ünvanlamağımızda heç bir günah, cinayət yoxdur... Bunları bilmək hər bir vətəndaşın və ümumiyyətlə, xalqın hüququdur...






***






Və yəqin ki, inşallah, əlaqədar dövlət qurumları bütün deyilənlər, o cümlədən nazirlərin, icra başçıların təyinatı və onların işinə nəzarət mexanizmindəki  həlledici məqamlarla da bağlı araşdırma aparıb nəticəsini xalqa çatdıracaq, günahkarları cəzalandıracaqlar... 






***






Bir daha xatırladırıq ki, dövlət başçısı İlham Əliyev özü bu yaxınlarda yeni təyin olunan icra başçıları ilə görüşdə də hamıya xəbərdarlıq etmişdi: “Kim problemləri malalamaq yolu tutur, səhv yoldadır...”


Yəni yerindəcə xətanı, günahı, cinayəti üzə çıxarıb cəzasını verməyəndə, onlardan nəticə çıxarmayanda həmin günah və cinayətlər illərlə qalaqlanıb xalq, dövlət üçün böyük baş ağrılarına, fəlakətə çevrilir. Və belə olan halda nə gerçək islahatlar keçirmək, nə də torpaqlarımızı, Qarabağı işğaldan azad etmək mümkün olar...


 


Sultan Laçın

Teqlər:
Bu xəbər cəmi 3380 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR