Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Araz Əlizadənin genetik türk rahatsızlığı…

Araz Əlizadənin genetik türk rahatsızlığı…
İlham İsmayılov


“…Onun nifrət etdiyi bir xalqın millət vəkili olması arzuolunan deyil”



Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) İctimai Birliyinin sədri İlham İsmayılov deputat Araz Əlizadə haqqında açıqlama yayıb.  Həmin açıqlamanı dərc edirik:



“ASDP sədri, deputat Araz Əlizadənin İctimai Televiziyada yayımlanan 3D verilişində Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın Azərbaycanda pul müqabilində döyüşməsi və azərbaycanlılarla türklərin heç bir qan bağlılığının olmaması barədə fikirləri hamı kimi məndə də çox böyük təəssüf hissi yaratdı. Araz Əlizadə bu fikirləri hələ 2017-ci ildə bir neçə dəfə təkrarlamışdı və araşdırmaçı-tarixçilərdən layiqli cavabını da almışdı.



Məsələyə bir az gec cavab verməmizin nədəni son bir həftə ərzində Avropada (Brüsseldə) Azərbaycanın diaspor və media lobbiçiliyi ilə bağlı həyata keçirdiyimiz layihə ilə bağlıdır. Əslində biz ictimai təşkilatlar olaraq, Araz Əlizadə və onun kimi “millət vəkilləri”nin görməli olduqları işləri görməklə məşğuluq. Araz Əlizadə isə Milli Məclisdə boş-boş oturduğu müddət ərzində nə bir faydalı təşəbbüslə çıxış edib, nə də seçicilərin problemlərinin həllində bir yardım göstərib. Bəs Araz Əlizadəni dönə-dönə Nuru Paşa mövzusuna qayıdıb, Türkiyəni ittiham etməsinin kökündə nə dayanır?



Fikrimizcə, Araz Əlizadənin genetik olaraq, şüuraltında bir türk rahatsızlığı var. Bir ay öncə Bakıda baş tutan Türk Şurasının 10 illik yubileyi və bu Şuranın tərkibinin hər keçən il daha dolğunlaşması Araz Əlizadəni rahatsız edir. Həm də o qıcıq yaradan çıxışları ilə İran və Rusiyaya bu rahatsızlığını nümayiş edircəsinə çatdırmağa çalışır. İki il əvvəl də Araz Əlizadə bu mövzunu ortaya atmışdı. Bu həmin vaxtlar idi ki, Azərbaycanla-Türkiyə arasında yaxınlaşma, strateji tərəfdaşlıq pik həddə çatmışdı. Bəlkə də o zaman onun bu münasibətini fikir plüralizmi, fikir müxtəlifliyi kimi dəyərləndirmək olardı. Amma görürük ki, o içərisində bir türk düşmənçiliyi bəsləməkdədir və fürsət düşən kimi qardaş xalqlar arasında nifaq toxumu səpmək, düşmənçilik etməklə məşğuldur. Hesab edirik ki, bu cür açıq-aydın düşmən mövqeyi sərgiləyən bir şəxsin nifrət etdiyi bir xalqın millət vəkili olması da arzuolunan deyil.


Teqlər:
Bu xəbər cəmi 3940 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR