Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Qeyri-ixtisaslı jurnalistlər: “Evdəkilər məni babam kimi molla görmək istəyirdilər” - RUBRİKA

Qeyri-ixtisaslı jurnalistlər: “Evdəkilər məni babam kimi molla görmək istəyirdilər” - RUBRİKA













İnsanın həyatında önəmli seçimlər sırasında ixtisas seçimi də var. Bəlkə də seçərkən əhəmiyyətini bilmirik, bəlkə də sevdiyimiz peşəni seçə bilmirik. Ya çalışarkən özümüzü o sahədə tapa bilmirik, ya da qazanc gətirmir. Bu və ya digər səbəblərdən ali məktəbdə yiyələndiyi ixtisası üzrə hazırda çalışmayan insanlar kifayət qədərdir. Jurnalistlər arasında da qeyri-ixtisas sahibləri az deyil.



Modern.az saytı “Qeyri-ixtisaslı jurnalistlər” rubrikasına davam edir.



AzərTac Dövlət Teleqraf Agentliyinin əməkdaşı Xətai Əzizovun jurnalistikaya olan marağı öz ixtisasına olan marağı üstələyib: “Bakı Sosial İdarəetmə və Politologiya İnstitunun Politologiya fakültəsini politoloq ixtisası üzrə bitirmişəm. Öz ixtisasım üzrə işləmişəm. Həm ali məktəbdə dərs demişəm, həm də Siyasi Araşdırmalar Mərkəzində çalışmışam. Eyni zamanda jurnalistika fəaliyyəti ilə məşğul olmuşam.



Əvvəllər rayon qəzetlərində çıxışlarım olub. Amma mütəmadi olaraq dövrü mətbuatdakı fəaliyyətim 90-cı illərə təsadüf edir. Dağlıq Qarabağ münaqişəsinin başlandığı vaxtlar idi. Hər kəs istəyirdi ki, ürək sözünü yazsın. O vaxt jurnalistikaya da böyük maraq var idi. Bu maraq məndə də vardı və Araşdırmalar Mərkəzindən daha çox jurnalistikaya üstünlük verirdim. O zaman mətbuat çox məhdud idi. Azərbaycan həqiqətlərinin həm Azərbaycanda işıqlandırılması, məlumatların çatdırılması, həm də xarici ölkələrdə yayılması bizim üçün böyük bir şans idi və biz də bundan istifadə etdik. İlk fəaliyyətim Azərbaycan-Türk Agentliyindən başlayıb. Ondan sonra “Assa-İrada”, “Mediapress” İnformasiya Agentliklərində işləmişəm. Hazırda da AzərTac Dövlət Teleqraf Agentliyində çalışıram. 



Heç bir peşmançılıq hissi yoxdur. Yenidən dünyaya gəlsəydim, yəqin ki, yenə jurnalistikaya böyük hörmətim və marağım olardı. Uşaq vaxtı ən böyük arzum müəllim olmaq olub. 10 il Ali Hərbi Məktəbdə dərs demişəm. Amma jurnalistikaya olan marağım müəllimliyə olan maraqdan çox olduğu üçün? jurnalistikada qalıb fəaliyyət göstərmişəm”.



“Turan Energy” məcmusunun redaktoru İlham Şaban hesab edir ki, əgər insan peşəkardırsa, öz sənətini sevəcək: “Azərbaycan Dövlət Neft Akademiyasını bitirmişəm. Uzən qazma qurğularının avtomatikası ixtisası üzrə mühəndisəm. Əlbəttə, ixtisasım üzrə işləmişəm. Ancaq 1 il layihəçi-mühəndis kimi çalışdım. Hələ 4-cü kursdan “Azneft” istehsalat Birliyinin Baş İdarəsində (indiki SOCAR-da) işləmişəm. Kəşfiyyat-qazma buruqları üzrə informasiyanın toplanması üzrə mütəxəssis idim.



1992-ci ilin sentyabrın 13-də SOCAR-in yaranması ilə bağlı prezident fərmanı verildi. Sonra yeni struktur yaradıldı və mən ixtisara düşdüm. Mən “Azneft”də gecələr işləyirdim. Gündüzlər isə komsomolun Mərkəzi Komitəsində “İntibah” İnformasiya Mərkəzində olurdum. “Komsomol” bu mərkəzi Qarabağ münaqişəsi ilə bağlı informasiya dəstəyi vermək üçün 91-ci ildə yaratmışdı. Xarici radiostansiyalardan (Moskvadan asılı olmayan məlumatlar) məlumatlar toplanırdı və sonra müfafiq strukturlararasında paylanırdı. Mən orda radiostansiyalardan xəbər toplayan kimi işə başladım və sonra informasiya bölümünün rəhbəri oldum. “Komsomol” cəbhə hakimiyyətə gələndən sonra öz yerləşdiyi binadan köçürülsə də, “İntibah” bir müddət indi Artur Rasizadənin oturduğu binada fəaliyyətini davam etdirdi və yerli qəzetləri xarici məlumatlarla mütəmadi təmin etdi. Buna görə də onlardan vəsait alırdım və işçiləri də təmin edirdim. Mənim demək olar ki, neftdən jurnalistikaya və kommersiyaya gəlişim belə oldu.



Sonra, elə həmin il 92-ci lin payızı idi - Gündüz Tahirli mənə “Azadlıq” qəzetinin informasiya şöbəsində reportyor vəzifəsini təklif etdi. Tahirli onda informasiya şöbəsinin müdiri idi. Razılıq verdim və işə başladım. Mənə elə bir problem yox idi, çünki, həm “inqilabçıları”, həm keçmiş kommunistləri, həm də iqtisadi sahədəkiləri yaxşı tanıyırdım...və müsahibələr, informasiyalar, maraqlı faktlar... 1993-də bir qrup jurnalist “Azadlıq”da siyasi dəst-xətlə razılaşmayıb, kütləvi istefa verdik... Və sonra “Press-Fakt” adında bəlkə də o dövr üçün ilk müstəqil qəzet çıxarmağa başladıq. Mən də redaktor müavini idim, bütün informasiyaya cavabdeh olan. Sonra ağır dövran başladı və bu qəzetdən də gedəsi oldum... Rauf Arifoğlu mənə 1-ci səhifənin redaktorluğunu tapşırmışdı... O zaman ilk səhifədə ancaq başlıqlar dərc edilmirdi... İnformasiya səhifəsi idi. Evə ən gec gedən mən olurdum. Neft sahəsinə yenidən gəlməyim də elə burdan oldu... Qəzetə Prezident Aparatından zəng etdilər ki, sabah (sentyabrın 20-də) saat 9-da baş redaktoru “Gülüstan” sarayına dəvət edirik. Neft sazişi imzalanır. Rauf bəy yerində yox idi. Ertəsi gün baş redaktorun əvəzinə tədbirə özüm getdim... Mənimlə yaxşı əlaqə vardı və içəri keçmək problem olmadı. Orada keçmiş neftçi-rəhbərləri gördüm, o saat nə informasiya lazımdı aldım, müqavilənin təfərrüatlarını öyrəndim. Ancaq mən kommersiya informasiyasına öyrənmişdim, qəzetdə yazmaqla bunun nə mənası... onları “Turan” agentliyinə verdim və o saat da işə - iqtisadiyyat şöbəsinə dəvət aldım... Noyabrda isə Prezident Administrasiyasına məni akkreditasiya etdilər... Artıq neft şirkətləri rəhbərlərinin Heydər Əliyevlə görüşlərinin intensivliyi artırdı. Sonra isə “Turan-Energy” yarandı və mən bu günədək onun redaktoruyam...



Düz 8 il yarım “Интерфакс-Агентво Нефтяных Информаций”in (АНИ) müxbiri olmuşam. Onda Xəzər bölgəsini (İrandan başqa) yaxşıca gəzdim və bütün neft-qaz yataqlarında oldum. Sonradan analitik fəaliyyətimdə mənə çox köməyi dəydi.



Bircə şey var ki, əgər sən peşəkarsansa, öz sənətini sevəcəksən və buna görə səni də tanıyacaqlar. Agentlik jurnalistlərini adətən “ölü jurnalist” adlandırırlar, yəni onları cəmiyyət tanımır. Mən uzun illər agentlikdə çalışmışam və çalışıram da, ancaq bu mənim nə jurnalistlər arasında, nə də cəmiyyətdə tanınmağıma mane olub. Çünki mən o kateqoriyadan olmamışam ki, “gəldim işə, getdim evə””.



“Turan” İnformasiya Agentliyinin əməkdaşı Etimad Budaqovun jurnalistika təhsili yarımçıq qalsa da, arzusundan əl çəkməyib“Jurnalist olmaq arzularım uşaqlıqdan vardı. Ata və ana babam molla olduğuna görə mənim babamın yolunu davam etdirməyimi istəyirdilər. Mən də molları yasda gördüyümə görə istəmirdim, kimsə ağlasın, kimsə ölsün.



1992-93-cü illərdə rəhmətlik Çingiz Mustafayevin kadrlarına baxırdım. Düşündüm ki, necə savaşın içində olaraq kadrlar çəkir, mən də onun kimi jurnalist olum.



Zaman keçdi. 2004-2006-cı illərdə Müstəqil Azərbaycan Universitetini jurnalistika ixtisası üzrə qiyabi oxuyurdum, amma yarımçıq qaldı. Universitetimiz bağlandığı üçün təhsildən kənar qaldım. Jurnalistikanı bitirə bilmədim. Ancaq jurnalist olmaq arzularım ölmədi. Həmin vaxtlarda (2005-ci ildə) həftəlik “Azərbaycan Naminə” qəzeti vardı, orada çalışırdım. Bir müddət sonra o da bağlandı. Sonra bir neçə ay “Bizim Yol” qəzetində işlədim. Sonra RATİ-də (Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu) Emin Hüseynovu tanıdım. Onun dəvəti ilə 2006-2011-ci illərdə həmin institutda işlədim. Yazı da yazırdım, şəkil, video da çəkirdim, yəni öyrənirdim. Sonra “Turan” İnformasiya Agentliyinin fotomüxbiri Elxan müəllim rəhmətə getdi. Allah rəhmət etsin. “Turan”a işçi axtarıldığını eşitdim. Mən də burada işləməyə gəldim.



Ancaq təhsil almaq həvəsim məni rahat buraxmırdı. İndi Türkiyədə Yıldırım Beyazit Universitetinində Siyasi elmlər və kamu yönətimi üzrə təhsil alıram. Bitirdikdən sonra vətənimə, xalqıma daha yüksək səviyəli bir kadr olaraq xidmət etməyi düşünürəm.



33-yaşındayam, 9-ildi jurnalistikadayam. Bundan məmnunam, ancaq tam yox, çünki qarşılaşdığım, çəkdiyim bir çox məsələlər həllini tapmayıb. Əlimdən sadəcə yazı yazmaq, şəkil çəkmək gəlir. Məsələn, ona görə Siyasi elmlər və kamu yönətimi üzrə təhsil alıram ki, həyat varkən zaman-zaman insanlarımız kimsələrin üzündən əziyyət çəkməsin, bir iynə ucu qədər də olsa, köməyim dəysin.



Jurnalistikada olduğum illərdən şərəf duyuram. Gələcəkdə də qismət olarsa, jurnalistikada əməkdaşlıq etməyə məmnun olaram.



Özümü düşünsəm, əlimə bir fotoaparat alıb toylarda, ad günlərində foto studiyalarda işləyə bilərdim. Maddi vəziyyətim də yaxşı ola bilərdi. Ancaq mən gördüm ki, əziyyət çəkən vətəndaşlarımız var, özümü düşünməyə haqqım olmadığı qənaətinə gəldim. Niyyətim təhsil alıb, millətim üçün yaxşı işlər görməkdir. Onu da deyim ki, universitet müəllimlərimizdən yaşda məndən kiçik olanları da var. Məsələn mənim 33, onun 28 (gülür). Ancaq bu məni narahat etmir. Əgər məndən savadlıdırsa, ondan öyrənməyə borcluyam”.



“Gündəlik Teleqraf” qəzetinin əməkdaşı Dilqəm Əhməd düşünür ki, yazmaq insanın eqosunu təxmin edir“Bakı Dövlət Universitetini (BDU) bitirmişəm. Bakalavr təhsilim politologiya, magistr isə sosial işdir. Üç il sosial işçi işləmişəm. Xüsusən, valideyn himayəsindən və ya qayğısından məhrum olan, qanunla münaqişədə olan, mental sağlamlıqla bağlı problemləri olan uşaqlara sosial iş xidməti göstərən müxtəlif QHT-də çalışmışam. Bu müddətdə isə həmçinin kənardan müxtəlif saytlarla yazar kimi əməkdaşlıq etmişəm.



İlk yazım 2005-ci ildə çıxıb. Yəni tələbə vaxtı (bakalavr olarkən) bir neçə qəzetlə əməkdaşlıq etmişəm. Yazmağı sevirdim. Yazmaq insanın eqosunu tətmin etməkdir. Xüsusən, o zamanlar tarixlə bağlı araşdırmalar yazırdım. Düzdür, indi o dövrdəki yazılarımı xatırlayanda çox bəsit gəlir.



2012-ci ildən etibarən isə “Gündəlik Teleqraf”da çalışmağa başlamışam.



Sosial iş ixtisası Azərbaycanda yeni açılıb. Yəni 2007-ci ildə BDU-da ilk magistrlər təhsilə başlamışdılar. Bakalavr pilləsi isə daha sonra açıldı. Həmin dönəmlərdə sosial işçiyə böyük ehtiyac var idi, xüsusən QHT-də iş yerləri çox idi.



Lakin təəssüf ki, QHT-in maliyyə problemi yarandıqdan sonra sosial işçilər məcburən uzaqlaşmağa başladı. Bu ixtisasa ölkədə böyük ehtiyac var. Çünki sosial işçilər əhalinin xüsusi qayğıya ehtiyacı olan təbəqəsi ilə çalışır. İxtisasıma nə zamansa dönəcəyimi deyə bilmərəm. Amma bakalavr ixtisasımla bağlı deyə bilərəm ki, siyasi fəaliyyətlə gələcəkdə mütləq məşğul olacam.



Əlbəttə, jurnalistikada olmaqdan peşman deyiləm. Ölkədə kifayət qədər tanınan media qurumunda çalışıram. “Gündəlik Teleqraf Group”a bir qəzet, 5 sayt və bir internet TV daxildir. Kifayət qədər stajlı insanlarla bir aradayam, peşəkar redaktorlarımız, müxbirlərimiz var. “Gündəlik Teleqraf”da və jurnalistikada olmaqdan çox məmnunam”.

 



Misranə Həsənzadə



 

Teqlər:
Bu xəbər cəmi 2645 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR