Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

İlıcalının faciəsi: ailə üzvləri bir-bir yox oldu…

İlıcalının faciəsi: ailə üzvləri bir-bir yox oldu…
Ekranların xarizmatik siması olan Acun İlıcalı əslində böyük bir faciə yaşayıb. Panoram.az-ın məlumatına görə, Acun avtomobil qəzasında öncə baba və nənəsini, 4 il sonra isə ana və atasını itirib. Acun yaşadığı qorxunc faciəni belə danışıb:“Çox sevdiyim nənə və babamı avtomobil qəzasında itirdim. Yol keçərkən, maşının altında qaldılar”. Bu faciədən 4 il sonra eyni qorxunc hadisə bu dəfə Acunun ata və anasını başına gəlib: “Mən 19 yaşımda evləndim. Bir qızım oldu. Qızım hələ 10 aylıq idi. Ana və atamla Bodruma tətilə gedəcəkdik. Mənim son anda işim çıxdı. Dedim ki, siz gedin, mən sonra gələcəyəm. Qızım Banu da onların yanında idi. Balıqəsirdə atam asta sürətlə maşın sürərkən qəfil qarşısına “180”lə gələn bir avtomobil çıxıb və toqquşublar. Anamla atamı həmin qəzada itirdim. Qızım isə çox ağır yaralanmışdı. Balıqesir Dövlət Xəstəxanasına getdim və anamı soruşdum. Dedim ki, İlknur İlıcalı ilə görüşmək istəyirəm. Bir adam vardı dəftərə baxıb dedi ki, ölüb”. Hadisə məşhur media patronunun 10 aylıq qızı Banu üçün də təsirsiz ötüşməyib: “Mən qızım Banunun necə olduğunu soruşa bilmirdim. Qızım 18 yerdən yaralanmışdı. Düşünün ki, qızım hadisə baş verəndə hələ 10 aylıq idi”. Qəzadan sonra Acun depresiyaya düşür. Bir il evdən çıxmır və həyat yoldaşı ilə ayrılır. Tam 4 il sonra isə Acun özü qəzaya düşür və ölümdən dönür. Motoskileti ilə İstanbulun Bağdad prospektində böyük bir qəzaya düşür. Özü ilə birgə olan və motoskiletin arxasında oturan dostunu həmin qəzada itirir. Acun Iİıcalı 1995-ci ildə Show Tv-nin rəsmisi İrfan Şahinin vasitəçiliyi ilə İdman şöbəsinin müdiri İlkər Yasinlə tanış olur və ayda 200 türk lirəsi qarşılığında bu şöbədə işə başlayır. Acun qısa müddətdə özünü doğruldur və maaşını 7 qata çıxararaq o zamanların məşhur futbol maqazin proqramı olan “Televole”yə keçir. Bu veriliş qısa müddətdə böyük tamaşaçı auditoriyası toplaya bilir. Acun İlıcalının ikinci evliliyi Zeynəb İlıcalı ilə olur. Bu evliliyindən onun Leyla və Yasəmən adlı iki qızı dünyaya gəlir. Məşhur media patronu Amerika və İngiltərənin telekanallarında maraqla izlənən “Fear Factor”, “Survivor”, “Varmısan, yoxmusan?”, “Yetenek Sizsiniz”, “Yok Böyle Dans” yarışma proqramlarını Türkiyə telekanallarında həyata keçirir. Bu proqramlar türk tamaşaçıları tərəfindən də maraqla izlənir. Acun həm də yardımsevər biridir. O, “Varmısan, yoxmusan?” proqramında fiziki qüsurluların yararına SMS, bank və öhdəlik yolu ilə 5 milyon türk lirəsi toplayır. O gerçekləşdirdiyi tv proqramları sayəsində gücünə güc, sərvətinə sərvət qatır. Birgə çalışdığı əməkdaşlarının problemləri ilə də bir-bir maraqlandığı deyilir. Acun çətin şərtlərdə yaşayan tanışlarını mediada işlə təmin edir. O indiyədək 40-a yaxın mükafat alıb, 6 dəfə “Qızıl Kəpənək” (Altın Kelebek) mükafatına layiq görülüb. 50 milyon lirədən çox sərvəti olduğu deyilən Acun 2011-ci ilin vergi rekordçuları siyahısında 2,8 milyon lirə gəlir vergisi ilə 62-ci olub. İlıcalı keçən ilin avqustunda 7 milyon dollara yaxın qiymətə 9 nəfərlik “Cessna Citation XLS” təyyarəsini alıb. Bundan başqa, onun gəmi də aldığı iddia edilir.

Teqlər:
Bu xəbər cəmi 1550 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR