Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Son iki gündə Xankəndidə evlərini satmaq istəyən ermənilərin sayı 5 dəfə artıb

Son iki gündə Xankəndidə evlərini satmaq istəyən ermənilərin sayı 5 dəfə artıb
22
Xəbər verildiyi kimi, ötən həftənin sonlarında Azərbaycanın bir qrup ekoloq-mütəxəssisləri Çanyataq kəndində istismar edilən qızıl yatağında monitorinq aparmaq üçün Xankəndində olublar. JAMAZ.İNFO xəbər verir ki, həmin vaxt Xankəndinə getmək istəyən mütəxəssislərLaçın dəhlizindən istifadə edərkən, yolun bağlanmasına səbəb olublar.

Daha doğrusu, bölgədə müvəqqəti yerləşmiş rus sülhməramlıları əvvəlcə onların hərəkət etməsinə imkan verməyib. Daha sonra isə danışıqları davam etdirmək üçün mütəxəssisləri Xankəndinə, öz qərargahlarına dəvət etməli olublar.

Qeyd edək ki, bu hadisədən sonra Qarabağda yaşayan ermənilərin panikaya düşdükləri məlum olub. Yolun 3 saat bağlı qalmasından sonra açıqlama verən separatçıların nümayəndələri də etiraf ediblər ki, Xankəndi və ətraf rayonlarda panika var və əhalini sakitləşdirmək üçün addım atırlar. Lakin görünən odur ki, onların tədbirlərinin heç bir faydası olmayıb. Əksinə, Qarabağdakı ermənilər əmlaklarını sataraq, ərazini tərk etməyi sürətləndiriblər.

Erməni saytları Ermənistanda fəaliyyət göstərən əmlak bürolarına istinadən xəbər verirlər ki, son iki gündə Qarabağdan olan ermənilərin öz əmlaklarını satışa çıxarmaq üçün müraciətlərinin sayı artıb. JAMAZ.İNFO həmin saytlara istinadən xəbər verir ki, əgər Laçın dəhlizinin müvəqqəti bağlanmasına qədər Qarabağdakı ermənilərin evlərinin satışı üçün etdikləri müraciətlərin sayı ayda 10-15-ə çatırdısa, son iki gündə belə müraciətlərin sayı 100-ü keçib.

Maraqlı məqamlardan biri də odur ki, hazırda edilən müraciətlərdə “təcili satılır” tələbi daha yüksəkdir. Həmçinin qiymətləri də bir xeyli aşağı endiriblər. Erməni saytları yazır ki, ötən həftənin sonlarına qədər Xankəndidə ən bahalı mənzilin qiyməti 45-50 min dollar təşkil edirdisə, hazırda bu rəqəm 20-25 min dollara düşüb. Hətta uyğun müştəri olarsa, müəyyən qədər endirimə də gedə biləcəklərini elanlarının altında yazdırırlar.

Yerli əmlak ekspertləri isə bildirir ki, Qarabağda mənzillərin ucuzlaşmasının başlıca səbəbi son hadisələrdir. Onların sözlərinə görə, Azərbaycan tərəfinin Laçın Dəhlizini bağlaması, rus sülhməramlılarına belə məhəl qoymamaları Qarabağdakı ermənilərdə ciddi qorxu yaradıb. Onlar hesab edirlər ki, bu hadisədən sonra Qarabağdakı ermənilər artıq bölgədə yaşaya bilməyəcəklərinə əmin olublar. Ona görə də, mülklərini sataraq, yaşadıqları ərazini tərk etməyi qərarlaşdırıblar.

Mütəxəsisslər deyirlər ki, ermənilərin mülklərini dəyər-dəyməzinə satmaları Ermənistanda daimi yaşamaq və ya mənzil almaq üçün deyil. Onlar hesab edirlər ki, mülklərini satanların çox az qismi Ermənistanda özünə ev almaq fikrindədir. Onların çoxu mənzillərinin satışından əldə etdikləri pulla Rusiya və ya Avropa ölkələrindən birinə daşınmaq istəyirlər.
Teqlər:
Bu xəbər cəmi 645 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR