Media nümayəndələri ilə sözügedən çay evində görüşən sənətçi bu cür xəbərlərin nüfuzuna xələl gətirdiyini bildirib:
“Mənim atam hacı olub, ailəmiz təmiz ailədir. Bu cür xəbərlər mənə pis təsir edib. “New life” mənim restoranım deyil, yaxın qohumlarımındır. Mən burada işdən sonra dincəlirəm, məşqlərimi edirəm, sənət dostlarımla xoş vaxt keçirirəm. Bunlar böhtandır, bu hadisə mənim adıma yaraşmır. Sənət dostlarım da narahat olub, çünki bura onların da istifadə etdiyi məkandır. Bu hadisə ilə bağlı hüquqi müstəvidə də aydınlıq gətiriləcək”.
Çay evi sahibinin vəkili Ceyhun Yusifov açıqlama verərək bildirib ki, hüquq mühafizə orqanlarında bu haqda araşdırma aparılır:
“Aparılan araşdırma hər bir məsələyə aydınlıq gətirəcək. Eyni zamanda həmin halın əsassızlığı ilə bağlı mötəbər sübutlar hüquq mühafizə orqanlarına təqdim ediləcək. Hazırda açıqlamamız isə araşdırmaya təyziq kimi qəbul ediləcəyindən açıqlamağı məqsədəuyğun hesab etmədi. Adı çəkilən çay evi Elçin Hüseynova məxsus deyil. Bu obyekt sənətçinin yaxın qohumunundur. Yayılan məlumatların sənətçi ilə heç bir bağlılığı yoxdur”.
Yazıçı-publisist Vüqar Əhməd Elçin Hüseyova dəstək olaraq haqqında yayılan məlumatların birmənalı olaraq təkzib edib. O, bildirib ki, bu çay evində hər dəfə istirahət edir.
Təqdimat mərasiminə yazıçı-publisist Vüqar Əhməd, Hacı Nazim, Emil Bədəlov, Mirkamil Kamilov, ƏdbulXalid və bir çox tanınmış simalar qatılıb.
Xatırladaq ki, DİN-in yaydığı xəbərdə sözügedən məkanda əxlaqsızlıq yuvasının aşkarlandığı açıqlanmışdı.edia nümayəndələri ilə sözügedən çay evində görüşən sənətçi bu cür xəbərlərin nüfuzuna xələl gətirdiyini bildirib: