Ölkənin ən səs-küylü layihəsi olan “Maşın” realiti şousunun başlama tarixi məlum olub.
“Qafqazinfo” xəbər verir ki, proqram oktyabr ayından etibarən ATV-də start götürəcək.
“Yubiley” adlanan müsabiqədə format dəyişməyəcək, şou nümayəndələri maşın uğrunda mübarizəyə qoşulacaqlar.
Qeyd edək ki, “Maşın- yubiley” şounun sayca 15-ci buraxılışına həsr olunub.
Xatırladaq ki, proqramın sonuncu qalibi bu ilin iyun ayında İsram Mehrəliyev olub.