Real Madrid-in baş məşqçisi Joze Mourinya, Kristiano Ronaldonun dünyanın ən yaxşı futbolçusu olduğunu, ancaq, ulduz oyunçunun tək heç nə edə bilməyəcəyini deyib:
“Biz məğlub olduğumuz heç bir oyundan sonra Ronaldonu günahlandırmırıq. Qalib gəldiyimiz oyundan sonra da göylərə qaldırmaq səhf olar”.
Ronaldonu dünyanın ən yaxşı futbolçusu olaraq gördüyünü deyən portuqaliyalı mütəxəssis bunları əlavə edib: “Maradonanı bir neçə dəfə izləmişəm. Peleni isə heç görməmişəm. Ancaq, Ronalda doğurdan da inanılmaz oyunçudur. Bütün bunlara baxmayaraq, tək heç bir şey edə bilməz”
Qeyd edək ki, Ronaldo bu mövsüm forma geyindiyi 41 oyunda 40 qola imza atıb.