Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

“Biz haqlı olaraq fəxr edirik”

“Biz haqlı olaraq fəxr edirik”
“Bütün dünyaya göstəririk ki, Azərbaycan qədim dövlətdir”


Prezident İlham Əliyev Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının istifadəyə verilmiş yeni korpusunda yaradılan şəraitlə tanış olub.Akademiyanın rektoru Ömər Eldarov İlham Əliyevə məlumat verərək bildirib ki, üçmərtəbəli yeni korpusun ümumi sahəsi 6500 kvadratmetrdir. Yeni korpus yüksək standartlara uyğun olaraq müasir memarlıq üslubunda inşa edilib. Binanın daxili tərtibatı da xüsusi zövqlə işlənilib. Yeni korpusda 128 sinif otağı, müxtəlif fənn kabinetləri, laboratoriya və emalatxanalar yaradılıb. Sinif otaqları, kabinetlər və təcrübə laboratoriyaları ən müasir avadanlıq və ləvazimatla təchiz olunub. 



Dövlətimizin başçısı yeni binanın ayrı-ayrı otaqlarını və təcrübə emalatxanalarını gəzib, yaradılan şəraitlə yaxından tanış olub. Sonra Akademiyanın pedaqoji kollektivi ilə görüşüb. Akademiyanın rektoru Ömər Eldarov pedaqoji kollektiv adından İlham Əliyevə minnətdarlığını bildirib.



Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının yeni korpusunun istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edən İlham Əliyev deyib:



- Mən sizi təbrik edirəm.



Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının yeni binasının açılışı çox gözəl hadisədir.

Akademiyanın yaradılması haqqında ulu öndər Heydər Əliyev hələ 2002-ci ildə qərar vermiş, Fərman imzalamışdır və akademiya fəaliyyətə başlamışdır.



Bildiyiniz kimi, akademiya əvvəlcə buradakı köhnə binada yerləşirdi. Sonra yeni bina tikilmişdir. Ancaq o bina tikiləndən sonra gördük ki, bu, bizim standartlara o qədər də cavab vermir. Bu binanı biz tamamilə yenidən qurduq. Ondan sonra akademiyanın rəhbərliyi müraciət etdi ki, binanın davamı da olmalıdır. Biz akademiyanın binasını böyük dərəcədə genişləndirə bilmişik. İndi bina həm memarlıq baxımından çox gözəldir, daxili tərtibatı da göz oxşayır. Belə də olmalıdır. Çünki bu, Rəssamlıq Akademiyasıdır, incəsənət mərkəzidir. Burada gələcək incəsənət ustadlarımızın təhsili ilə bağlı böyük işlər görülür. Ona görə, burada həm daxili vəziyyət, həm də xarici görünüş yüksək səviyyədə olmalı idi.



Akademiyanın çox böyük əhəmiyyəti, çox böyük rolu vardır. Mən sizə - müəllimlərə, professorlara dərin minnətdarlığımı bildirmək istəyirəm. Çünki incəsənət bizim milli sərvətimizdir. Əsrlər boyu bizi bir millət kimi qoruyub saxlayan incəsənətimiz olubdur. Ədəbiyyat, ana dili, musiqi, incəsənət, xalçaçılıq, rəssamlıq sənəti.



Bu gün biz bu gözəl ənənələri qorumalı və Azərbaycan xalqının nə qədər istedadlı olduğunu bütün dünyaya çatdırmalıyıq. Son illər ərzində bu istiqamətdə çox böyük işlər görülübdür. Aparıcı dövlətlərdə Azərbaycan sərgiləri keçirilir, Azərbaycan incəsənət xadimlərinin əl işləri nümayiş etdirilir. Yəni, bu sərgilərin keçirilməsi ilə biz öz mədəniyyətimizi təbliğ edirik, dünyaya çatdırırıq. Bütün dünyaya göstəririk ki, Azərbaycan qədim dövlətdir. Burada qədim dövrlərdə incəsənət, ədəbiyyat, mədəniyyət inkişaf etmişdir. Biz öz mədəniyyətimizlə haqlı olaraq fəxr edirik. Əlbəttə, bu bilikləri, bu imkanları gələcək nəsillərə ötürmək üçün, ilk növbədə, sizdən çox şey asılıdır.



Bu gün mən maraqlandım ki, gənclər bizim ənənəvi incəsənət sahələrinə necə münasibət bəsləyirlər, bu işlərə necə maraqla cəlb olunurlar. Əlbəttə ki, maraq vardır. Amma hesab edirəm ki, bu marağı daha da stimullaşdırmaq və gələcəkdə akademiyanın məzunlarını işlə təmin etmək üçün biz daha konkret işlər görməliyik. Xüsusilə xalçaçılıqla bağlı, çünki Azərbaycan xalçanın vətənidir. İndi Bakıda Müasir Xalça Muzeyi tikilir, yaxın zamanlarda istifadəyə veriləcəkdir. Azərbaycan xalçaçılıq sənətini dünya miqyasında təqdim etmək üçün biz həm təbliğat işlərini düzgün qurmalıyıq, daha da fəal olmalıyıq, eyni zamanda, artıq gənc nəsil də bu işlərə cəlb olunmalıdır.



Gənclər ola bilər ki, hansısa başqa incəsənət növlərinə daha çox meyl göstərsinlər. Sizdə dizayn ixtisası vardır. Əlbəttə ki, müasir dövr üçün, Azərbaycanın müasir inkişafı üçün memarlıq sənəti bəlkə daha da cəlbedicidir. Çünki bu qədər tikinti, quruculuq işləri aparılır, şəhərlərimiz gözəlləşir, abadlaşır. Bu sənətdə imkanlar kifayət qədər genişdir və getdikcə artacaqdır. Bu, başa düşüləndir. Ancaq xalçaçılıq elə bir sənət növüdür ki, bu, Azərbaycan xalqının canıdır, ürəyidir. Biz bu sənəti yaşatmalıyıq. Siz və bizim tələbələrimiz. Ona görə bütün məsələlərin uğurla həlli üçün əlbəttə ki, çox düşünülmüş siyasət aparılmalıdır.



Azərbaycanda bütövlükdə mədəniyyət məsələləri ilə bağlı bu siyasət aparılır. Şadam ki, nəinki Bakıda, bölgələrdə, rayonlarda rəsm qalereyaları açılır. Əlbəttə, regionların iqtisadi inkişafı ilə bağlı birinci mərhələdə biz daha çox tikinti, quruculuq, infrastruktur layihələri ilə məşğul idik. Ancaq son illərdə bölgələrdə olarkən görürəm ki, hər bir şəhərdə rəsm qalereyaları açılır, orada yerli rəssamların, digər incəsənət xadimlərinin əsərləri nümayiş etdirilir. Bu, məni çox sevindirir. Bu, onu göstərir ki, Azərbaycan hərtərəfli inkişaf edir. Hərtərəfli inkişaf üçün mütləq incəsənətin bütün növləri dövlət tərəfindən dəstəklənməlidir. Bu dəstək vardır, gələcək illərdə bundan da artıq olacaqdır. Belə gözəl təhsil mərkəzlərinin açılması bir daha onu göstərir ki, bu sahəyə çox böyük diqqət göstərilir.


Teqlər:
Bu xəbər cəmi 2175 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR