Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

“Rusiya bankları ilə əməkdaşlıq təhlükəlidir” - Vüqar Bayramov

“Rusiya bankları ilə əməkdaşlıq təhlükəlidir”  - Vüqar Bayramov
“Qərbin, eləcə də, Avropa ölkələrinin Rusiyaya tətbiq etdiyi sanksiyaların növbəti mərhələsinin hədəfi, Rusiya bankları ilə əməliyyatlar aparan banklardır”. Bu fikirləri Aktual.az-a açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramov deyib. O bu fikrini vaxtilə Qərbin İran bankları ilə əməkdaşlıq edən banklara sanksiyalar tətbiq etməsi təcrübəsi ilə əsaslandırıb: “Rusiya banklarının ziyan çəkməsi, təbii ki, Azərbaycanla əməliyyatlara, hələ ki, mənfi təsir göstərməyib. Rusiya bankları bəzi transferlər həyata keçirdikləri üçün qonşu ölkələrin, eyni zamanda, Azərbaycanın bank xidmətlərindən istifadə etmək niyyətindədir. Azərbaycanın kommersiya bankları üçün indiki məqamda Rusiyanın bank sektoruna daxil olmaq, hətta gəlirli olsa belə, arzuolunan deyil. Çünki Rusiyaya tətbiq olunan sanksiyaların, onlarla əməliyyatlar aparan banklara da yönəldilməsi güman olunur. Biz İran təcrübəsində bunu müşahidə etdik. İran bankları ilə əməkdaşlıq edən banklara Qərb ölkələri sanksiyalar tətbiq edirdi. Ona görə də, indiki halda Rusiya bankları ilə əməkdaşlıq etmək məsləhət deyil. Azərbaycanın kommersiya bankları çalışmalıdır ki, Rusiya ilə birbaşa bank əməliyyatları və transferlərin həcmini, imkan daxilində, minimumlaşdırsınlar. Nəzərə alsaq ki, Rusiyada 2 milyona yaxın azərbaycanlı yaşayır, ən azından, pul köçürmələri davam edəcək”. Ekspert qeyd edib ki, sanksiyalar qaldıqca, Rusiyanın bank sahəsində ziyanla işləyən bankların sayının artması müşahidə olunacaq: “Tətbiq olunan sanksiyalardan sonra Rusiyada fəaliyyət göstərən bankların transferlərində kəskin azalmalar müşahidə olunur. Rusiyanın bir sıra məhsullarının Avropa bazarlarına çıxışına, o cümlədən, Avropadan idxal olunan kənd təsərrüfatı məhsullarına embarqo qoyulması bank əməliyyatlarının kəskin azalmasına və əməliyyatlardan əldə olunan gəlirin məbləğinin kəskin aşağı düşməsinə gətirib çıxarıb ki, bu da, praktiki olaraq, kommersiya banklarının ziyanla işləməsinə səbəb olub. Rusiyada kommersiya banklarının ziyanla işləməsinin digər səbəbi rublun məzənnəsindəki azalmalardır. Sanksiyalar tətbiq ediləndən sonra məzənnə 12 faiz aşağı düşüb. Yalnız bu il ərazində rublun dollara nisbətdə məzənnəsində 8 faizdən artıq azalma var. Bütün bunlar kommersiya banklarının rublla olan ehtiyatlarının həcminin azalmasına gətirib çıxaracaq. Nəzərə alsaq ki, Rusiya banklarının əksəriyyti, o cümlədən, ölkənin ikinci böyük bankı VTB ehtiyatlarının əksər hissəsini rublla saxlayırdı, bu səbəbdən də rublun məzənnəsindəki enmələr aktivlərin azalmasına gətirib çıxarıb”. Məlumat üçün qeyd edək ki, Rusiyanın ikinci ən böyük bankı olan VTB, Ukrayna böhranı və Qərb ölkələrinin sanksiyaları səbəbindən bu il 26 milyard rubl (674 milyon dollar) itirib.

Teqlər:
Bu xəbər cəmi 1775 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR