Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

DYP-dən arayışın ləğv olunması işimizi asanlaşdıracaq - SIĞORTA ŞİRKƏTİ

DYP-dən arayışın ləğv olunması işimizi asanlaşdıracaq - SIĞORTA ŞİRKƏTİ


Sığorta şirkətləri qəza zamanı yol polisindən arayışın tələb olunmayacağı ilə bağlı gözlənilən dəyişikliyi razılıqla qarşılayıblar. Sığorta şirkətlərindən fins.az-a bildirilib ki, arayışın tələb olunmaması sığorta ödənişlərinin verilməsini sürətləndirəcək və müştərilərin işinə yüngülləşdirəcək. Bununla yanaşı, bəzi sığrta mütəxəssisləri bu dəyişikliyin müştərilər tərəfindən sui-istifadə halları yaradacağını da istisna etməyiblər.



Vəziyyəti dəyişən yenilik



Qeyd edək ki, qəza zamanı sığorta ödənişini almaq üçün Dövlət Yol Polisindən (DYP) arayışın tələb olunmaması ilə bağlı yenilik Maliyyə Nazirliyi tərəfindən hazırlanmış "Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə SIĞORTA QAYDALARI" layihəsində nəzərdə tutulub. Sənədə əsasən qəza zamanı hadisədə günahkarının kimliyi ilə bağlı mübahisə olmadıqda və hadisə nəticəsində sağlamlığa zərər dəymədikdə sığorta ödənişi yol polisinin arayışı tələb edilmədən verilməlidir.



“DYP arayışın verilməsini 15-20 gün, bəzən isə hətta 1 aydan çox gecikdirir”



“Standard Insurance”sığorta şirkətinin sığorta hadisələri departamentinin aparıcı mütəxəssisi Fərid Məlikov fins.az-a bildirib ki, qanuna əsasən DYP qəza ilə bağlı arayışı 10 gün ərzində verməlidir. Ancaq arayışın verilməsi bəzən 15-20 gün, bəzən isə 1 ay və daha uzun müddətdə gecikir. Bu da şirkətlə müştərilər arasında mübahisələrə səbəb olurdu: "Ancaq artıq DYP-dən arayışın tələb olunmaması həm bizim işimizi asanlaşdıracaq, həm də müştəri narazı qalmayacaq".



“20-30 manatlıq ödəniş üçün DYP-yə 200-300 manat verib arayış alanlar var”.



“Azərsığorta” şirkətinin nəqliyyat departamentinin mütəxəssisi Fərid Bayramlı arayışların ləğv edilməsini müsbət hal saysa da, qeyd edib ki, bu dəyişikliyin daha çox mənfi tərəfləri də olacaq. Onun sözlərinə görə, yenilik avtomobil qəzaları ilə çoxsaylı problemlər yarada bilər. Arayışın tələb olunmamasından istifadə edən sürücülər öz aralarında razılığı gəlib sığorta ödənişi tələb edəcəklər: “Belə hallar çox olur. Hətta avtomobilin farası qırılırsa, yüngül əzilirsə, sadəcə cızıq düşürsə, 20-30 manatlıq zərər üçün DYP-yə 200-300 manat verib, bizdən sığorta ödənişi tələb edənlər var. 20-30 manatlıq hadisə üçün əgər belə edirlərsə, sözsüz ki, sığorta dələduzluğu halları kəskin artacaq və bizim işimizi çətinləşdirəcək”.



“Qəza zamanı sürücülər ödəniş almaq üçün razılığa gələ bilərlər”



Azsığorta şirkətinin iş icraçısı Zeynal Zeynalov da hesab edir ki, sığorta ödənişinin tez verilməsi müsbət hal olsa da, ancaq digər tərəflərdən sığorta dələduzluğuna səbəb ola bilər. Belə ki, qəza zamanı sürücülər sığorta ödənişi almaq üçün razılığıa gələ bilər.



“Əgər DYP hadisə yerinə gəlib qəzanı qeydə alırsa, nəyə görə sonradan vətəndaş izahat yazmalıdır?”



“A-Qroup” sığorta şirkətinin sədr müavini Əli Bayramov fins.az-a bildirib ki, yeni qaydanın qəbul edilməsi qəzalarla bağlı sığorta ödənişlərinin tez verilməsi, müştəri narazılığının azalması, eyni zamanda sığorta məhsulu satışına müsbət təsir edəcək: “ Müştəri DYP-nin arayışı gecikdirməsi səbəbilə ləngimələrə görə sığorta şirkətindən narazı qalırdı. Sığorta ilə bağlı onda mənfi təəssüratlar yaranırdı və bu da özünü satışlarda göstərirdi. Ancaq yeni qayda qəbul edildikdən sonra bu hallar azalacaq”.

Əli Bayramov qeyd edib ki, yeni qaydanın mənfi cəhətləri də az deyil: “ Qəza törədən zərər vurduğu şəxsə müəyyən qədər pul verə bilər və onlar razılığa gəlib sığorta ödənişi tələb edə bilərlər ”. O, əlavə edib ki, İngiltərə təcrübəsinə əsasən yol polisi gəlib hadisəni qeydə alır və sığortalıya hadisənin nömrəsini verir. O isə bu nömrəni sığorta şirkətinə təqdim edib sığorta ödənişini ala bilir: “Düşünürəm ki, bizdə də belə bir təcrübəyə ehtiyac var. Sığorta şirkəti ilə polis arasında olan bu problem dövlət səviyyəsində daha sistemli şəkildə həll edilməlidir. Əgər DYP hadisə yerinə gəlib qəzanı qeydə alırsa, nəyə görə sonradan vətəndaş izahat yazmalıdır? Sürücü ilə yol polisi arasında təmas aradan qaldırılmalıdır”.


Teqlər:
Bu xəbər cəmi 7175 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR