Süleyman Sani Axundov və Abdulla Şaiqin eyniadlı əsəri əsasında hazırlanan iki hissəli nağıl tamaşanın quruluşçu rejissoru Xalq Artisti Vaqif Əsədov, quruluşçu rəssamı Qurban Məsimov, bəstəkarı Sərdar Fərəcovdur.
Tamaşada əməkdar artistlər Gülər Nəbiyeva, Seyidşah Məmmədov, aktyorlar Manaf Dadaşov, Güşvər Şərifova, Simuzər Atakişiyeva, Hüsniyyə Əhmədova, Asya Atakişiyeva, Roza İbadova, Elşən Hacıbabayev, Zümrüd Quliyeva, İlqarə Tosova, Nuriyyə Əliyeva və başqaları çıxış edəcəklər.
Növbəti premyera isə mart 10-u saat 12.00-da Bolqar yazarı Panço Pançevin eyniadlı əsəri əsasında hazırlanan “Dörd əkizin nağılı” tamaşasıdır.
Səhnə əsərinin quruluşçu rejissoru Ağalar İdrisoğlu, rəssamı Elşən Sərxanlıdır. Əsas obrazları əməkdar artistlər Naibə Allahverdiyeva, Qəmər Məmmədova, aktyorlar Günel Məmmədova, Elnur Hüseynov, Kərəm Hadızadə və başqa aktyorlar canlandıracaqlar.