Sabah Azərbaycan çempionu "Qarabağ"la Avropa Liqasının qrup mərhələsi çərçivəsində qarşılaşacaq Fransa "Sent-Etyen"inin rəsmi saytında təmsilçimizlə bağlı məlumat yayılıb. Futbolinfo.az xəbər verir ki, rəqibini tanıtmaq məqsədi daşıyan yazıda fransızlar yenə də ermənipərəstliklərini göstəriblər. Onlar Ağdam klubunun niyə təmsil etdiyi bölgədə məskunlaşa bilməməsini və Bakıya üz tutmasından bəhs edərkən Ağdam şəhərini təmsil edən "Qarabağ"ın Dağlıq Qarabağ münaqişəsindən sonra paytaxta köçdüyünü vurğulayıb. Guya ki, həmin vaxt Qarabağda yaşayan əhalinin çoxu erməni imiş və 1991-ci ildə SSRİ dağıldıqdan sonra onlar öz müstəqilliklərini tələb ediblər. Cəfəngiyyat yazan fransızlar bununla yenə də havadarı olduqları mənfur düşmənlərimizin tərəfini saxlayıblar, həqiqəti ört-basdır ediblər. "Qarabağ"ın avrokuboklardakı digər rəqibləri də yazılarında bu münaqişəyə geniş yer verib, Ermənistanın azərbaycanlıların tarixi torpaqlarına necə göz dikməsindən və həmin ərazini işğal etməsindən bəhs edirdilər. Fransızlar isə tam başqa yol seçib və tarixi saxtalaşdırmaq niyyətinə düşüblər.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Sent Etyen" matçı saat 21:00-da başlanacaq.
Murad
¸