Bu çempionatın bir sıra maraqlı hadisələrini və rekordlarını təqdim edirik:
Çempionlar Liqasının ən çox forma geyinən və ən çox qol vuran futbolçusu Raul Qonsalesdir. Amma onun bu rekordu təzələnə bilər. Rekordu təzələməyə daha yaxın imzalar isə “Real-Madrid” in futbolçusu Kriştiano Ronaldo və “Barselona”lı Messiylə Xavi Fernandesdir.
“Real-Madrid” və “Şalke-04” formasıyla 142 dəfə meydana çıxan Raulun yaxın izləyicisi Xavidir. O, indiyə kimi 141 oyunda meydanda olub. Xavi Fernandes 141 oyunla “Mançester Yunayted”in keçmiş oyunçusu Ryan Giqzlə ikinci yeri bölüşdürür. Bu sezon iki matça çıxacağı haldasa Raulun rekordunu təzələyəcək.
1992-93-cü il mövsümündən etibarən Çempionlar Liqası adlanan çempionatda ən çox qol vuran futbolçu da Rauldur. O, oynadığı 142 matçda 71 qol vurub. Messi və Kriştiano Ronaldosa hərəyə 67 qol vurmaqla ikinci yeri bölüşdürür. Bu iki furbolçu beş qol vuracaqları halda Raulun rekordunu əlindən alacaqlar.
Bu çempionatın ən böyük hesablı məğlubiyyəti isə 0:8 olub. Bu rekordu əldə edən Türkiyənin “Beşiktaş” klubudur.
6 noyabr 2007-ci ildə keçirilən “Liverpul”- “Beşiktaş” oyununda türklər biabırçı nəticə ilə məğlub olub.
İlk hissədə 0:2 hesabıyla geridə olan “Qara Qartallar” ikinci hissədə daha 6 qol buraxaraq tarixə düşüb.
Bundan əlavə, “Beşiktaş” lılar daha bir məğlubyyətlə də adlarını Çempionlar Liqasının qara dəftərinə yazdıra bilib. 2000-ci ildə “Lids”lə qarşılaşan türklər bu kərə 0:6 hesabıyla məğlub olub.
“Arsenal” “Slaviya”(Praqa)-nı, “Yuventus” “Olimpiakos”u, “Olimpik-Marsel” “Zilina”nı, “Bavariya” “Bazeli” “Valensiya” nın “Genk”i 7:0 hesabıyla məğlub etdiyi oyunlar da liqanın tarixinə düşüb. Təbii ki, bu baxımdan ilk sıranı “Beşiktaş” tutur.
“Barselona”nın argentinalı ulduzu Messi bir oyunda ən çox qol vuran futbolçu adını əldə edib. O, 2011-12-ci il mövsümündə Almaniyanın “Bayer-Leverkuzen” klubuyla qarşılaşarkən 5 qola imza atıb. Xatırladaq ki, həmin matç katalonların 7:1 hesablı qələbəsi ilə nəticələnib.
Mark Van Basten, İnzaqi, Dado Prso, Van Nistelroy, Levandovski, Şevçenko, Bafetimbi Qomis, Mario Qomeş və Zlatan İbrahimoviç bir oyunda 4 qol vurmaqla sonrakı yerləri bölüşdürür. Messi bundan əlavə, 2009-10-cu il mövsümündə “Arsenal”a bir oyunda 4 qol vurmağı da bacarıb.
UEFA Çempionlar Liqasının ən tez qolunu isə hollandiyalı futbolçu Roy Makay vurub. 7 mart 2006-cı ildə “Bavariya” klubunda oynayarkən Makay oyunun 10-cu saniyəsində “Real-Madrid”in qapısına yol tapmağı bacarıb. Həmin oyunda almanlar 2:1 hesabıyla qələbə əldə edib.
Liqada ən tez het-triki isə “Olimpik-Marsel”in futbolçusu Bafetimbi Qomis edib. 27 dekabr 2011-ci ildə Xorvatiyanın “Dinamo”(Zaqreb) klubunu qəbul edən fransızlar 7:1 hesablı qələbə qazanıb. Qomis isə 8 dəqiqə ərzində 3 qol vurub.
Ondan öncəki rekord isə “Bləkburn Rovers” klubunun futbolçusu Mayk Nevelə aid idi. Mayk 1995-ci ildə “Rusenborq”a 9 dəqiqə ərzində 3 qol vurmağı bacarmışdı.
Lionel Messi ən çox het-trik edən futbolçu ünvanını da qoruyur. O indiyə bu oyunlarda 4 dəfə het-trik edib. Filipo İnzaqi və Mario Qomeşsə 3 dəfə het-trik etməyə nail olub.
1 oktaybr 1997-ci ildə “Rusenborq”- “Olimpiakos” qarşılaşmasında Peter Oforiquaye qol vurarkən hələ 17 yaş 195 günlük idi. O, bununla Çempionlar Liqasında qol vuran ən gənc futbolçu adına sahib olub.
Xorvat Mateo Kovaçeviç “Dinamo”(Zaqreb) formasıyla “Olimpik-Lion” a 1:7 hesabıyla məğlub olarkən yeganə qolu vurarkən 17 yaş 216 günlük olub. Bununla o, ikinci sırada qərarlaşıb.
Çempionlar Liqasının qol vuran ən yaşlı futbolçu adınasa Ryan Giqz başçılıq edir. 14 sentyabr 2011-ci ildə “Benfika” ya qol vurarkən 37 yaş 289 günlük idi.
Liqada ən tez sarı kart görən futbolçu isə Batuhan Karadenizdir. “Beşiktaş” fomasıyla o, meydana daxil odluqdan 14 saniyə sonra kart görüb.
Klarens Zidorf isə 3 fərqli klubla 4 dəfə Çempionlar Liqasının kubokunu qazanan yegənə futbolçudur.
O, 1995-ci ildə Ayaksla, 1998-ci ildə “Real-Madrid” lə, 2003 və 2007-ci illərdə “Milan”la kuboka yiyələnib.
Bu kuboku qazanan ən gənc məşqçi isə Villalonqa olarkən, ən yaşlısı Raymond Qosals olub. “Real-Madrid” 1956-cı ildə kuboku qazanarkən Villalonqanın cəmi 36 yaşı olub.
“Olimpik-Marsel” 1993-cü ildə kuboku qazanandasa Qosals 71 yaşını keçmişdi.
Çempionlar Liqasının adı dəyişdirilib Çempionlar Liqası olduqdan sonra ilk qolu “Brügge”də oynayan Daniel Amokaçi olub. O, “ÇSKA” klubuna oyunun 17-ci dəqiqəsində qol vurmaqla adını tarixə yazdırıb.
100-cü qolu Romario, mininci qolu Dmitro Xoxlov, ikimininci qolu Ervin Sançes, üç mininci qolu Trezeqe, dörd mininci qolu Peter Kroç, beş mininci qolu Luisia, altı mininci qolu Mario Götze vurub.
Kubokun adı dəyişdiriləndən bu günə kimə heç bir klub iki dəfə ardıcıl bu kuboku qazana bilməyib.
“Milan” 1995-ci ildə, “Ayaks” 1996-da, “Yuventus” 1997-də, “Mançester Yunayted” isə 2009-cu ildə finalda məğlub olaraq ardıcıl ikinci dəfə kuboku qazanmaq şansını itirib.
İndiyə kimi qrup oyunlarında 15 klub bir xal belə ala bilməyib.
Bu klublar “Fənərbağça”, “Spartak” ,”Anderlext”, “Rapid”, “Levski”, “Dinamo Kiyev”, “Makkabi”, “Debrecen”, “Zilina”, “Partizan”, “Vilyareal”, “Otelul” , “Dinamo Zagreb” və “Olimpik-Marsel”dir.