Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Bakı Tikiş Evinin məktəbli formalarından narazılıq var

Bakı Tikiş Evinin məktəbli formalarından narazılıq var
“Bizə Bakı Tikiş Evinin istehsalı olan məktəbli formalarının keyfiyyəti ilə bağlı şikayətlər daxil olur”


“Yenimeydan.info” virtualaz.org-a istinadən xəbər verir ki, bunu açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib.



Hüquq müdafiçisinin sözlərinə görə, fabrikdə tikilən formaların keyfiyyəti və qiyməti ilə bağlı rəhbərlik etdiyi təşkilata mütəmadi şikayətlər edilir: “Məktəbli formalarının tikilişi ilə bağlı şikayətlər edirlər. Valideynlər bildirir ki, düymələr tez-tez qırılır, tikiş sökülür.



Bundan əlavə, valideynlər formaların qiymətindən də narazıdır. Bakı Tikiş Evi orta məktəblərdə təhsil alan şagirdlərin məktəbli formaları ilə təminatını öz üzərinə götürüb. Halbuki bazar iqtisadiyyatında rəqabət olmalıdır”.



E.Hüseynov əlaqədar orqanlara müraciət edərək məktəbli formaları tikən firma və ya müəssisələrin sayının artırılmasını təklif edib: “Rəqabət olmadığından fabrik qiymətləri istədiyi kimi müəyyənləşdirir. Rəqabət olarsa, valideynlərin seçim imkanı da artar, qiymətlər də aşağı düşər. Hazırda isə bazar yalnız fabrikin əlindədir”.



Bakı Tişiş Evindən isə virtualaz.org saytına dedilər ki, formaların parçaları Türkiyədən gətirilir. Buna görə də formaların keyfiyyətinə söz ola bilməz.



Qeyd edək ki, kostyum 1-6-ci siniflər üçün 40, yuxarı siniflər üçün isə 52 manatdır. Qiymətlərə ağ köynək də daxildir. Belə ki, ibtidai siniflər üçün köynək 5, yuxarı siniflər üçün isə 7 manatadır.



Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi isə hər il tədris mövsümündə məktəbli formaların keyfiyyəti ilə bağlı monitorinq aparır. Amma komitənin açıqlamasından bəlli olur ki, qurum əsasən fabrikin əmtəə nişanından istifadə etməklə saxtalaşdırılmış və ya Çindən gətirilən formalarla bağlı yoxlama aparır.



Xatırladaq ki, məktəbli formaları (QOST 25294-2003 “Məktəb yaşlı oğlan və qızlar üçün üst geyimləri” standartı) əsasında hazırlanır.


Teqlər:
Bu xəbər cəmi 1835 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR