Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Elektron siqaretlərin yeni bəlası

Elektron siqaretlərin yeni bəlası
Bu yaxınlarda bildirildi ki, siqaret çəkmək əleyhinə yaradılmış elektron siqaretlər sağlamlığa ağır ziyan vurur. İndi isə onun digər "əmma"sı ortaya çıxıb. “Qafqazinfo” milli.az-a istinadən xəbər verir ki, elektron siqaretlər narkotiklərin qeyri-qanuni dövriyyəsinə yol açır. Mütəxəssislər hesab edirlər ki, adi siqaretlər kimi, onların elektron variantı da marixuana və kokain kimi qadağan olunmuş vasitələrə aludəçilik riskini artırır. Alimlər həmçinin qeyd edirlər ki, tütünün tərkibindəki bir çox toksik birləşmələri aradan qaldıran elektron siqaret eyni zamanda "təmiz nikotinə" güclü alışmaya səbəb olur. Siçanlar üzərində aparılan tədqiqatlar göstərib ki, nikotin beynin biokimyasını dəyişir və kokainə kəskin tələbat yaradır. İnsan üzərindəki sonrakı tədqiqatlar göstərdi ki, enyi hal insan orqanizmində də təkrarlanır: keçmiş siqaret aludəçiləri kokainə meyllənirlər. Hesab edilir ki, elektron siqaret böyük "staja" malik siqaretçəkənlər arasında populyardır. Hazırda isə elektron siqaretin "pərəstişkarları" arasında yeniyetmə və gənclərin sayı artır. Elektron siqaretlərin tarixi qədim deyil: 1963-cü ildə ABŞ-ın Pensilvaniya ştatının Biver Fols şəhərinin sakini Herbert Gilbert "tüstüsüz tütünsüz siqaret"ə patent aldığı vaxtdan başlayır. Onun kəşf etdiyi cihaz nikotin məhlulunu buxar halına gələnədək ehtiyatla qızdırır, yanan tənbəki və kağızın tüstüsünü əvəz edirdi.

Teqlər:
Bu xəbər cəmi 1910 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR