Assosiasiyanın baş katibi Elxan Məmmədov milliləşdirilməsi gündəmə gələn braziliyalı ilə bağlı fikirlərini açıqlayıb.
“Biz Reynaldonun milliləşdirilməsini istərdik. Amma 2008-ci ildə qərar qəbul etmişik ki, yığmada legioner yox, ancaq etnik azərbaycanlılar oynasın. Təəssüf ki, Reynaldonun Azərbaycanla bağlılığı yoxdu” – deyə, baş katib bildirib.
Məmmədov vurğulayıb ki, bu məslə ilə əlaqədar Reynaldo ilə danışıq aparmaq istəyirlər: “Bu barədə FİFA-ya müraciət edəcəyik. Reynaldo və “Qarabağ”la danışacağıq. Ola bilər ki, Reynaldo başqa xarici klubda oynasın və Azərbaycana millisinə sonradan gəlməsin. Bu məsələləri onunla dəqiqləşdirmək lazımdı”.