Qonaq müğənni verilişi şən və oynaq “Hadi, hadi” mahnısı ilə başladı. Brilliant xanım söylədi ki, bu mahnı Azərbaycanda da çox sevilir.
Yaradıcılıq planlarından danışan F.Ürək bildirdi ki, T8 telekanalındakı verilişinə fasilə verib və indi çalışdığı məkanlarda səhnəyə çıxmağa daha çox üstünlük verir.
Pilateslə məşğul olduğunu söyləyən F.Ürək onun sayəsində fit qaldığını söylədi və əlavə etdi ki, Ajda Pekkan və Seda Sayan da pilates sayəsində belə yaxşı formada qalırlar.
B.Dadaşovanın “Aşiqmisən?” sualına cavab verən F.Ürək “səhnədə olarkən eşqdən uzaq olmaq lazımdır”.
Azərbaycan və Türkiyə türkcəsi arasında fərqdən söhbət açan Brilliant xanım bildirdi ki, əsl türkcədə biz azərbaycanlılar danışırıq:”Siz çox dəyişdirmisiniz dili”. F.Ürək də razılaşdı ki, Türkiyə türkcəsi çox dəyişikliklərə məruz qalıb.
Brilliant xanım onu da qeyd etdi ki, Novruz bayramına az vaxt qalır. O bahar bayramı, çərşənbələr, adət-ənənələrimiz, Sovet dövründə Novruzun keçirilməsinə qadağa qoyulması barəsində geniş məlumat verdi. Bildirdi ki, il məhz bu ayda başlayır.
Fateh Ürək çanlı yayımda Brilliant xanıma “xrustal” qab hədiyyə etdi. Brilliant xanım:”Sən məni borclu qoydun.Sən mənim verilişimin qonağısan”.
Onu da vurğulamaq yerinə düşər ki, türkdilli ölkələrdə yayımlanan veriliş kifayət qədər böyük tamaşaçı auditoriyası toplayıb. Brilliant xanım türk musiqi sevərlərin nəbzinu tuta bilib. O verilişinə türk dünyasında çox sevilən sənətçiləri dəvət edir.
Təbii ki, Brilliant xanım türk müsiqi mədəniyyətini təbliği ilə məşğul olan TMB kanalında Azərbaycan musiqisini xüsusi bir incəliklə təbliğ edir. Brilliant xanımın Azərbaycanın musiqi səfiri missiyasını belə uğurla davam etdirməsi təqdirə layiqdir.