Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

“Elə bayağı söyüşlər söyürsünüz ki…”

“Elə bayağı söyüşlər söyürsünüz ki…”
Millət vəkili Fazil Mustafa gülüş ustaları Rafael İsgəndərovla Coşqun Rəhimovun ünvanına sərt ittihamlar yağdırıb. Xatırladaq ki, adları çəkilən aktyorların səhnədə qadın geyimində reklama çəkilməsi Fazil Mustafa tərəfindən “facebook” sosial şəbəkəsində kəskin tənqid olunmuşdu. Buna cavab olaraq Rafaellə Coşqun son günlər Heydər Əliyev Sarayında keçirilən “Ərişdə” adlı konsertində Fazil Mustafaya replika atıblar: “Deyirlər Rafaellə Coşqun arvad paltarı geyinir. Onlar üç saat arvad paltarı geyinib kişi kimi yaşayırlar, bütün ömrü boyu kişi paltarı geyinib matışkalıq eləmirlər”.


Millət vəkili onların bu atmacasını cavabsız buraxmayıb: “Onlar ad çəkmədən mənə cavab vermək istəyirlər. Amma mən günahı onların prodüserində görürəm. Pul qazanmaq üçün onları pis yola çəkir. Söhbət paltarda deyil. Çimərlik paltarında çimərlikdə rahat gəzə bilərsiniz. Buna heç kim cavabdeh deyil. Amma çimərlik paltarında gəlib metroda gəzsəniz sizə nə deyərlər? Siz özünüzün səviyyəsini Azərbaycan xalqının gülüş hədəfinə qomusunuz. Elə bayağı söyüşlər söyürsünüz ki, ər və arvad oturub baxır, ikisi də bir-birinin üzünə baxıb hırıldaşır. Halbuki, o söyüş, o ifadə, yaxud kiminsə abort olunması ailə mühitində adi qəbul olunan deyil. Rus cəmiyyətində ana söyüşü bəlkə adi qarşılana bilər. Amma Azərbaycan mentalitetini daha da bayağılaşdıran fərqli fikirlər gətirirsiniz. Filip Kirkorov da gəlsə iki min adam yığışacaq, erməni də gəlsə. Düzdür hələ bunun qarşısını almaq üçün tədbirlər görülmür”.



Fazil Mustafa hesab edir ki, milli mentalitetə zidd olan belə halların qarşısını ictimai qınaq ala bilər.



Millət vəkili “Bu şəhərdə” proqramını yayımlayan telekanalları da tənqid edib: “Onların televiziyada verilməsi həmin telekanalların da, auditoriyanın da elə onların səviyyəsində olduğu, dünyagörüşünün bayağı olması reallığın göstəricisidir”.



“Millət vəkili kimi Milli Teleradio Şurasına niyə müraciət etməmisiniz” sualına cavabında Fazil Mustafa deyib ki, o, yalnız tövsiyə verə bilər. Lakin tamaşaçının seçim etmək hüququ var: “Bu o demək deyil ki, 5000 adam yığırsansa mən onu ağıllı saymalıyam”.



Fail Mustafa Rafaellə Coşquna daha bir mesaj göndərib: “ Əgər qadın paltarı geyinib kişilikdən danışırsansa hələ burda bir dayan. İkincisi, siz öz dediyinizi Azərbaycan cəmiyyətinə təbliğ edirsiniz. Mən əvvəl elə bilirdim ki, onlar reklama çəkilmək üçün qadın paltarı geyinirlər. Amma sonra məlum oldu ki, bəzi insanlar özlərinin yaşam tərzini Azərbaycan cəmiyyətində adiləşdirməyə çalışırlar. Yəni Azərbaycanda belə hallar həyat tərzinə çevrilir və biz də buna qarşıyıq. Yoxsa, öz evində necə istəyirsən geyin. İkincisi də dini dəyərlərə hörmətsizlik yaradırsan. Həcc ziyarətindən gəlmisən, sonra da bu şəkildə geyinib çıxmısan ortaya. Belə çıxır ki, həccə gedən adam araq da içə bilər. Ona görə də dəyərlərin aşınmasından söhbət gedir. Mən bir millət vəkili olaraq, nə kiminləsə münaqişəyə gedirəm, nə də hansısa səviyyəsiz ssenaristlə nəyi isə müzakirə eləmirəm. Mən demək istəyirəm ki, öz dəyərlərinizlə cəmiyyətin gündəlik həyatını işğal eləməyin. Əgər on min adam deyirsə ki mən bunu bəyənirəm və o mənim dəyərlərimə toxunmursa mənə nə? Gözləmədiyimiz şəkildə bu gün opera bağlı, teatr bağlı, bir fikir jarqonu ilə Azərbaycan auditoriyası qidalanırsa, gülürsə, hırıldaşırsa, eyni qaydada bayağı bir mərsiyə ilə 2000-3000 adam ağlaşa bilirsə, deməli bu cəmiyyəti ciddiliyə gətirmək problemi var. Bunun içində ağlamaq problemi yoxdur. Azərbaycan cəmiyyətini istənilən vaxt güldürmək də olar, ağlatmaq da. Bu, nə Qarabağ davasını ciddiyə alır, nə Xocalını ciddiyə alır. Ona görə bir çox məsələlər var ki, biz ona toxunmuruq. Mən bu məsələni də aktual sayıram. Çünki övladımın gələcəyidir”. /moderator.az/


Teqlər:
Bu xəbər cəmi 3225 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR