Baş məşqçi Lyuboslav Penev sentyabrın 9-da keçiriləcək AVRO-2016-nın seçmə mərhələ matçı üçün ölkə xaricində oynayan 12 futbolçuya dəvət göndərib.
Bolqarıstan Futbol Federasiyasının rəsmi saytının məlumatına görə, yığma matçın hazırlıqlarına avqustun 31-də start verəcək. Bakıya gələcək tam heyət yaxın günlərdə açıqlanacaq:
Penev Nikolay Bodurov ("Fulhem", İngiltərə), Simeon Slavçev ("Sportinq", Portuqaliya), Petar Zanev ("Amkar", Rusiya), Stanislav Manolev ("Dinamo", Moskva, Rusiya), Georgi Milanov (ÇSKA, Moskva, Rusiya), Georgi İliyev, Emil Qarqorov (hər ikisi "Şedzyajuan", Çin), İvelin Popov ("Kuban", Rusiya), Andrey Qelbinov ("Livorno", İtaliya), İlian Mitsanski ("Karlsrue", Almaniya), İvan İvanov ("Bazel", İsveçrə), Todor Nedelev ("Maynts 05", Almaniya).