Bu turda Azərbaycanın qadınlardan ibarət milli komandası Braziliya yığmasına qalib gəlib: Xəyalə Abdulla, Türkan və Zeynəb Məmmədyarova bacıları öz rəqibləri Regina Ribeyro, Vanessa Felisiano və Süzanna Çanqı məğlub edib, Gülnar Məmmədova isə Sayumi Terao ilə heç-heçə oynayıb.
Ölkəmizin kişilərdən ibarət yığma komandası bu turun bütün oyunlarını heç-heçə başa vurub. Şəhriyar Məmmədyarov - Konstantin Lupulesku, Teymur Rəcəbov – Mirça-Emilyan Parliqras, Rauf Məmmədov – Vlad-Kristian Jann və Qədir Hüseynov – Vladislav Nevedniçiy görüşlərinin hər biri sülhlə başa çatıb.
Kişilərin yarışlarında 9 turdan sonra hərəsi 15 komanda xalı toplamış Çin və Fransa yığmaları liderdir. Azərbaycan, Ukrayna, Bolqarıstan, Macarıstan və Rumıniya yığmaları liderlərdən bir xal geri qalır. Bu gün Olimpiadada 10-cu turun oyunları keçiriləcəkdir. Azərbaycan komandasının budəfəki rəqibi Ukrayna yığmasıdır.
Qadınların yarışlarında doqquz turdan sonra 18 komanda xalı toplamış Rusiya yığması yeganə liderdir. Çin yığması ondan 2 xal, Ukrayna komandası 3 xal geri qalır. Azərbaycan komandasının aktivində 12 xal var.
Bu gün 10-cu turda ölkəmizin qadınlardan ibarət yığması Norveç komandası ilə qarşılaşacaq.