Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

TQDK-dan daha bir şok rəy - 4-cü sinfin üç dərsliyi yararsızdır

TQDK-dan daha bir şok rəy -  4-cü sinfin üç dərsliyi yararsızdır
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) ümumtəhsil məktəbləri dərsliklərinin monitorinqi davam etdirilir. “Qafqazinfo” xəbər verir ki, indiyədək qurumun ekspert şurası araşdırmalar nəticəsində belə qənaətə gəlmişdi ki, 5 dərslik – 1-ci, 3-cü siniflər üçün “Azərbaycan dili”, “Riyaziyyat” dərslikləri, eləcə də 3-cü sinif üçün “Həyat bilgisi”dərsliyi tədrisə yararsızdır və onlar yenidən hazırlanmalıdır. Dünən isə TQDK daha 3 dərsliyi – 4-cü sinif üçün “Azərbaycan dili”, “Riyaziyyat” və “Həyat bilgisi” dərsliklərini çıxdaş edib. Xatırladırıq ki, qurum bir az öncə onlar haqqında yekun rəyi və qərarı özünün www.tqdk.gov.az saytının “Dərsliklərin monitorinqi” bölümündə yerləşdirib. Oxucular üçün maraqlı olacağını nəzərə alaraq rəylərin “Nəticə” hissəsini dərc edirik.


“Azərbaycan dili-4” dərsliyi:



1. Dərsliyin forzas səhifəsində Dövlət Himni “Azərbaycan Respublikasının Dövlət Himni haqqında” 1992-ci il 27 may tarixli Qanununun tələblərinə uyğun çap olunmayıb. Himnin adı (“Azərbaycan marşı”) ixtisar olunub. Həmçinin forzas səhifəsində Dövlət Gerbinin rəngli təsviri “Dövlət Gerbi haqqında” Əsasnamənin təsdiq edilməsi barəsində Azərbaycan Respublikasının 1993-cü il 23 fevral tarixli Qanununun tələblərinə uyğun çap olunmayıb.



2. Dərslikdə 102 mətn verilib. Onlardan 37-sinin müəllifi göstərilməyib. Dərsliyin əvvəlindəki qeydə görə, bu qədər müəllifsiz mətn dərslik müəlliflərinə aiddir. Bu, doğru deyil. İbtidai siniflərdə Azərbaycan dili fənni həm də oxu vəzifəsini həyata keçirir. Bu baxımdan seçilmiş mətnlər dil-üslub baxımından gözəl olmalı, milli və dünya ədəbiyyatının tanınmış simalarına aid olmalı idi.



3. 20 mətn nəsr, 20 mətn isə nəzm nümunəsidir. Bir çox mətnlərdə (“Futbol topu”(səh.10), “ Kitab daha maraqlıdır” (səh.17), “Bayrağım”(səh.46), “Bir boşqab sıyıq”(səh.71) və s.) dil-üslub, orfoqrafiya səhvləri çoxdur. Bu mətnlərin əksəriyyətində verilmiş mövzu, ideyanı reallaşdıran dil və üslub şagirdlərin yaş səviyyəsinə, ona aşılanmalı olan etik-tərbiyəvi ideyalara uyğun deyil. Azərbaycan dilinin ifadə imkanları, bədii-poetik düşüncə, real işlənən və tərbiyəvi nitqi təbliğ edən cümlələr azdır. Bir çox mətnlərin dili qondarma, sxematik və məzmunsuzdur.



4. Dərsliyin məzmununda, dil qaydalarının, oxu materiallarının təqdimində, seçimində qüsurlar özünü göstərir. Bir çox məqamlarda orfoqrafiya və durğu işarələri ilə bağlı yanlışlığa yol verilib.



5. 4-cü sinifdə dil qaydaları az olsa da, qənaətbəxş və nizamlı deyil, bir çox hallarda lazımsız qaydalar verilmişdir. Mətnlərə aid tapşırıqlar Azərbaycan dili üzrə məzmun standartlarının reallaşmasına ciddi kömək etmir. Dil qaydalarının müvafiq nitq bacarıqlarına çevrilməsi yoxdur.



6. Dərslikdə tez-tez pulla bağlı humanistlik mövzusuna müraciət olunur. Maddiyyat məsələlərinin bu qədər qabardılması məqsədəuyğun deyil.



7. Bir neçə məqamda illüstrasiyalar münasib deyil.



“Riyaziyyat-4” dərsliyi:



1. Dərsliyin forzas səhifəsində Dövlət Himni “Azərbaycan Respublikasının Dövlət Himni haqqında” 1992-ci il 27 may tarixli Qanununun tələblərinə uyğun çap olunmayıb. Himnin adı (“Azərbaycan marşı”) ixtisar olunub. Həmçinin forzas səhifəsində Dövlət Gerbinin rəngli təsviri “Dövlət Gerbi haqqında” Əsasnamənin təsdiq edilməsi barəsində Azərbaycan Respublikasının 1993-cü il 23 fevral tarixli Qanununun tələblərinə uyğun çap olunmayıb.



2. Dərslik təhsil proqramını (kurikulumu) tam əhatə etmir.



3. Proqramdan çoxlu sayda kənaraçıxmalar var.



4. Anlayışların təqdimatı və materialların verilməsi zamanı bir çox hallarda şagirdlərin yaş və fizioloji xüsusiyyətləri nəzərə alınmamışdır.



5. Dərslikdə riyazi terminlər harada gəldi və təhrif edilmiş şəkildə

verilmişdir. İndiyə qədər qəbul olunmamış terminlərdən, məsələn: ehtimal parçası, barqraf, telqraf, piktoqram və s. istifadə olunmuşdur.



6. Dərsliyin Azərbaycan və rus variantlarında xeyli uyğunsuzluqlar var. Elə təəssürat yaradır ki, bunlar sanki ayrı dərsliklərdir.



7. Dərslikdə çoxlu sayda struktur xətaları var.



8. Çoxlu sayda elmi-pedaqoji səhvlər və dil-üslub xətaları var.



9. Dərsliyin tərtibatı nöqsanlıdır.



“Həyat bilgisi-4” dərsliyi:



1. Dərsliyin forzas səhifəsində Dövlət Himni “Azərbaycan Respublikasının Dövlət Himni haqqında” 1992-ci il 27 may tarixli Qanununun tələblərinə uyğun çap olunmayıb. Himnin adı (“Azərbaycan marşı”) ixtisar olunub. Həmçinin forzas səhifəsində Dövlət Gerbinin rəngli təsviri Dövlət Gerbi haqqında

Əsasnamənin təsdiq edilməsi barəsində Azərbaycan Respublikasının 1993-cü il 23 fevral tarixli Qanununun tələblərinə uyğun çap olunmayıb.



2. Komplekt rəsmi dövlət sənədlərinə – tədris planına və fənn kurikulumuna uyğun hazırlanmadığına, müəlliflərin subyektiv mülahizələrinə əsaslandığına görə standartlarda təsbit olunmuş bilik, bacarıq, vərdiş və dəyərləri onun əsasında formalaşdırmaq praktiki cəhətdən qeyri-mümkündür.



3. Dərsliyə çoxlu sayda iradlar bildirilib və onlar müəlliflər tərəfindən qəbul olunmayıb.


Teqlər:
Bu xəbər cəmi 2270 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR