Tədbir Milli Azərbaycan Tarixi Muzeyi və muzeyin Yeni Azərbaycan Partiyası ilk ərazi təşkilatı tərəfindən təşkil olunub.
“Qafqazinfo”nun məlumatına görə, tədbirə alimlər, ADPU-müəllim və tələbələri, YAP Səbail rayon təşkilatının fəalları, Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları, Xocalı soyqırımını tanıtma ictimai birliyin üzvləri, KİV nümayəndələri dəvət olunublar.
Mərasimlə əlaqədar muzeyin konfrans zalında “Xocalı şəhidləri”, “Xocalı soyqırımı dünya mətbuat səhifələrində” adlı stendlər qurulub. İlk öncə Nurəddin Günün poeması əsasında yazılmış “XOCALI SİMFONİYASI” səslənib. Xocalı soyqırımı şəhid olanların əziz xatirəsi bir dəqiqəilik sükutla yad da olunun.
Tədbirdə, həmçinin, Milli Qəhrəman operator Çingiz Mustafayevin hadisə yerində 26.02.1992 və 02.03.1992-ci il tarixində çəkdiyi sənədli kadrlar nümayiş olundu. Tədbiri muzeyin direktoru akademik Nailə Vəlixanlı açdı və öz çıxışında Xocalı soyqırımı haqqında ətraflı məlumat verərək XX əsrdə erməni faşistləri tərəfindən törədilmiş bu faciəni əsrin ən böyük cinayəti adlandırıb. Sonra “XOCALIYA ƏDALƏT” rep mahnısının (Toni Blackman və “Dəyirman” qrupu) klipi nümayiş olundu. Sülh Şəbəkəsi”Liderlik” məktəbinin şagirdləri Xocalı soyqırımına həsr olunmuş şerlər söyləyiblər. Tədbir iştirakçılaına Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanovanın Bəyanatı, həmçinin Ermənistanın Azərbaycana qarşı təcavüzünə həsr olunmuş çap materialları verilib.
Onuda deyək ki, Xocalı soyqırımı ilə bağlı bir çox məlumatların, faktların dünyaya çatdırılmasına baxmayaraq bu faciəyə hələ də lazımi status verməyə çəkinən ölkələr indi-indi öz münasibətlərini bildirməyə başlayıblar. Artıq Çexiya Respublikası Xocalı soyqırımını tanıdı. ABŞ Ağ Evində də bu məsələ qəbul olmaq üzrədir.