Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Futbolçu ildə 73 milyon qazanır

Futbolçu ildə 73 milyon qazanır
"Forbes" ən çox qazanan futbolçuların adını açıqlayıb


Dünyanın nüfuzlu jurnalı "Forbes" ən çox qazanan futbolçunun adını açıqlayıb. Siyahı hazırlanarkən burada oyunçuların gəlirinin qiymətləndirilməsi zamanı vergilərin çıxılmasına qədər məsələlər öz əksini tapıb. Futbolçuların gəlirləri hesablanarkən həmçinin əlavə bonuslar və sponsor gəlirləri də nəzərə alınıb. "Forbes"ın hesablamalarına əsasən, hazırki vəziyyətə görə, ən çox maaş alan futbolçu Kriştiano Ronaldodur.



"Real Madrid"in ulduz futbolçu maaş və bonuslar üzrə 49 milyon dollar, reklam gəlilərindən isə 24 milyon dollar əldə edib. Ümumilikdə bir ilə 73 milyon gəlir qazanan oyunçu kainatın ən çox qazanan futbolçusudur.



Siyahıda ikinci pillədə illik 65 milyon dollarlıq gəliri ilə Lionel Messi qərarlaşıb. "Barselona"ın ulduz futbolçusu maaş və bonuslar üzrə 42 milyon dollar, reklam gəlilərindən isə 23 milyon dollar qazanc əldə edib.



Üçüncü pillədə isə "PSJ"nin futbolçusu Zlatan İbrahimoviç yer alıb. O, bir ildə 34 milyon dollar pul qazanıb. Futbolçu bu pulun 30 milyon dollarını maaş və bonuslardan, 4 milyon dollarını isə reklamdan əldə edib.



"Barselona"ın digər ulduz futbolçusu Neymar siyahıda 28 milyon dollarlıq gəliri ilə 4-cü pillədədir. Neymar maaş və bonuslar üzrə 12 milyon dollar, reklam gəlilərindən isə 16 milyon dollar qazanc əldə edib.



Siyahının ilk beşliyinin sonuncusu "Monako" klubunun futbolçusu Radamel Falkaodur. Oyunçu bir ildə 26 milyon dollarlıq gəlir əldə edib. Futbolçu bu vəsaitin 23 milyon dollarını maaş və bonuslar üzrə, 3 milyon dollarını isə reklam gəlirləri üzrə qazanıb.


Teqlər:
Bu xəbər cəmi 1405 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR