Yarışda medal qazana bilməyən Azərbaycan yığmasının “nəticəsi” yeni siyahıda da özünü göstərib.
Belə ki, Qran-pridə ilk döyüşdə uduzan Olimpiya çempionumuz Elnur Məmmədli (81 kq) daha 6 rəqibindən geri düşərək, 20-ci yerə enib. Ondan fərqli, Düsseldorf tatamisinə çıxmayan Rüstəm Orucov (73 kq) 2, Elmar Qasımovla (100 kq), Kifayət Qasımova (57 kq) hərəyə 1, Ramilə Yusubova (63 kq) 14 pillə aşağı düşüb. Onlar müvafiq olaraq, 18-ci, 25-ci, 15-ci və 30-cu yerdə qərarlaşıblar.
Aparıcı cüdoçularımızdan İlqar Müşkiyev (60 kq) 13-cü pillədəki mövqeyini qoruyub. Almaniyada 7-ci yeri tutan Tərlan Kərimov (66 kq) 1 rəqibini arxada qoyaraq, 18-ci yerə yüksəlib. Onunla eyni çəkidə mübarizə aparan Nicat Şıxəlizadə (66 kq) 21-ci pilləyə qalxıb. O, 3 pillə irəli gedib. Düsseldorfda 5-ci olan Elxan Məmmədov (100 kq) isə 28-cidir.
Qeyd edək ki, bu idman növündə Olimpiadaya lisenziya reytinq cədvəlinə əsasən verilir.