Bütün iş yoldaşları kimi mühafizə xidmətinin işçiləri də öz müşahidələri ətrafında fikir mübadiləsi aparardılar. Elə Mixail Qorbaçovun mühafizə xidmətinin sabiq rəsisi V.T. Medvedev Qorbaçova xidmət etdiyi illərdə ondan çəkdiklərindən danışardı.
Qorbaçov dövləti ömrünün son günlərinədək idarə etməyi planlaşdırırdı. Bunu o sübut edir ki, o ailəsi üçün Qafqazın Qara dəniz sahillərində gözəl villa tikdirmişdi.
Ümumilikdə Qorbaçov ailəsinin mehriban olduğunu qeyd etmək lazımdır. Yaxşı bilirəm ki, “Moskva-reka-2” dövlət bağında qaldığı vaxtlarda işdən sonra o, həyat yoldaşı Raisa Maksimovna ilə gəzintiyə çıxmağı çox sevərdi. Onlar Krımda istirahət edəndə birgə çimərliyə gedərdilər, mehribancasına söhbət edərdilər.
Bir dəfə o vaxtı mühafizəsində durduğum Vitali Vorotnikovu (görkəmli sovet siyasi xadimi-red.) torpaq melorasiyası üçün olan yeni texnikaya baxmağa dəvət etdilər. Moskva yaxınlığında həmin görüş düz saat 11.00-a təyin olunmuşdu.
V. Vorotnikov həmin yerə vaxtında gəldi. Ora melorasiya üzrə alimlər və mütəxəssislər, eləcə də Su Təsərrüfatı Nazirliyinin rəhbərliyi də gəlmişdi. Hamı gəldi və Qorbaçovu gözləməyə başladı.
Qorbaçov isə ora günortadan sonra gəldi... xanımı Raisa ilə birgə. Elə o vaxtdan Raisa Maksimovna necə biri olduğunu göstərməyə başladı. O, iddialı şəkildə həyat yoldaşının yanında əyləşdi.
Mən Qorbaçovun mühafizə xidmətinin rəisi Şarovdan soruşdum ki, niyə belə gecikdiniz? O isə əlini yellərəyək dedi:
- Xanımın hazırlaşmağını gözləyirdik.
Gecikmək diqqəti özünə artırmaq üçün Raisa Maksimovanın taktiki gedişə çevrilməyə başlamışdı.
“Birinci xanım”ın oyuncaqları
Raisa Maksimova hər şey, hətta boş şeylərə görə belə 9-cu şöbənin rəisi Plexanova zəng edərdi. Raisa onun vəziyyətini nəzərə almadan daim rəisdən özünə qarşı böyük diqqət gözləyərdi. Bütün bunlar ona pis toxunurdu. O, dəfələrlə Qorbaçovdan xahiş etmişdi ki, onu başqa yerə köçürsün. Amma Qorbaçov razılaşmırdı. Qorbaçov deyirdi ki, ona çox güvənir. O deyirdi ki, ailəsinin və digər rəhbərlərin ailələrinin təhlükəsizliyi ilə onun məşğul olmasını istəyir.
Qorbaçovun qiyamçılarla əlaqəsi var idi. Amma şəraitlə əlaqədar onlardan uzaqlaşdı. Yaranmış vəziyyətlə əlaqədar o hakimiyyəti itirməkdən qorxurdu. Bu məsələdə ölkənin vəziyyətinə bərk alışan “birinci xanım”ın ona böyük təsiri oldu.
Mühafizəçidən yaxşı bunu heç kim bilməz!
Plexanov “birinci xanım”ın əlində oyuncaq olmaqdan bezmişdi. Raisa Maksimovna hər dəfə şıltaqlıq edəndə Plexanovun general-leytenant, Dövlət Təhlükəsizlik Xidməti Orqanının fəxri əməkdaşı olduğunu heç düşünmürdü. Bir gün Plexanov Qorbaçov ailəsini tərk etdi və Fövqəladə Hallar Dövlət Komitəsinə işləməyə getdi...
Qorbaçov buna görə, bütün hirsini general Plexanovun üstünə tökdü. Onu general rütbəsindən məhrum etdi və işdən qovdu. Düzdür Plexanov bəraət qazandı… amma ölümündən sonra.
Raisa Maksimovana DTX-nin 9-cu idarəsinin rəis müavini, mayor Boris Matveyeviç Kleni də öz qulluqçusuna çevirdi. Lakin o, heç bir siyasi işlərə qarışmadı. Ömrünün axırına kimi idarədə işlədi.
Qorbaçovun ailə üzvlərinə xidmət edən heyət Raisa xanımın səbəbsiz ittihamlarına görə qan ağlayırdı. Onlardan bəziləri işdən çıxmaq istəyəndə Qorbaçovun mühafizə xidmətinin rəisi Medvedev işdə qalmaq üçün onları birtəhər yola gətirirdi.
Məsələn, aşbazlardan biri Yevqeniya Yermakova… Bundan əvvəl o, SSRİ Nazirlər Şurası sədrinin birinci müavini Mazurovun ailəsinə xidmət edirdi. Onu çox bəyənmişdilər. Qorbaçovlar ailəsinə gələndə isə hər şey dəyişdi.
Bir dəfə saat 12.00-dır. Aşpaz Yevqeniya isə saat 14.00-da nahar masasını açmalıdı. Lakin səhər tezdən gah mühafizə xidmətinin rəisini qəbul edən, gah da komendant Litovmenkoya ağıl verən xanım naharda nə yeyəcəyini heç cür müəyyənləşdirib qurtara bilmir... nəhayət Raisa Maksimovna bu gün saat 14.00-da nə yemək istədiyini tapa bilir...
Nəticədə “birinci xanım”ın qərarsızlığından əldən düşən aşbaz güclə nahar vaxtına kimi hər şeyi çatdıra bilir. Bunu ancaq peşəkarlığı sahəyində edə bildi. Amma bu qədər əsəbləşmək! Çatdıra bilməsə idi, nəinki işdən qovulacaqdı, heç başqa yerlərdə də məsul iş tapa bilməzdi.
Ümumilikdə isə Mixail Qorbaçovun xarakterində vasvasılıq və qərarsızlıq üstünlük təşkil edirdi. Ancaq o, tələsmədən qərarlar çıxararaq öz rəqibi olan şəxsləri sonradan ondan birdəfəlik yaxa qurtarmaq üşün yanında saxlamağı bacarırdı. Bircə Yeltsinlə planlaşdırdığı kimi alınmadı...