Bu il Azərbaycanı Avropa kuboklarında təmsil edəcək sonuncu – dördüncü komanda da müəyyənləşib. AFFA-nın Avroliqada iştiraka dördüncü vəsiqəyə namizəd olan “Bakı”ya UEFA turnirində iştirak üçün vəsiqə vermədiyindən “Neftçi”nin həmin yarışa qatılacağı rəsmiləşib.
Beləliklə, 2014/15 mövsümündə Azərbaycanı Çempionlar Liqasında “Qarabağ”, Avropa Liqasında isə “İnter”, “Qəbələ” və “Neftçi” təmsil edəcək.
Ağdam təmsilçisi yarışa ikinci, “İnter” isə birinci təsnifat mərhəhələsindən qatılacaq. Azərbaycan kubokunun finalında qarşılaşacaq “Neftçi” və “Qəbələ”yə gəlincə, bu matçda qalib komanda Avroliqanın ikinci, məğlub olan isə birinci mərhələdən mübarizəyə başlayacaq.