Qurumun mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, tədbirdə çıxış edən ittifaqın katibi bəstəkar Aliyə Məmmədova gənc həmkarlarını təbrik edərək təmsil etdiyi qurumun gənc bəstəkarların formalaşmasında apardığı məqsədyönlü işlərdən söhbət açıb. A.Məmmədova vurğulayıb ki, gənc bəstəkarlar mütamadi olaraq ittifaqın keçirdiyi tədbirlərə, konsertlərə və konfranslara cəlb edilir və onlara öz yaradıcılıqlarını nümayiş etdirməyə hər cürə şərait yaradılır.
İttifaqın katibləri, əməkdar incəsənət xadimləri Sərdar Fərəcov, Cəlal Abbasov və Lalə Hüseynovanın da iştirak etdiyi “Dəyirmi masa” da ölkəmizdə gənclərə göstərilən dövlət qayğısından, 2012-ci ildə gənc bəstəkarların əldə etdikləri nailiyyətlərdən söhbət açılıb, onların problemləri müzakirə olunub.
Tədbirdə gənc bəstəkarlardan Ayaz Qəmbərlinin “Qovuşma”, Türkər Qasımzadənin “Süd rəngli çalarlar”, Tahir İbişovun “Göy üzərində səma” və s. əsərlər dinlənilib.