Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Raisa Qorbaçovanın memuarından: "Ağappağ ağarmış Mixail Qorbaçovu tanımadım”

Raisa Qorbaçovanın memuarından:
SSRİ-nin ilk və sonuncu prezidenti Mixail Qorbaçovun həyat yoldaşı Raisa Qorbaçovanın memuarları toplanmış “Mən ümid edirəm ki...” kitabında yenidənqurma prosesi və onun gətirdiyi problemlərlə bağlı xatirələri yazılıb.



Kitabda Raisa Qorbaçovanın həmin dövrdə baş qaldırmış Dağlıq Qarabağ problemi, erməni-azərbaycanlı münasibətləri, 20 yanvar qırğını  və Mixail Qorbaçovun həmin proseslərə  münasibəti ilə də bağlı da maraqlı detallar var. 


 


“Öz ölkəsində 100 minlərlə insan qaçqın oldu” 


 


Modern.az saytı ktabda Azərbaycanla bağlı qeyd olunan məqamları oxuculara təqdim edir. Yenidənqurma  dövrünü “çətin vaxt” adlandıran Raisa Qorbaçova yazır ki, Kommunist Partiyasının yeni kursu SSRİ-dəki qapalı saxlanılan problemləri ortaya çıxarıb.


“Məlum oldu ki, biz hamımız bütövlükdə cəmiyyətimizin həyatının faktiki, real vəziyyətindən bixəbər olmuşuq”.


 


Mixail Qorbaçovun elan etdiyi yeni kursun zəruriliyini qeyd edən R. Qorbaçova bunun SSRİ üçün tamamilə yeni bir mühit yaratdığını yazıb. Bununla bərabər o, aşkarlıq və yenidənqurma kursunun SSRİ-də etnik zəmində ciddi qarşıdurmalara rəvac verən proseslərə də səbəb olduğunu etiraf edib:  


 


“Yenidənqurmanın payına Çernobıl, Dağlıq Qarabağ hadisələri, Sumqayıt, Bakı, Litva hadisələri düşdü. Öz ölkəsində 100 minlərlə insan qaçqın oldu”. 


 


“1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə evimizə gələn zəngi unuda bilmirəm” 


 


Həmin illəri “yenidənqurma kursunun ağır dövləri” adlandıran Raisa Qorbaçova qeyd edib ki, hadisələr onların ailəsində ağır izlərini qoyurdu. 


 


“Bütün bu dramatik hadisələr- ruhun, ağlın və iradənin sınağı oldu. Onların arxasında heç vaxt sağalmayacaq ürək ağrısı və yuxusuz gecələr dururdu. Gecənin səssizliyini pozan, atəş effekti verən gecə zəngləri... O zənglərlə bərabər kədər, əzab və kiminsə ölüm xəbəri gəlirdi. Mən o gecə zənglərin birini xatırlayıram: 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə evə gələn zəngi... Bakıda hadisələrin baş verdiyi o gecəni.. Yadımdadır, 20 yanvar günü səhər tezdən mən Mixail Qorbaçovu tanımadım: Ağappaq ağarmış, boz sifət, ruhi sarsıntı və ürək böhranı...“. 


 


“Azərbaycanlı qadın Qorbaçovun üzünə “cəlladsan!” dedi” 


 


Daha sonra kitabda Kommunsit Partiyasının 28-ci qurultayına hazırlıq çərçivəsində şəhər partiya komitələrinin birinci katibləri ilə olan görüşdə Azərbyacandan olan nümayəndə heyəti ilə baş vermiş qalmaqal xatırlanır. Orada azərbaycanlı qadın nümayəndənin Mixail Qorbaçovla olan sərt dialoqu vurğulanır.  Həmin görüşdə adı çəkilməyən azərbaycanlı qadın partiya işçisi SSRİ prezidentinin üzünə “siz Azərbaycan xalqının cəlladısınız!” deyib. 


 


“Mixail Qorbaçov ağır-ağır stoldan qalxdı. Bir qədər pauzadan sonra “bilirsinizmi, belə bir ittihamla yaşamaq mümkün deyil” dedi. Zal sanki dondu”-deyə Raisa Qorbaçova yazıb.   


 


“Zəlzələnin dağıtdığı Ermənistanda Qorbaçovdan Qarabağı tələb edirdilər” 


 


“Ermənilərin dostu” kimi yadda qalan Raisa Qorbaçova kitabındakı memuarlarda SSRİ-də etnik zəmində ekstremizimin yayılmasının ilk olaraq ermənilər tərəfindən  başladığını etiraf edib. 


 


Yenidənqurma kursu ilə yanaşı SSRİ-də millətçilik və eksremizimin üzə çıxdığını yazan R.Qorbaçova maraqlı məqamlara toxunub: “Yenidənqurma ilə barəbər millətçilik və eksremizim üzə çıxdı.  Bu millətçiliyin dəhşətli gücünü ilk dəfə Ermənistanda  hiss etdim. Zəlzələnin dağıtdığı Ermənistanda... 1988-ci ildə Mixail Qorbaçov ABŞ-a səfərini yarımçıq qoyaraq Ermənistana gəldi. Bu dəhşətli faciənin lap mərkəzində idik. Evləri yerlə-yeksan olmuş insanların simasnı unuda bilmirəm...


 


Ümümxalq bəlanın hər dəqiqəsi insan xeyirxahlığının nümayişinə çevrilir. Ölkə bu zəlzələni öz dərdi kimi qəbul etdi, insanlar harda yaşamağından asılı olmayaraq bu dərdi bölüşürdülər. Amma dəhşətli odur ki, bütün bu bəlanın, minlərlə insanın öldüyü fəlakətin, kömək və yardım istəyənlərin qışqırıqları fonunda mən “Dağlıq Qarabağın azad edilməsi” şüarı və tələbi eşidirdim”-deyə R.Qorbaçova memuarında yazıb.   


 


“Ermənistan Azərbaycanın köməyini rədd etdi”


 


Keçmiş SSRİ prezidentinin həyat yoldaşı həmçinin yazıb ki, 1988-ci ildə Azərbaycan SSR-in rəhbərliyi zəlzələyə yardım etmək üçün kömək göndərib. 


 


“Orada mən öyrəndim ki,  bu faciəli bir zamanda Azərbaycan tərəfinin köməyi rədd edilib. Belə qərar verən adamlara xalqın taleyini necə etibar etmək olar?”-deyə R.Qorbaçova vurğulayıb.  


 


Raisa Qorbaçova sovet rəhbərləri içərisində ilk dəfə olaraq ictimaiyyət arasında ərini müşayiət edib. Mixail Qorbaçova qədər  sovet rəhbərlərinin heç birinin həyat yoldaşı icimaiyyətin diqqət  mərkəzində olmayıb.


 


Onun bu addımı sovet vətəndaşları birmənalı qarşılamayıb. R.Qorbaçovanın ərinin siyasi qərarlarına güclü təsiri olması barədə müxtəlif rəylər o dövrün ən məşhur ittihamlarından idi. Azərbaycan ictimai rəyində R.Qorbaçova “ermənilərin hamisi” kimi tanınıb. Bu hamiliklə bağlı məşhur əhvalatda ermənilər tərəfindən ona bahalı brilliant üzük hədiyyə olunmasından bəhs edilir. Bunun müqabilində ermənilərin R.Qorbaçovadan  Qarabağ məsələsində dəstək xahiş etdikləri  qeyd olunurdu. 


 


Raisa Qorbaçova 1999-cu ildə vəfat edib. 









Teqlər:
Bu xəbər cəmi 2745 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR