Püşkatma mərasimi Fransada baş tutacaq. 53 komandanın qatılacağı püşkatmadan sonra 9 qrup müəyyənləşəcək. İlk iki pilləni tutan komandalar Fransaya birbaşa vəsiqə əldə edəcək. Ən yaxşı nəticə göstərən 3-cü pillənin sahibi də Avropa çempionatının final mərhələsinə birbaşa qatılacaq. Digər vəsiqələr pley-off oyunlarından sonra məlum olacaq. Azərbaycan milisi 5-ci səbətdə yer alıb. Qeyd edə ki, meydan sahibi Fransa seçmə mərhələ oyunlarına qatılsa da, onların nəticələri turnir cədvəlində qeydə alınmayacaq. Səbətlər: 1-ci səbət İspaniya, Almaniya, Hollandiya, İtaliya, İngiltərə, Portuqaliya, Yunanıstan, Rusiya, Bosniya-Herseqovina 2-ci səbət Xorvatiya, Ukrayna, İsveç, Danimarka, İsveçrə, Belçika, Çex Respublikası, Macarıstan, İrlandiya 3-cü səbət Türkiyə, Serbiya, Sloveniya, İsrail, Norveç, Slovakiya, Rumıniya, Avstriya, Polşa 4-cü səbət Çernoqoriya, Ermənistan, Şotlandiya, Finlandiya, Latviya, Uels, Bolqarıstan, Estoniya, Belarus 5-ci səbət İslandiya, Şimali İrlandiya, Albaniya, Litva, Moldova, Makedoniya, Azərbaycan, Gürcüstan, Kipr 6-cı səbət Lüksemburq, Qazaxıstan, Lixtenşteyn, Farer Adaları, Malta, Andorra, San Marino, Cəbəllütariq, Fransa